Azərbaycan dövlətinin Dağlıq Qarabağla bağlı haqlı mövqeyi öz təsdiqini tapır

Fransa məhkəmələrinin məlum qərarları belə deməyə əsas verir

Erməni diplomatiyası, xarici siyaasəti bir-birinin ardınca uğursuzluqlarla üzləşir. Xüsusilə, Nikol Paşinyanın inqilab yolu ilə hakimiyyəti devirib baş nazir postunu mənimsəməsindən sonar işğalçı ölkənin xarici siyasətində bir uğursuzlqu sindromu yaşanır desək yanılmarıq.  Bunun da başlıca səbəblərindən biri Paşinyan hökumətinin daxili siyasətdə olduğu kimi xarici siyasət sahəsində də naşı addımlar atması, prosesləri düzgün dəyərləndirə bilməməsidir. Hələ də Avropa, Qərb və Rusiya arasında qalıb, heç bir seçim edə bilməyən, xarici siyasətdə dəyişkən və sürüşkən addımlar atan Ermənistan hakimiyyəti bu səbəbdən cəzalandırılır, ona bir sıra vacib mesajlar verilir. Necə ki, son günlər Fransa tərəfindən Ermənistan ard-arda bir neçə xoş olmayan sürprizlərlə üzləşdi. Məlumat üçün qeyd edək ki, keçən ilin sonlarından etibarən Fransanın bir sıra iri şəhərlərinin bələdiyyələri, mərkəzi hakimiyyət qurumları Azərbaycanın işğal edilmiş ərazilərində yaradılan separatçı qurumla əməkdaşlıq sazişi imzalamışdı. Hətta, bəzi fransız şəhərləri Azərbaycanın işğal edilmiş bəzi şəhərləri ilə qardaşlaşmış şəhərlər barədə müqavilə imzalamışdı. Bu pross elə sürətlə gedirdi ki, Ermənistanda bunu diplomatik uğur kimi xarakterizə edirdilər. İndi isə proseslər əks istiqamətdə gedir və Azərbaycanın uğurlu diplomatik gedişləri nəticəsində imzalanmış sözügedən sənədlər məhkəmə qərarı ilə ləğv olunur. Belə ki, bir neçə gün əvvəl  Fransanın Qrenobıl şəhərinin inzibati məhkəməsi bu ölkənin Valans, Bur-le-Valans, Bur-de-Peak departamentləri ilə Azərbaycanın işğal olunmuş torpaqlarındakı inzibati bölgələr arasında imzalanmış "Dostluq haqqında xartiyaları" ləğv edib. Bu barədə "armenews.com" erməni internet resursu məlumat yayıb. Bildirilir ki, məhkəmə sənədi qanunsuz hesab edərək onun ləğvi ilə bağlı qərar çıxarıb. 
Fransanın Serji-Pontuaz məhkəməsinin Arnuvilin qondarma Dağlıq Qarabağdakı Şəhər inzibati bölgəsi ilə "Dostluq haqqında xartiya"sını ləğv etməsinin ardınca Qrenobl inzibati məhkəməsi tərəfindən də bənzər qərar çıxarılıb.

ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən biri olan Fransanın müəyyən qurumlarının bir müddət əvvəl qondarma və separatçı rejimlə imzaladığı sazişlər nə dərəcədə Azərbaycan cəmiyyətində etiraz, hiddət doğurmuşdusa, eləcə də bu günlərdə həmin qərarların ləğvi cəmiyyətimizdə məmnunluq yaradıb. Qlobal Araşdırmalar Liqası İctimai Birliyinin sədri, politoloq Azər Verdiyev deyib ki, Fransa kimi böyük bir dövlətdə xalqımız üçün taleyüklü məsələ olan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı növbəti ədalətli bir qərarın qəbul edilməsi çox təqdirəlayiq haldır.  Onun sözlərinə görə,
bu il mayın 29-da Fransanın Serji-Pontuaz inzibati tribunalı da Arnuvill şəhəri ilə Azərbaycanın işğal altında olan Xocavənd rayonu arasında imzalanmış "Dostluq haqqında xartiya"nı iyunun 4-də ləğv edib: "Qrenobıl şəhər məhkəməsinin bu addımı Serji-Pontuaz inzibati tribunalı tərəfindən qəbul edilmiş qərarın məntiqi davamı sayılır. Qeyd etmək lazımdır ki, son illər Ermənistanın təcavüzkar siyasətinin ağır nəticələri Qərb ölkələrinin ictimaiyyətinə daha yaxından bəlli olur. Hesab edirəm ki, diplomatlarımız bu istiqamətdə fədakarcasına çalışırlar. Belə ki, bu ədalətli qərarlar, fikrimcə, ilk növbədə, Azərbaycan dövlətinin öz xarici siyasət kursunu düzgün qurması nəticəsində mümkün olub.  Sirr deyil ki, Fransada erməni lobbisi uzun illər xeyli güclü olub. Görünür, əsl həqiqəti gizlətmək artıq qeyri-mümkündür. Həqiqət isə budur ki, Ermənistan işğalçı, təcavüzkar dövlətdir və işğal etdiyi suveren qonşu ölkənin ərazilərini geri qaytarmaq istəmir". 
Politoloq ümid etdiyini bildirib ki, Fransanın Qrenobıl şəhəri inzibati məhkəməsinin sözügedən "Dostluq haqqında xartiyaları" ləğv etməsi rəsmi İrəvan üçün ciddi xəbərdarlıq olmalıdır: "İşğalçı ölkə Dağlıq Qarabağla bağlı öz məkrli siyasətindən əl çəkməlidir. Əks təqdirdə, Azərbaycan xalqı zor gücünə öz tarixi torpaqlarını yağı düşməndən azad edəcək.  Bir daha vurğulamaq istəyirəm ki, Azərbaycan dövlətinin Dağlıq Qarabağla bağlı haqlı mövqeyi öz təsdiqini tapır. Lakin heç vəchlə arxayınlaşmaq olmaz. Ölkəmizin hər bir vətəndaşı, bütün vətənpərvər insanlar Qarabağ həqiqətlərini bütün dünyaya yaymağa çalışmalıdır. Dünya işğalçı Ermənistanın əsl xislətindən xəbərdar olmalıdır". 

Azər Verdiyev onu da diqqətə çatdırıb ki, bu həm də separatçı rejimin  beynəlxalq miqyasda tanıdılması cəhdlərinin iflasa uğraması deməkdir: "Qərar eyni zamanda beynəlxalq ictimaiyyətin separatçılıq  meyillərini qınamasının növbəti təzahürüdür. Xartiyalar Fransanın xarici siyasət kursuna və beynəlxalq öhdəliklərinə ziddir, ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri kimi bu ölkənin bitərəfliyini şübhə altına salırdı". Politoloq davamlı olaraq hakimiyyəti haqsız yerə tənqid edən, Azərbaycanın uğurunu həzm edə bilməyən antimilli şəbəkənin bu kimi milli məsələlərdə mövqe nümayiş etdirməməsini də qınayıb. Qeyd edib ki, bu bir daha həmin qüvvələrin dövlətçiliyimiz əleyhinə olduqlarını ortaya qoyur: "Aydın görünqr ki Azərbaycanın milli maraqlarının qorunması xaricdəki  "söyüş" müxalofətinin proqramına daxil deyil. Onlar Azərbaycan dövlətini, hakimiyyət nümayəndələrini təhqir edir, lakin  ümummilli məsələlərdə  susurlar. Xaricdə yaşayan və milli mənafelərdən danışan şəxslərin belə  məsələlərdə susqunluq nümayiş etdirməsi onlarda heç bir milli təssübkeşliyin olmadığını göstərir.  Bir daha aydın görünür ki, onlara pulu mhz Azərbaycanı gözdn salmaq üçün verir və bu istiqamətdə təlimatlandırılırlar".

Süleyman İsmayılbəyli

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR