Heydər Əliyev ölkəyə müstəqilliyin yeni mərhələsini bəxş etdi

"90-cı illər Azərbaycan tarixinin xüsusi keçid mərhələsini əks etdirir. Ölkə 1991-ci ildə Sovet Sosiolist Ölkələri İttifaqının dağılmasından yararlanaraq özünün müstəqilliyini yenidən elan etmişdir. Bu əslində deyə bilərəm ki, formal müstəqillik idi. Çünki ölkədə vahid sistem mövcud deyildi. Ölkədə özbaşınalıqlar hökm sürürdü. Ölkə şimal, cənub, şərq və qərb cəbhələrinə bölünmüş idi. Əlbəttə bu bölünmədə separatçı qüvvələrin rolunu da xüsusi qeyd etməliyik. Ölkəni vətəndaş müharibəsi qorxusu almışdır. Doğrudur, respublikanın siyasi institutları sənədləşdirilərək fəaliyyət göstərirdi. Lakin, səriştəsiz lider və hökümət rəhbərliyi ölkədəki vəziyyəti həll etmək bacarığına malik deyildir. Bu hadisələrin müəyyən bir şəkildə həll edilməsi, ölkənin vahid ideologiya ətrafında toplanması vacib şərtlərdən biri kimi hesab edilirdi. Bunun üçün bütün keyfiyyətləri özündə cəmləşdirən bir lider lazım idi. Məhz bu lider Azərbaycanın Ümumilli Lideri, Ulu Öndər Heydər Əlirza oğlu Əliyev olmuşdur".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi ekspert Əli Eloğlu Miriyev deyib.

O qeyd edib ki, Heydər Əliyev 1982-ci ildə Moskvada fəaliyyətinə istefa verdikdən sonra, Azərbaycana ilk olaraq Paxtaxt Bakıya gələrkən, onu qəbul etmirlər. Çünki Ulu Öndər haqqında xalqa yanlış bilgilər, yanlış məlumatlar çatdırılmışdır: "Burada bir məsələni haşiyəyə çıxmaq istərdim. Bu məsələ ilə bağlı cənab Prezident İlham Əliyev də öz çıxışında qeyd etmişdir: "Yadımdadır, mən o zamanlar Rusiyada müəllim olaraq fəaliyyət göstərdiyim zaman məni atamın istefasından sonra işimdən uzaqlaşdırdılar. Səbəb isə məndən asılı deyildir. Atamın risklərə girərək Azərbaycan, eləcə də, xalqı üçün daim mübarizə ruhunda çıxış etməsi olmuşdur. Lakin atam Azərbaycana ilk gəlişində onu Bakıya buraxmırlar. O məcburən öz fəaliyyətini Naxçıvanda davam etdirmişdir". Bəli Ulu Öndər Naxçıvana getdikdən sonra burada Naxçıvan Ali Sovetinin rəhbəri seçilir. Paxtaxtda olmamasına baxmayaraq Heydər Əliyev Naxçıavanda xarici ölkələrin rəhbərləri ilə görüşlər keçirir, onlarla istər iqtisadi, istər siyasi, istərsə də sosial sahələrdə əməkdaşlıq edir. Məhz bu onun siyasi səriştəsi, siyasi iradəsi və siyasi imicindən irəli gəlirdi. Xalq və paxtaxtda rəhbərlik Heydər Əliyevin Naxçıvandakı fəaliyyətindən xəbər tutur. Diqqət etsək, ölkəyə tətbiq edilən sanksiyalar, ölkəyə qarşı erməni təcavüzləri xalqı ayağa qalxmağa məcbur etmişdir. Xalq azadlıq, xalq vahid Azərbaycan qurmağı tələb etmişdir. Və bununla əlaqədar olaraq Xalqla yanaşı, o zamanki ölkə rəhbərliyi Heydər Əliyevi Bakıya dəvət edir. Ulu Öndər xalqının yardımına gəlir. 15 iyun 1993-cü ildə artıq Heydər Əliyev yüksək səs çoxluğu ilə Bakı Ali Sovetinin sədri seçilir.

Ekspert qeyd edib ki, məhz bununla xalq qurtuluşa qovuşur. Xalq öz qurtuluşunu qazanır: "Heydər Əliyev ölkəni, xalqı vahid bir ideologiya, Azərbaycançılıq ideologiyası ətrafında toplayır. 1997-ci il Prezident sərəncamından sonra məhz hər il bu gün bayram günü kimi qeyd edilir. 15 iyun yanlız Qurtuluş günü deyildir, Azərbaycanın müstəqilliyinin yeni mərhələyə qədəm qoymasıdır. Heydər Əliyev ölkəyə müstəqilliyin yeni mərhələsini bəxş etdi. Pozulmuş, məhv olmağa doğru gedən dövlətçilik ənənələrimiz yenidən bərpa edildi. Hər il bu gün xüsusi bir gün kimi qeyd edilir. Qurtuluşumuz və azadlığımız daimi olmaq diləyi ilə".

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR