Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilas günüdür

"Qurtuluş günü Azərbaycan xalqının uğurlu gələcəyə açılan qapısı oldu. Ulu öndər Heydər Əliyevin Bakıya gəlişindən sonra ölkədəki siyasi hərc-mərclik tədricən sakitləşmiş, əhalinin rifhının yaxşılaşdırılması üçün uzaqgörən addımlar atılmışdır".

Bu fikirləri Olaylar.az-a siyasi ekspert Kənan Paşayev deyib.

O bildirib ki, Heydər Əliyevin qayğıkeş siyasəti öz nəticəsini vermişdi: "Azərbaycan xalqı qısa zaman ərzində ulu öndəri prezident kürsüsündə görmək istədiyini bildirdi və Heydər Əliyev 1993-cü ilin oktyabr ayında prezident seçildi. Dəfələrlə anti-azərbaycan qüvvələrinin dəstəklədiyi xəyanətkar qruplaşmalar tərəfindən Heydər Əliyevin hakimiyyətinə qarşı dövlət çevrilişlərinə cəhd edilsə də xalqın prezidentə dəstəyi sayəsində bütün bunların qarşısı alınmışdır. Ulu öndərin uzaqgörənliyi sayəsində 1994-cü ili 20 sentyabrı tarixində əsrin müqaviləsi bağlanmış və bu dövlət büdcəsinə külli miqdarda vəsaitin daxil olmasına yol açmışdır. Bu günkü qüdrətli Azərbaycan Respublikası qurtuluş gününün bizə qoyduğu mirasdır".

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR