Qrenobl məhkəməsinin bu addımı ölkəmiz üçün strateji əhəmiyyət daşıyır

"Fransanın Qrenobl məhkəməsinin bu addımını Azərbaycan diasporunun uğuru kimi qiymətləndirmək olar. Yaxın günlərdə Fransanın Arnuvil şəhəri də Xocavənd rayonu ilə dostluq xartiyasını ləğv etmişdi. Azərbaycan diasporu ilə Fransa arasında əlaqələr son illərdə yüksək səviyyədə inkişaf edir. Yaxın aylarda Fransanın Nant şəhərində Azərbaycan məktəbi açılması da əlaqələrin inkişafının bariz nümunələrindəndir. Fransa dünyada erməni lobbisinin ən güclü olduğu ölkələrdəndir. Eyni zamanda ATƏT-in həmsədr ölkəsi kimi söz sahibi dövlətdir". 

Bu fikirləri Olaylar.az-a siyasi ekspert Kənan Paşayev deyib.

O bildirib ki, məhkəmələrin qərarları ölkəmiz üçün strateji əhəmiyyət daşıyır: "Arnuvil şəhərinin Xocavənd şəhəri ilə dostluq xartiyasının ləğvinin ardından Qrenobl şəhərinin də bu addımı atması bizim üçün sevindirici haldır. Fransa məhkəməsinin addımı Qarabağ münaqişəsinin gedişatında da müsbət ümidlər yaradır. Fransa sonuncu dəfə 2013-cü ildə Azərbaycanın xeyrinə addım atmışdı. Hər zaman ermənipərəst mövqeyi ilə seçilən rəsmi Parisin bu cür müsbət istiqamətdə dəyişiminin kökü iki ölkə arasındakı siyasi-iqtisadi əməkdaşlığın dərinləşməsinin nəticəsidir".
 

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR