Dünya iqtisadiyyatının Şərqi Asiyaya transformasiyası

Və bu prosesdə Azərbaycanın tranzit nəqliyyat dəhlizi kimi artan önəmi

Birləşmiş Ştatlar Rusiya və İranla iki istiqamətdə mübarizə apardığı və Moskva ilə Tehranı iqtisadi cəhətdən çökdürməyə çalışdığı bir vaxtda, Vaşinqton özü Çinin durmadan inkişaf edən iqtisadiyyatı səbəbindən çətin duruma sürüklənir. Xüsusilə, Pekinin Moskva ilə genişlənən əməkdaşlığı Vaşinqton üçün arzuedilən sayılmır. Cərəyan edən proseslər fonunda isə Çin və Birləşmiş Ştatkar arasında qlobal rəqabət daha da şiddətlənir. Pekinlə Vaşinqton arasında artan gərginliyə diqqət çəkən müstəqil ekspert Kamran Sultanlı deyir ki, bu rəqabət heç şübhəsiz üçüncü dünya ölkələrinə təsir edəcək. Onun sözlərinə görə, Donald Tramp Çini 300 milyard dollardan artıq məhsullara vergi qoyacağı ilə bağlı təhdid edib: "ABŞ prezidenti Çin lideri ilə Yaponiyanın Osaka şəhərində keçiriləcək, G-20-nin sammitində görüşdən sonra qərarını açıqlayacağını qeyd edib. Çin də öz növbəsində yeni rüsumlar tətbiq edib. Beynəlxalq Valyuta Fondunun rəhbəri Tiqbörn Yaqland Çin-ABŞ rəqabətinin dünya ÜDM-nü 0,9 faiz azaldacağını və təxminən dünya iqtisadiyyatında 455 milyard dollar itki yaradacağını qeyd edib. Çin və ABŞ arasında rəqabət Qərb və Şərq bloku arasında ilk ciddi qarşıdurmadır".

Kamran Sultanlı deyib ki, son 500 ildə Avroatlantik mərkəzlə ilk dəfə Asiya imperiyası üz-üzə gəlir: "Çin özünün infrastruktur ekspansiyası ilə dövlətlərin iqtisadi yapısını ələ keçirərək hərəkət edir. Pekinin indiyə qədər siyasi stretagiyası Çinin ikinci ən əsas siyasi lideri sayılan Den Syoimin gücünü gizlət (Hide your strength) strategiyasına uyğun gəlirdi. Bu strategiyaya uyğun olaraq Çin dünyada siyasi ekspansiyadan qaçır, Qərblə konfantasiyalarda iştirak etmir, özü kommunist dövləti olsa da, kapital-liberal düzənə güclü inteqrasiya edir, Qərb texnologiyalarını cəlb etmək tarixi rəqabətliliyi və asiya etnosentrizminin mərkəzində olmasını gizlədir və milli kini bir müddətlik təxirə salır. Çinin əsas məqsədi kapital dünyasına güclü inteqrasiya edib, daha sonra dünyanı sosializmə transformasiya etməkdir. Syomin Çini supergüclüyə iddialı olmamağa çağırırdı. Çinlilər hətta Amerikanın superdövlət kimi qalmasına maraqlıdırlar. Pekin bununla dünyada jandarm rolunun, məsuliyyətini Amerikanın üstünə yıxmaqla, özünün siyasi ambissiyarını gizlətmək, özünü daha liberal daha mülayim dövlət kimi göstərməyə çalışırdı. Pekin bu üsulla, Yaponiyanı ikincilikdən ataraq, Asiyada supergüclülüyə əsas iddialı dövlətə çevrildi. Xüsusilə texnoloji və iqtisadi mərkəzin Şərqi Asiyaya transformasiyası Çin amilini dünyada həqiqətən nəzər yetirilməli olduğunu sübut edir.  Bütün bunları görən amerikalılar artıq hərəkətə keçdilər. Çünki amerikalılar vaxtında tərpənməsəydilər, Atlantika dünyası bəlkə də ciddi mövqe itirəcəkdi, ABŞ isə regional dövlət statusuna enə bilərdi. Donald Trampın 1987-ci il SSRİ ilə imzalanan strateji silahların qadağan olunması müqaviləsindən, Paris ətraf mühit aktından çıxması, ÜTT-dən çıxmaq istəyinin ən əsas səbəbi məhz Çindi. Çünki Donald Tramp Paris aktına qoşulmağın Amerikanın Çindən geri qalacağında əsaslandırır. Əslində Tramp fikirlərində haqqlıdır, çünki Çin, Paris anlaşmasına dəstək olsa da, sürətlə özünün inrastruktur-iqtisadi ekspansiyasını genişləndirir, sənayəni daha da inkişaf etdirir, kosmik proqramlara külli-miqdarda maliyyə ayırır. Bütün bunları görən Vaşinqton bu anlaşmadan çıxmaqla, Pekinin yolunu kəsmək və özünün supergüclüyünü qorumaq üçün hərəkətə keçib. ABŞ artıq bütün kosmik proqramları bərpa edib və radikalcasına Çinə qarşı mübarizəni genişləndirib. Donald Trampın ÜTT-dən çıxmaq istəməsinin ən əsas səbəbi isə yeni bazarlar uğrunda mübarizədə ənənəvi ticarət qanunlarına riayyət etməyin zərurəti və bunun Vaşinqtonun hazirki xarici siyasətinə sərf etməməsidir.  Potsdamda formalaşmış dünya nizamı artıq dağılmış üzrədir. Əgər 2000-ci illərdə çoxmərkəzli, unopolyar sistem dünya siyasi düzənində əsas idisə, hazırda multipolyar siyasi düzənin formalaşması uğrunda mübarizə gedir. Çin isə ABŞ-a bütün komponentlərdə ciddi rəqibdi. Çünki Çin, ABŞ üçün tamamilə başqa mədəniyyət başqa sivilizasiyadır. Əfsanəvi amerikalı diplomat Henri Kissincer qeyd edir ki, Amerika Çin və Rusiya ilə daha çox əməkdaşlıq etməlidir və imkan verməməlidir ki, bu iki dövlət bir-biri ilə əməkdaşlığı genişləndirsin. Kissincer həmçinin hər iki dövlətin ən zəifinə yaxınlaşmağı və digərinə daha sərt siyasi xəttin həyata keçirilməsinin tərafdarı idi. Vaşinqtonda bir-çox beyin mərkəzləri indi məsuliyyət bölgüsü aparmaqda maraqlıdırlar. Amerikalılar gözəl bilir ki, hazirki sistem Çinə sərf edir və bu baxımdan Pekin supergüc olmaq istəmir, əvvəlki tək Amerikanın jandarm dövlət kimi qalmasına, kapital-liberal münasibətlərdən yararlanmaqla Çinin öz məqsədlərinə çatmasını təmin etməkdir. Hətta Bjezinki Çinə G-2 formatını təklif edir, lakin çinlilər deyir biz buna hazır deyilik. Təbii ki, bu sistemdən Çin mahircəsinə yararlanır. ABŞ dollarını bazara buraxır və yuanı süni devalvasiyaya uğradır, dolların yüksək olmasından istifadə edərək, ixracyönümlü iqtisadiyyat qurur. Buna görə Donald Tramp ucuz dollar yüksək ixrac formulunu təkidlə tələb edir. Bütün bunlara görə siyasi düzən dəyişməlidir və Tramp bu sürəcdə əsas vasitədir. Amerikalılar Çinə dünyanın məsuliyyətini öz üzərinə götürməsinə və bununlada onunda güc sərf etməsinə bundan sonra Pekinin zəif nöqtələrindən istifadə etməklə onu zəiflətməyə çalışır".

Ekspert bildirib ki, Çin və ABŞ arasında rəqabətin digər məkanı isə Sakit Okean və Hind Okean hövzəsidir: "Orta əsrlər dövründə Hindistana dəniz yolunun çinlilər tərəfindən deyil, məhz avropalılar tərəfindən tapılması, o dövr Çin impertorlarının bu məsələyə neqativ yanaşması böyük ticarət yollarına, Qərbin nəzarətini təmin etdi, Çin geosiyasi olaraq böyük bir güc itirdi. Hazırda okean üzərindən daşımalarda Amerika qlobal hegemondu və Çin bu hegemonluğa ciddi rəqib olmağa bu nəqliyyat-kommunikasiya daşımalarına ciddi alternativ formalaşdırmağa çalışır. Bu istiqamətdə Pekin "Bir kəmər bir yol" qlobal nəqliyyat-kommunikasiyasını həyata keçirməyə çalışır. Bu lahiyə Azərbaycanın da maraq dairəsindədir. Çünki Azərbaycan bu lahiyədə önəmli dövlətdi. Xəzərin ən böyük limanına və donanmasına sahiblik edən ölkəmiz, özünün bağlayıcı imkanları ilə lahiyənin onurğa sütunudur. Digər tərəfdən əgər Qərbdə gələcəkdə, Çinə qarşı ittifaqa maraqlı olsa bu region, xüsusilə Azərbaycan əsas dövlət olacaq. Digər variant isə Rusiyadır. Lakin bunun üçün Qərb Rusiya ilə barışmalıdır. Amma Amerikada olan bir-çox dairələr Rusiyanı Çinə doğru itələyir. Çin isə Rusiyaya Atlantik ittifaqa qarşı bufer zona kimi baxır.  Dünya iqtisadiyyatının Şərqi Asiyaya transformasiyası, yeni bir Asiya imperiyasının Qərb hegemonluğuna qarşı rəqabətə girişməsi, dünya əhalisinin böyük qisminin Şərqi Asiya regionunda yerləşməsi. bizə "Alfrad Mahan" konsepsiyasının prinsiplərini xatırladır. Tramp sonuncu Pentaqon büdcəsində bu konsepsiyanı əsas strategiya elan etmişdi. Bu konsepsiya ona dəlalət edir ki, dünya əhalisinin böyük əksəriyyəti dəniz sahillərində yaşayır, dünya iqtisadiyyatının əsas mərkəzləri habelə ən inkişaf etmiş ölkələr məhz dəniz sahilindədir. Buna görə dənizdə hegemonluq dünyaya hegemonluq deməkdir. Hazırda bu strategiyasının Hind və Sakit okeanında ABŞ-Çin mübarizəsinin kontekstində baxmaq çox maraqlı olardı. Həmçinin Çin, "Bir Kəmər Bir Yol" lahiyəsini həyata keçirməklə quru yolunu daşımalarda işə salmağa və dəniz yoluna alternativ formalaşdırmağa çalışır. Bu həm də Çinin dövlətlərin iqtisadi-konyukturasını ələ keçirməsinin və öz iqtisadi ambissiyalarının həyata keçirməsinin bir yoludur. Lakin Vaşinqton artıq hərəkətə keçib. Çünki Çinin gücünü sağlam əsaslarda zəiflətmək mümkün deyil. Buna görə dünyada yeni keyfiyyət dəyişiklikləri gedir və ABŞ proteksionizmə əl atır. Huaweyə tətbiq edilən sanksiyalar da bu qəbildəndir. Lakin hər iki dövlət bir-birində olduqca çox aslıdırlar ki, bir-birilərinə müharibədən daima çəkinirlər. Həmçinin bir-birindən qopa bilmirlər. Aradakı ticarət dövriyyəsi 1,2 trln dollardı. Tramp qeyd edir ki, artıq Çin bizə görə artıq gəlirlər qazanmayacaq. Lakin tətbiq olunan qarşılıqlı rüsum və embarqolar dünya iqtisadiyyatını sirkələyəcək və iqtisadiyyat ressasiya durumuna düşə bilər. Artıq bunun ilk qığılcımları neftin qiymətində özünü göstərir. Çin ən böyük neft istehlakçısıdır, Pekinin iqtisadi zəifləməsi qlobal təlabatı azaldır, təklifin artması, xüsusilə ABŞ-ın hasilatı 12,4 mln barrelə qədər qaldırması, neftin qiymətini endirir. Bütün bunlar isə neftdən aslı olan dövlətlərdə, o cümlədən ölkəmizdə ciddi iqtisadi problemlərə yol aça bilər. Henri Kissincerin dediyi kimi Çin və ABŞ birlikdə asqırsa bütün dünya xroniki xəstəliyə tutula bilər".

Məhəmməd

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR