“Azərbaycanla sərhədlə bağlı danışıqları diqqətlə izləyirik” — Gürcüstan Patriarxlığı

"Gürcüstan Patriarxlığı Azərbaycan tərəfi ilə sərhəd məsələsi ilə bağlı danışıqlar prosesini diqqətlə izləyir".

Bunu Patriarxlığın Mətbuat xidmətinin rəhbəri Andria Caqmaidze özünün "Facebook" səhifəsində yazıb.

"Azərbaycan tərəfi ilə danışıqlar davam etdirilir. Prosesdə Xarici İşlər Nazirliyi iştirak edir. Ümid edirik ki, Gürcüstanın maraqları tam olaraq qorunacaq", - deyə o bildirib. 

Qeyd edək ki, daha əvvəl Gürcüstanın XİN rəsmisi Azərbaycanla sərhədlə bağlı keçirilən iclas barədə məlumat verib.

report

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR