Avroliqa finalı dünyaya təhlükəsiz bir ölkə olduğumuzu bir daha sübut edəcək

"Erməni lobbisinin xarici ölkələrdə daha güclü inkişaf etməsinə baxmayaraq Avropa artıq Azərbaycanın təhlükəsiz və əmin əmanlığ şəraitində yaşayan ölkə olduğunu özü təsdiqləyib. Avropanın bunu təsdiqlənməsinin əsas səbəbi isə Azərbaycan diasporunun xaricdə iş keyfiyyətinin yüksək səviyyədə olmasını göstərir. Rahatlıqla qeyd edə bilərik ki, Avropa oyunları,İslam Həmrəylik Oyunları,F1 yarışlarının Bakıda keçirilməsi və həmin yarışlarda xarici qonaqların Azərbaycanda necə qonaqpərvər qarşılanması və burdan xoş xatirələrlə ayrılmasının şahidi ola bilərik".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi ekspert Fuad Heydər deyib.

O bildirib ki, Avroliqa finalın Azərbaycanda keçirilməsi demək olar ki, Azərbaycanın xaricdə daha yüksək tanınması və Azərbaycan futbolunun inkişafına zəmin yaradacaq: "Ölkəmizə gələn turistlərin sayının artması Azərbaycanın əmin-amanlıq şəraitində yaşamasına daha çox insanın şahid olmasına gətirib çıxaracaq. Azərbaycan idman sahəsində geniş inkişaf edən ölkədir və təbii ki, Avroliqada bizim üçün bir təcrübə olacaq və idman sahəsində daha böyük yüksəliş dövrü başlayacaq".

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR