Dostluq xartiyalarının ləğv edilməsi Ermənistan və erməni lobbisini narahat edir

"Fransa məhkəmələrində qəbul edilmiş bu qərar çox əhəmiyyətlidir. Fransa həm tarixi, həm hüquqi, həm də vicdani borcunu yerinə yetirməlidir. Fransa erməni məsələsində uzun müddətdir ki, qərəzli mövqe nümayiş etdirirdi. ATƏT-in Mins Qrupunun həmsədri olan bir dövlətdir, münaqişənin sülh yolu ilə həll edilməsi üzrə danışıqlarda vasitəçilik edir. Belə bir hadisənin baş verməsi əlbətdə ki, utancverici, həm də beynalxalq hüququn normalarının kobudcasına pozulması idi. Əgər Fransa vasitəçi tərəf kimi danışıqlarda iştirak edirsə Azərabaycanın ərazi bütövlüyünü tanıyır, bunuda bəyanatlarında qeyd edib, əgər ərazi bütövlüyü tanınırsa necə olur ki, bizim seperatçı bölgənin saxta hakimiyyət orqanları ilə sizin şəhərlər əlaqə qurur? Əgər sən tanımırsansa əlaqə necə qurursan, necə dost olursan?"

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR