“Almaniya üçün Qafqazda maraqlı tərəfdaş Azərbaycandır”

"Almaniya üçün Qafqazda maraqlı tərəfdaş Azərbaycandır. Çünki Azərbaycan almanlar üçün sığınacaq yeri olub".

Bunu Almaniya Bundestaqının vitse-prezidenti Tomas Operman "Dialoq və Əməkdaşlıq üzrə Bakı Parlament Platforması"nın təsis konfransında deyib. T.Operman qeyd edib ki, müharibələrin sülh yolu ilə həllinə nail olmaq lazımdır: "Bütün hallarda sülh yolu ilə danışıqların mütləq nəticələri olur. Dağlıq Qarabağ münaqişəsi artıq 20 ildən çoxdur davam edir. Təbii ki, belə olan halda insanlar əziyyət çəkir, problemlərlə üzləşir. Biz ATƏT-in bu istiqamətdə sülh missiyasını dəstəkləyirik. Almaniya münaqişənin həll edilməsi üçün əlindən gələni edir. Ümidvaram ki, bu münaqişə sülh yolu ilə həllini tapacaq".

azadinform

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR