Bu qürurverici müstəqillik üçün Heydər Əliyevə borcluyuq

Gənc ekspert Fuad Heydər  bildirib ki  müstəqillik dövrünün ən gözəl zamanını yaşayan Azərbaycan bu gün Cənubi Qafqaz regionunun lider ölkəsi,dünya ölkələri tərəfindən ehtiramla yad edilən ölkəsidir. Yaşımızın az olmasına baxmayaraq bu gün ölkəmiz kosmik kluba üzv olmaqla,BMT Təhlükəsizlik Şurası kimi dünyanın ən güclü qurumlarından birinə sədrlik etməklə dünyada bir çox ölkələrin həsəd yerinə çevrilmişdir. Bundan əlavə Azərbaycanın bir ölkə olaraq nüfuz sahibi olmasına zəmin yaradan məsələlərdən biri beynəlxalq və dünyanın marağında olan tədbirlərin,yarışların ünvanının Azərbaycan olmasıdır. Daha bir məsələ isə odur ki,digər ölkələrdən fərqli olaraq bu gün Azərbaycan enerji təhlükəsizliyi məsələlərində sözünü deyən ölkədir və bunun səbəbi isə Azərbaycanın qətiyyətli və heç kimdən asılı olmayan daxili və xarici siyasət kursudur. Yuxarıda qeyd etdiyim kimi,bu gün Azərbaycan tarixinin qızıl səhifələri yazılır. Amma məsələ burasındadır ki, Azərbaycan müstəqillik yolu digər postsovet ölkələri kimi hamar olmadı. Biz bu müstəqilliyi əldə etmək üçün qanlarımızı axıtdıq, çox əziyyətlərə qatlaşdıq. Bu gün biz müstəqilliyimizi qoruyub saxlaya bildiyimiz üçün,bundan əvvəl bu qürur verici müstəqilliyi qazandığımız üçün yalnız bir dahi şəxsə ümummilli lider Heydər Əliyevə borcluyuq.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR