Erməni zurnasına oynamayaq- PROBLEM

İlqar Altay: "Bu qədər sınmaq, düşmək olmaz"

Antimilli ünsürlər, erməni lobbisinin maliyyəsi ilə işləyənlər yenə Azəbaycana qarşı kampaniyaya başlayıblar. Bu dəfə daha alçaqcasına, daha rəzil formada. Açıqca hissiyatımıza toxunurlar. Hər şeydən əlləri üzülən ermənipərəstlər indi də milli qəhrəmanlarımıza dil uzatmağa başlayıblar. Erməni lobbisinin pul verərək Azərbaycana qarşı qısqırtdığı sima(sız)lardan biri olan Xədicə İsmayılın erməni zabitini Azərbaycan bayrağını təhqir etdiyinə görə cəzalandıran Ramil Səfərovu, bütün yaşam tərzini yalnız cinsi əlaqədə görən Günel Mövludun Mübariz İbrahimovu cinayətkar adlandırması fonunda bunu görmək mümkündür.  Erməni lobbisi və onun qulbeçələrinin məqsədləri bəllidir. İstəyirlər ki, bu vətənsizlər, şərəfsizlərə qarşı xalq, onun nümayəndələri tərəfindən fiziki güc tətbiq edilsin və onlar da yubkalarını başına keçirib hay-həşir salıb Azərbaycanda azad söz, insan hüquq və azadlıqlarının pozulduğunu iddia etsinlər. Ancaq Azərbaycan vətəndaşı kifayət qədər təmkinli olduğu və bu kampaniyanın nə məqsədə xidmət etdiyini yaxşı bildiyindən erməni lobbisi və onun sadiq xidmətçilərinə sözlə, faktlara söykənərək cavab verir.

İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri İlqar Altay hesab edir ki, Xədicə İsmayılın zabit Ramil Səfərovu biabırçı cinayətkar adlandırması onun hakimiyyətə qarşı hirsindən yaranıb və Ramilə qarşı onda nə xüsusi nifrət, nə də ki, bir hörmət yoxdur: "Məqsəd baş tutub, bütün sosial setlər dəyib bir-birinə və Ramil Səfərovu söyüb təhqir edənlər də xeyli baş alıb gedir. Beyinlər çönüb. Ramil Səfərov nə edibdi? Onun erməni zabitini öldürməsi barədə vaxtında yazdıq, təhlil-analiz apardıq, paylaşdıq, dərc olundu. Yenə də izahla qayıdaq, mövzu bu qədər qaynayırsa. Bu insan o erməni zabitini niyə öldürüb? Niyə öldürsün? Hər bir mühakimədə törədilən hadisənin motivi əsasdır. Hansı daxili motiv, məqsədlə edib bu dəhşətli hərəkəti? Hansı təsirlər hisslər yaradıb o motivi və itələyib onu həmin addıma?İnsan öldürməyi "kayf", peşə bilən manyakdırmı ya "materıy" bandit-başkəsən killerdirmi? Və ya dəlidirmi psixi xəstəxanadan qaçmış, bu adam? Xeyir, adam normal zəhmət ailəsində böyüyüb, harın rüşvət çörəyi yeməyib, təlim və tərbiyə ilə oxuyub. Agır və çox ciddi-tələbkar hərbi rejimli təhsillər alıb da yüksək göstərici ilə irəli çıxaraq Macarıstandakı beynəlxalq elitar hərbi kurslara göndərilməyə layiqli dərəcədə nümunəvi zabit səviyyəsinə yüksəlib. Və niyə bu, başqa bir millətin zabitini və yaxud digər erməni zabitini öldürməyib məhz, həmin ermənini hədəfə alıb? Demək Ramilin mütəmadi ruhuna, heysiyyatna toxunulub, onun ən ülvi milli, vətən, dəyərlərinə və özünə sığışdırıb deməsə də bir ekspert kimi bilirəm ki, şəxsi ləyaqəti və namusuna toxunan hallar, səbəblər, addımlar olub ona qarşı. Bunu gətirib, yüksək ruhi həyacan, affekt həddinə də çıxarıb bu hal. Və bunu kim edib? Təbii, özünü Ramilin qətl hədəfnə gətirən erməni Markaryan.

Affekt vəziyyətini nədir təsdiq edən? O hədəfə cavabın ən ifrat növ-ölüm seçimi və bunun da xüsusi ritual formasında edilməsi. Cavab kimi bir yumruq-şillə vura bilərdi, bitsin. Yox-ölüm! Ölüm kimi bıçaqla vurub edə bilərdi. Yox-balta! Balta ilə gündüz də bunu edə bilərdi. Yox gecə! Demək, ağır heysiyyat travması bu insanı rahat buraxmır. Pozulmuş beynindəki hədəfini necə öldürmə fantaziyası-ritualına sövq edir. Bunun üçün xüsusən bazara gedir, balta alır və oturub onu lazımınca itiləyir. Belə ritualların da adətən həyata keçirildiyi gecə yarı qaranlığını gözləyir və daxilini bu şiddətlə dolmuş emosional təzyiq, qaynartıdan püskürtü ilə azad edir və boşaldır"

İlqar Altay deyir ki, bu qəsdən törədilmiş qətldir, amma , Səfərovun deyil, Markaryanın yaratdığı affektin əli ilə törədilmiş qətldir: "Bu cür, özünə qarşı zərbə üçün bir çox insanları bir müəyyən həddə, təxribata çəkib, çatdıranlar çox olur. Bu yaxınlarda Moskvada canlı tele yayımda gürcü əsilli tanınmış bir politoloq Svanidze, Maksim Şevçenkonu belə bir affekt hala gətirib, özünü ona vurdurub, yerə sərdirdi. Heç nə demədilər, nə hökumət, nə də bir kimsə.Gürcü də səhvini anladı. Yaxın illərdə Türkiyədə futbol matçından sonra, bir ingilis azərkeş acıqla şalvarını çıxartdı, türk lirəsi ilə nümayişkaranə özünü sildi. Bir nəfər türk özünü saxlaya bilməyib bıçaqladı öldürdü. Çox cüzi iş verdilər, Britaniya tərəf isə bu məslənin heç üstünə getmədi. Hər bir hadisədən üz cırıb, şivənlə özünə divident götürən erməni həyasızların xorunamı qoşulaq? Budurmu.. milli mənlik, ləyaqətiimiz?Ramil onu gündüz öldürsə xora qəbul idi guya?  Ayıbdı, özmüzə hörmət edək, erməni zurnasına oynamayaq. Bu qədər sınmaq, düşmək olmaz.  Əslində, Macarıstan məhkəməsi bu, ən yüksək həyəcanı, affekti nəzərə alaraq Ramil Səfərova çox olsa 5-6 il iş kəsməli idi. Biz tərəfin də çox böyük səhvi onda oldu ki, gərək Baş Prokurorluq paralel cinayət işi açıb araşdırma aparaydı. Və necə ki, 2010-cu ildə mənim də araşdırmasında iştirak etdiyim  Türkiyə-İsrail arasındakı "Mavi Mərmərə" konfliktində oldugu kimi hadisə Israil sularında baş versə də, getdim gördüm ki, Türkiyə prokurorluğu da, öz istintaqını aparır. Keçdim İsrail tərəfə o da elə.Bunu biz o vaxt etsəydik, ekstradisiya sonrası, Ramil Səfərov Bakıda öz istintaq-məhkəməmiz tərəfin qərarı ilə də azad edilib, bəraət verilərdi. Bu, məncə də daha əsaslı və qanuni olardı".

Mərkəz rəhbəri təəssüf hissi ilə qeyd edib ki, illər sonra biz, Ramil Səfərovu xalq düşməni çıxardırıq: "Ermənilər isə azərbaycanlı uşağının dərisini soyduğunu etiraf edən Zoriy Balayanı qəhrəman elan ediblər. Ramilin əməli cinayət tərkbli olsa da, kənar təsirin hesabına törədilən az təqsirlidir və bağışlanılan qədərdi.Biz Ramili qəhrəman yox, namusu, ləyaqətinin sınmaması səbəbindən affekt, intihar həddinə gəlib addım atmış vətəndaşımız sayırıq. Bunu ermənilər və o yönlülər qəsdən qəhərəmanlıq obrazında qaldırırlar ki, sonra rahat hədəf kimi vura bilsinlər. Bu hiyləgər "tryuklar" məlumdur.Xədicənin timsalında müxalif siyasilərə bunu bildirmək istərdim. İqtidarı tənqid və ittiham etmək üçün kifayət qədər səbəb, arqumentlər var. Amma bu ittihamları qızışıb xalqa toxunan dəyərlər üzərindən, onları zədələməklə etmək olmaz. Insanları da yaşadığı dövlət reallığında hakimiyyətlə düşmən olmadığına görə hədəfə almaq olmaz".

Məhəmməd

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR