Amerika- Çin qarşıdurması yeni mərhələdə

Birləşmiş Ştatların ciddi şəkildə mübarizə apardığı və iqtisadi cəhətdən sıradan çıxarmağa çalışdığı ölkələrdən biri də Çindir. Çin iqtisadiyyatına zərbə vurmaq üçün Birləşmiş Ştatlar bu gün də sistemli mübarizə aparır. Son vaxtlar Ağ Ev rəhbəri Donald Trampın fəaliyyətində də bu amil özünü göstərir. Mstəqil ekspert Kamran Sultanlı deyir ki, ABŞ prezidenti Donald Tramp günümüzdə BMT səviyyəsində təbliğatı genişlənən iqlim dəyişikliklərinə qarşı mübarizə istiqamətində bütün kampaniyalara qarşı çıxır. Onun sözlərinə görəı, Tramp iqlim dəyişiklikləri ilə bağlı Paris paktından da ayrıldı: "Həmçinin ABŞ lideri 1987-ci ildə SSRİ ilə imzalanan "İNF-strateji ballistik raketlərin qadağan olunması müqaviləsindən" də çıxdı. Tramp liberal siyasətdən proteksionizmə istiqamətlənir. Bütün bunların arxasında məhz Çin faktoru dayanır. ABŞ lideri qeyd edir ki, iqlim dəyişiklikləri ilə bağlı pakta ölkəsi qoşulduğu halda, Pekin sürətlə sənayəsini genişləndirir, özünün struktur-ekspansionist siyasəti naminə heç bir iqlim dəyişikliklərini nəzərə almır. Baxmayaraq ki, Pekin Paris paktının əsas tərafdaşlarından biridir. Hətta mart ayında Avropa Birliyi ilə Çin arasında qəbul edilən xüsusi sənəddə Pekin əsas tərafdaş dövlət kimi təsbit edilir. Lakin bununla yanaşı, Çin özünün struktur ekspansiyasından imtina etmək istəmir və sənayəsini sürətlə genişləndirir. Tramp həmçinin tələb edir ki,Çində Rusiya və ABŞ-la bərabər strateji ballistik raketlərin qadağan olunması istiqamətində müqavilə imzalamalıdır. Trampın "İNF" -dən çıxmasının ən əsas səbəbi məhz Çinin bu müqavilədən kənar qalaraq özünün ballistik raket sənayəsini, nüvə arsenalını genişləndirməsidir. Lakin Rəsmi Pekin ABŞ-ın bu tələbinə riayyət etmiyəcəyini və İNF-ə qoşulmayacağını qeyd edir".

Kamran Sultanlı deyib ki, indiyə qədər ABŞ qlobalistləri Çinə böyük faydalar verib: "Məhz ABŞ qlobalistlərinin sahəsində Çin böyük dividentlər əldə edib. Bu baxımdan Çin 2020-ci il seçkilərində demokratların Ağ Evə qayıtmasını istəyir. Çünki Demokratlar qlobal siyasətin, açıq bazar prinsiplərinə daha çox üstünlük verirlər. Amerikanlar vaxtında anladılar ki, Çinin qarşısı alınmalıdır. Əks halda Çin dünyanın supergüclüyünü Vaşinqtonun əlindən ala bilərdi. Ən azı ÜDM-ün nominal baxımdan hesablanmasında Pekin, Vaşinqtonu qabaqlayıb. Bütün bunlara görə Amerikanın hakim dairələri Trump kimi dəlisov xarakterli bir şəxsi prezident seçdirə bildilər". Ekspert deyib ki, Tramp hakimiyyətə gəldikdən dərhal sonra, Çinə qarşı sərt siyasi ritorikaya start verdi: "Tramp 200 milyard dollarlıq məhsullara rüsumu, 10 faizdən 25 faizə qaldırdı. Həmçinin daha 325 milyard dollarlıq məhsula əlavə olaraq 25 faizlik rüsum qoyulacağı gözlənilir. ABŞ lideri Çinin və smartfon bazarının nəhəngi hesab edilən "Huavei" -də sanksiya tətbiq etdi. "Huavei" -ə sanksiya Çin nəhənginin aktivlərinin 25 faiz geriləməsinə və satış indeksində kəskin enişə səbəb olacaq". Kamran Sultanlı hesab edir ki,  ABŞ, Çinin qarşısını hər istiqamətdə almağa çalışır: "Rəsmi Vaşinqton Çinin 2049-cu il kosmik strategiyasının, 2025 strategiyasının qarşısını almaq üçün artıq hərəkətə keçib. ABŞ həmçinin kosmik sahədə olan bütün təşəbbüsləri bərpa edib, bu sahəyə 225 milyard dollara qədər maliyyə ayırıb. Həmçinin Tramp administrasiyası kosmik qüvvələrin yaradılması, kosmik sferada nüvə arsenalının,hipersonik və hipermed silahların yenilənməsi üçün maliyyə ayrılmasını təmin edib. Vaşinqton Arktikada özünün donanmasının yenilənməsi istiqamətində addımlara başlayıb.  Trampın digər atdığı addım isə hərbi sahədə xüsusilə, Sakit okean hövzəsində hegemonluğu qorumaqdan ibarətdir. Buna görə Tramp administrasiyası 24 milyard dollar gəmilərin yenilənməsi üçün maliyyə ayırdı. Həmçinin yeni gəmilərin hərbi dəniz qüvvələrinin ixtiyarına verilməsi qərarı qəbul edildi. ABŞ yeni submines və esminneslərin hazırlanması üçün 25 milyarddollar ayırıb. Tramp Çinə qarşı "Alfred Mahan" və "Reyqanomika" strategiyasını aparır. "Reyqanomika" strategiyiyası ilə hərbi büdcəni artırır və tarixin ən böyük hərbi büdcəsini qəbul etməklə, ən millitarist adminsitrasiya adı qazanır. "Alfred Mahan" konsepsiyasına uyğun olaraq isə Vaşinqton dənizdə ağalıqı qorumağa çalışır. Çünki Mahan konsepsiyasına əsasən dənizlərdə ağalıq, bütün dünyaya ağalıq deməkdir".

Ekspertin sözlərinə görə, Çin faktoru Avropa Birliyi  və ABŞ arasında maraqları koordinasiya edir: "Hazırda transatlantik münasibətlərdə fikir ayrılıqlarına baxmayaraq, Çin amili Avroatlantik məkanda ümumi konsensusa səbəb olur. Almaniyanın Əfqanıstanda aktivləşməsi (təbii ki,ABŞ-ın icazəsi ilə) eləcə də, Trampın Cənub Qaz dəhlizini, Transxəzəri bu qədər dəstəkləməsi, habelə Qərbin Cənubi Qafqaz və Mərkəzi Asiyaya artan marağı bu iki regionu komunike etməyə çalışması, İran, Hindistan və Türkiyəyə edilən təzyiqlərin fonunda əsas faktor Çindi. Almaniya Avropa Birliyinin yeni lideri olaraq Əfqanıstanda, Mərkəzi Asiyada genişlənməsi buraya qoşun yerləşdirməsinin ən böyük səbəbi Rusiyanı zərərləşdirmək, Çinin qarşısını almaq və son dövrlərin yeni iqtisadi oyunçusu olmağa çalışan geoavrasiya cəbhəsinin artan gücü Hindistanı zərərləşdirməkdir. Türkiyə regionun açar funksiyasını yerinə yetirdikdən ABŞ-la gərginlikdən sonra bu regionda olan boşluğu Almaniya və Fransa doldurmağa çalışır. Çinə qarşı Qərbin bu cür mövqeyi Cənubi Qafqazın da rolunu artırır və NATO-nun buraya olan marağının artmasına səbəb olur. Təbii ki, bu amil Cənubi Qafqaz dövlətlərinin Avroatlantik təhlükəsəzlik strukturları ilə yaxınlaşması üçün müsbət gedişatdı.  Lakin ABŞ və Çin arasında iqtisadi müharibənin gərginləşməsi, dünyanı ressesiya durumuna sala bilər. Çünki söhbət 1,2 trilyon dollar ticarət dövriyyəsinə malik və dünya iqtisadiyyatının hardasa yarısını təşkil edən iki supergücdən gedir.

Məhəmməd

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR