Qarabağ danışıqları tam fiaskoya uğrayıb?

"Rusiya prezidenti V. Putinlə N. Paşinyanın görüşündə əsasən iki ölkə daxilində baş verən siyasi proseslərin müzakirəsi əsas predmet olub. Çünki, Kreml ona bağlı olan Qarabağ klanına qarşı Paşinyanın siyasi hücumlarını qəbul etmir və buna son qoymağı tələb edir. Ümumiyyətlə bu görüş əsasən Ermənistan daxili məsələlərə həsr edilib". "OLAYLAR" xəbər verir ki, bu fikirləri politoloq Məhəmməd Əsədullazadə səsləndirib. O, bildirib ki, Putin inqilab hakimiyyətini qəbul etmir və çalışır ki, Paşinyanı devirsin, yaxud tam nəzarətə alaraq zəiflətsin: "Artıq, Ermənistan Rusiya ilə ticari münasəbətləri rublla həyata keçirəcək. Göründüyü kimi Putin bu təklifi Paşinyana qəbul etdirib.  Bizi əsas maraqlandıran məsələ Qarabağ münaqişəsinin həlli istiqamətində hər hansı bir detalın müzakirə olunmasıdı. Qeyd edim ki, Kreml üçün Qarabağ məsələsi aktual deyil. Putinin Paşinyanla bu məsələni müzakirə etməsinə lazım bilmir. Çünki, Paşinyana ilk əvvəldən Qarabağla bağlı heç bir güzəştin olmayacağı mesajı verilib. Bu, Moskvanın regionda qırmızı cizgisidir. Paşinyan Moskvasız buna gedərsə, onun aqibəti digərləri kimi ola bilər. Ona görə də biz Paşinyanın kəskin ritorikasını və xarici işlər naziri Z. Mnatsakanyanın torpaq güzəştinə heç vaxt getməyəcəkləri açıqlamasını görürük".

Məhəmməd Əsədullazadə deyib ki, hazırda danışıqlar tam fiaskoya uğrayıb və rəsmi Bakı yalnız yenidən güc yolu ilə danışıqların yeni mərhələsinə start verə bilər: "Avropa İtifaqı ilə çərçivə sazişinə getməməyimiz də Qarabağ məsələsində tam dəstək almamağımıza gətirir".

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR