Ombudsman Aparatının əməkdaşı beynəlxalq tədbirdə iştirak edib

İtaliyanın Venesiya şəhərində Milli İnsan Hüquqları Təsisatlarının (MİHT) növbəti Akademiyası keçirilib. Milli İnsan Hüquqları Təsisatlarının Avropa Şəbəkəsi (ENNHRİ) və ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) birgə təşkilatçılığı, İtaliya İnsan Hüquqları Qlobal Kampusunun (İHQK) dəstəyi ilə keçirilmiş Akademiyaya 30-a yaxın ölkədən Milli İnsan Hüquqları Təsisatlarının nümayəndələri qatılıblar. Akademiyada Azərbaycanın milli insan hüquqları təsisatı funksiyalarını icra edən Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının Hüquqi maarifləndirmə sektorunun baş  məsləhətçisi Aydan Talıbova iştirak edib. "Olaylar" xəbər verir ki, Akademiyanın keçirilməsində əsas məqsəd DTİHB və ENNHRİ-nin resursları və iş təcrübələrini daha dəqiq başa düşmək, iştirakçıların təmsil etdikləri qurumların gündəlik işini Paris Prinsipləri əsasında təşkil etmək, əlaqəli siyasət və büdcələrin insan hüquqları perspektivindən təhlili də daxil olmaqla, iqtisadi və sosial hüquqları səmərəli şəkildə monitorinq etmək üçün insan hüquqları göstəriciləri və meyarları ilə çalışmaq, effektiv siyasət dəyişikliyini təbliğ edərkən və ümumi ictimaiyyət və digər hədəf auditoriyaları ilə ünsiyyət qurarkən iqtisadi və sosial hüquqların həyata keçirilməsi üçün strateji cəhətdən MİHT funksiyalarını istifadə etmək, milli insan hüquqları təsisatları arasında təcrübə mübadiləsini sadələşdirmək, insan hüquqları üzrə qanunvericilik proseslərinə tövhə vermələri üçün iştirakçıların bilik və bacarıqlarını artırmaq, eyni zamanda MİHT, DTİHB, ENNHRİ və digər beynəlxalq, regional və milli maraqlı tərəflər arasında birgə işin təşkili və inkişafı istiqamətində milli insan hüquqları təsisatları arasında inteqrasiyanı gücləndirməkdən ibarət olub.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR