Özünü müxalifət palatası adlandıran bir neçə siyasi partiya sağlam siyasi mübarizə aparmır

Açıq-açığına düşmənçilik edir, kin və küdurət bəsləyirlər

Azərbaycan adətən mühüm əhəmiyyət kəsb edən tədbirlərə, beynəlxalq yarışlara ev sahibliyi edən ərəfədə ölkəmizə qarşı çirkin kampaniyaya start verilir, qərəzli, ədalətsiz münasibət ortaya qoyulur. Gah Azərbaycanda insan hüquq və azadlıqlarının pozulduğu iddia olunur, gah sərbəst toplaşmaq azadlığı olmadığı, insanların siyasi fəaliyyətlərinə görə təzyiqlərə məruz qaldığı kimi absurd fikirlər ortaya qoyulur, gah da hakimiyyətin opponentlərinə qarşı barışmaz münasibətdə olduğu, müxalifətlə heç bir məsələdə ortaq anlaşmaya meyilli olmadığı söylənilir. Təbii ki, səslənən heç bir iddia həqiqətəuyğun olmadığı üçün əsaslı şəkildə və faktlara söykənərək təkzib edilir, bu istiqamətdəki 2arqumentlər" yalanlanır.

UEFA-nın final qarşılaşması ərəfəsində gündəmə gələn bu kimi qərəzli məqamlara, xüsusilə hakimiyyətin siyasi opponentləri ilə hər hansı bir məsələdə anlaşmaya meyilli olmaması barədə səslənən əsassız iddiaya diqət çəkən müstəqil ekspert, Demokrat Gənclər Hərəkatının sədri Murad Ağamiyev deyir ki, iqtidar və müxalifət arasında mövcud olan anlaşılmazlıq bir qayda olaraq müxalifətin düzgün siyasi mübarizə yolu tutmamasından asılıdır. Onun sözlərinə görə, müasir dünya ölkələrinin əksəriyyətində artıq demokratiya bərpa edilib və bu gün bu siyasi idarəetmə üsulu qəbul edilmiş ən normal format hesab edilir: " İqtidar və müxalifət münasibətləri zəminində biz bir ölkə olaraq açığı bir az geridə qalırıq. Çünki hər iki tərəfin paradiqması hazırda heç də normal deyil və sağlam fundamental dəyərlərə söykənmir. Belə ki, ilk olaraq hər iki tərəf anlamaq istəmir ki, siyasi mübarizə meydanı düşmənçilik demək deyil. Əlbətdə qarşılıqlı mübarizə fonunda tənqidlər, çatışmazlıqların etirafı və mənfilərin müsbətə çevrilməsi istiqamətində mütərəqqi fikirlərin səsləndirilməsi vacibdir, lakin bu düşmənçilik deyil. Tam əksinə olaraq sağlam siyasi mübarizə yolunda inkişaf deməkdir. Bəs hazırda bizdə mövcud ab-hava belədirmi ? Xeyr. Çünki hakimiyyət müxalifəti haqlı olaraq yarıtmazlıqda, səriştəsizlikdə ittiham edir. Müxalifət isə öz növbəsində yalnız hakimiyyətə gəlmək məqsədi güddüyü üçün birmənalı olaraq çevriliş, xaos və s. kimi radikal fikirləri səsləndirir və səsləndirməklə qalmayıb, əməli tətbiq mexanizmləri icra edir. Belə bir paradiqma nə siyasi mübarizəyə sığmır, nə də ölkənin inkişafında heç bir fayda verə bilməz. Hələ mən demokratik inkişafdan heç danışmaq da istəmirəm".

Bəs sağlam siyasi mühitdə iqtidar-müxalifət münasibətləri necə olmalıdır?.

Ekspert hesab edir ki, iqtidar-müxalifət münasibətlərinin sağlamlaşdırılması hər iki tərəfin bitmək və tükənmək bilməyən xoşməramlı cəhdləri hesabına formalaşdırıla bilər. Yəni, iqtidar müxalifətə qanunla nizamlanmış şəkildə şərait yaratmalıdır: "Bu gün Azərbaycanda iqtidar müxalifət üçün bütün hüquqi şərait təsis edib. Müxalifət isə mübarizəni düşməncəsinə deyil, canıyananlıqla aparmalıdır. Ölkənin, dövlətin və millətin gələcəyi müxalifəti narahat etdiyi üçün və mütərəqqi fikirlərin əmələ gəldiyi üçün çıxışlar səsləndirilməli və müxalifət iqtidara yol xəritəsinin tərtibində öz şərhləri və fikirləri ilə yardımçı olmalıdır. İndi baxaq görək bu gün iqtidarın müxalifət üçün təsis etdiyi normal hüquqi zəmində müxalifət hansı missiyanı öz üzərinə götürür və bu tendensiya hansı nəticələr doğurur. Azərbaycanda özünü müxalifət palatası adlandıran bir neçə siyasi partiya fəaliyyət göstərir və bu partiyaların sədrləri başda olmaqla bütün idarə heyyəti birmənalı olaraq sağlam siyasi mübarizə aparmır. Açıq-açığına düşmənçilik edirlər, kin və küdurət bəsləyirlər. Bu gün bizim hansısa müxalif siyasi partiyanın sədrinin nəticələri hesablanmamış çıxışı erməni xəbər portalları tərəfindən ölkəmizin əleyhinə istifadə olunursa, o zaman məni kim inandıra bilər ki, bu müxalif partiya lideri sağlam siyasi mübarizə aparır? Axı sağlam müxalifətin missiyası heç bir zaman ölkəsini biabr etmək və birbaşa, yaxud dolayı yolla düşmənə hər hansı bir formada yardım göstərmək olmamalıdır. Bəziləri düşünə bilər ki, həmin müxalif partiya lideri ölkə daxili siyasi vəziyyətlə bağlı fikir səsləndirəndə hardan bilərdi ki, onun həmin fikirlərini düşmənlər ondan xəbərsiz öz məkrli məqsədləri üçün istifadə edəcək ? Cavab çox sadədir. Özünü siyasi partiya rəhbəri kimi təqdim edən, az və ya çox sayda insanın etimadını, inamını qazanmağa nail olan biri bu məsuliyyəti dərk etməyi bacarmalıdır. O siyasi lider kimi formalaşmalı və hadisələri qabaqlaya bilməlidir. Bir siyasətçi öz çıxışının son nəticəsini hesablaya bilmirsə, o bir xalqı, dövləti necə idarə edə bilər? Digər tərəfdən liderlik haqqında az-çox məlumatı olan biri bilir ki, liderin xüsusiyyəti ilə son nəticəni bilməmək heç bir vəchlə uyğun gəlmir. Bir də siyasi mübarizəsindən asılı olmayaraq biz bir şeyi konkret dərk etməliyik ki, bizim hamımız azərbaycanlıyıq, biz bir dövlətin vətəndaşıyıq. Həmvətənlilər arasında düşmənçilik olmamalıdır. əgər belə bir düşmənçilik varsa deməli düşmən mövqeyindən çıxış edənlər dövlətin düşmənləri ilə əlbir olan, satılmış və xain insanlardır. Bununla isə barışmaq olmaz. Bu qanqren olmuş bədən üzvü kimi bütün cəmiyyətə sirayət edə bilər. Ən optimal çıxış yolu qanqren olmuş üzvün ammputasiyasıdır.

Bunu da qeyd etməliyəm ki, iqtidar-müxalifət münasibətlərini araşdıran zaman çox ehtiyyatla düşünmək vacibdir. Nə üçün ? Çünki müxalifət dediyimiz cəbhənin  bəziləri iddia edə bilər ki, iqtidar müxalifətin hüquqlarını məhdudlaşdırır. Elə sadəcə olaraq son bir neçə dəfə Bakı şəhər İcra Hakimiyyəti tərəfindən mitinqlərin keçirilməsinə icazə verilməməsi bunun bariz nümunəsi kimi qəbul edilə bilər. Xeyr, bu heç də belə deyil. Özünü müxalifət adlandıran, lakin dolayı yol ilə siyasi mübarizə ilə düşmənçilik arasında sərhəddi tanımayan , dərk etməyən və bu sərhəddi aşan partiya lideri sağlam müxalifətçilik yolundan azıb və düşmənçilik mövqeyinə keçdiyi üçün artıq Vətənin, dövlətin, millətin və milli maraqların deyil öz davasının hayına düşüb. Belə düşüncə paradiqmasına malik müxalif siyasi lider ``düşmənimin düşməni mənim dostumdur`` ideasına inanır və o məhz bunun üçün yekunda elə lazımsız və yaraşmaz metodlarla hücum edir ki, düşmən onun çıxışlarını ölkəmizin əleyhinə istifadə edir. Deməli birbaşa və dolayı yol ilə, istəyərək və ya bilmədən düşmənə xidmət etmiş olan şəxsi və onun dəstəkçilərini daxili siyasi müxalifət adlandırmaq olmaz. Bu tam çılpaqlığı ilə siyasi radikalizmdir və siyasi hakimiyyət uğrunda açıqca düşmənçilikdir ki, belə olan halda dövlətin təhlükəsizlik müxanizmi işə düşür və hüquq-mühafizə tədbirləri vacib şəkildə icra edilir. Bütün bunlar isə heç də antidemokratik paradiqma kimi qəbul edilə bilməz.  Əlbəttə əcnəbilər bütün bu yuxarıda sadalanan faktları nəzərə almırlar. Çünki onların məqsədi bütövlükdə siyasi mübarizəni analiz etmək və dəqiq, qərəzsiz nəticələri ortaya qoymaq deyil. Onlar pərdə arxası və onlar üçün daha əhəmiyyətli məsələlərin ardınca çalışırlar. Sadə vətəndaşlardan təşkil olunmuş cəmiyyət isə çox təəssüflər olsun ki, bu prosesi lazımi şəkildə araşdırmır, analiz edib, doğru diaqnostika qoya bilmir. Çünki vətəndaş cəmiyyəti hər gün müxtəlif vasitələrlə manipulyasiya edilir".

Murad Ağamiyev deyib ki, təəssübkeşlərin aktiv fəaliyyət formaları haqqında danışanda məncə daha həssas davranmaq lazımdır: "Çünki belə insanlar bəzən küyə düşürlər, bəzən öz təəssübkeşliklərini göstərmək üçün ``Qaş düzəltməyə çalışarkən vurub gözü də kor edirlər``. xaricdə yaşayan həmyerlilərimiz müxalif təəssübkeşliklərin göstərmək üçün təhqir, söyüş və s. kimi alçaq üsullara əl atırlar. Onlar sifariş aldıqları ``ağaların`` tapşırıqlarına müvafiq olaraq iqtidar təəssübkeşlərini qıcıqlandırmağa ciddi cəhd edirlər. Son nəticə əlbətdə burda düşünülmüş vətəndaş qarşıdurmasından başqa bir şey deyil. Təəssüflər olsun ki, iqtidar təəssübkeşləri də bu oyuna gedirlər. Tələyə düşün aktiv ictimai xadimlərin bir çoxu öz hisslərini idarə edə bilmədiklərini deyirlər, onlar əsəblərinin gərginləşdiyini və son nöqtədə bu əxlaqsızlığa reaksiya vermək istədiklərini deyirlər. Mən anlayıram, bəzən həqiqətən də adamı lap hədəqədən çıxarırlar, lakin bir düşünün, bu adamlar onsuz da bunu əldə etmək üçün çalışırlar. Onlar xaricdən elə bir oyun kordinasiya edirlər ki, yekunda iqtidar və müxalifət təəssübkeşləri qarşı-qarşıya gəlsin və vətəndaş qarşıdurması fonunda ölkədəki xaosdan istifadə edib, yeni nizam yaratsınlar. Bu köhnə siyasi teoremdir. `Xaosdan nizam doğar`. Biz vətəndaşlarımıza isə elan edirik ki, bu gün ictimaiyyətə təqdim edilən siyasi müxalifət palatası tamamilə saxtadır. Bunlar qəti surətdə vətəndaş, dövlət problemləri ilə məşğul deyillər. Belə olmasa idi onların fəaliyyətində açıq düşmənçilik, kin sezilməzdi. Tam əksinə biz şahidi olardıq ki, müxalifət sağlam siyasi mübarizə aparır və müxalifət keçmişdə ``Osmanlı``-da olduğu kimi dövləti birbaşa qərbin əlinə vermək məqsədi güdmür, lakin bu gün tam çılpaqlığı ilə biz görürük ki, eyni keçmiş ``Osmanlı``-da olduğu kimi dövlətin öz vətəndaşlarının əli ilə dövləti tabe etdirmək və onun zəngin təbii sərvətlərini talamaq uğrunda qərbin köləsinə çevrilmiş bir xain qrup var və onlar özlərini siyasi müxalifət partiyası adı ilə kamoflaj ediblər".

Füzuli

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR