Bahar Muradova: “Azərbaycana parlament mədəniyyəti, ənənələri kənardan gətirilməyib”

"Biz yoxdan bir dövlət yaradan insanları unutmamalıyıq. Azərbaycan cəmiyyəti, hər bir kəs müstəqil Azərbaycan dövləti qurmaq üçün canlarından belə keçməyə hazır olmuş insanları, Cümhuriyyət qurucuarını ehtiramla yad etməliyik". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisdə (MM) Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin (YAP GB) üzvlərii ilə görüşdə "Azərbaycanda parlamentarizm tarixi: dünəni və bu günü"  mövzusunda çıxış edən vitse-spiker Bahar Muradova  bildirib. B. Muradova  qeyd edib ki, Cümhuriyyət qrucuları mühacirətdə olduqları dövrdə də Azərbaycanın bir zaman müstəqillik qazanacağına inamlrını itirməyiblər: "Biz yoxdan bir dövlət yaradan insanları unutmamalıyıq. Azərbaycan parlament mədəniyyəti, ənənələri kənardan gətirilməyib". B.Muradova sonra bildirib ki, parlament üsul-idarəsi kifayət qədər demokratik idarəetmə formasıdır: "Xalq Cümhuriyyətinin qurucuları Zaqafqaziya Seymi dağılandan sonra Milli Şuranı formalaşdırıb". BMuradovanın dediyinə görə, Ermənistan daim Azərbaycan ərazilərini ələ keçirməyə çalışıb: "Ermənistan həm Cümhuriyyət dövründə, həm də sonralar Azərbaycan ərazilərinə iddia ilə çıxış ediblər. Milli Şuranın İrəvanı Ermənistana paytaxt kimi verilməsi barədə qərarının ağrı-acılarını bu gün də hiss edirik. Ancaq buna baxmayaraq, Milli Şura tariximizdə böyük, müsbət rol oynayıb. Milli Şuranın əsas xidməti İstiqlal Bəyannaməsini, müdafiə qabiliyyətini möhkəmləndirmək, Bakıni işğaldan azad etmək olub. Bakı ermənilərin işğalından qurtularaq Azərbaycanın paytaxtına çevrilib".

Vitse-spiker daha sonra nəzərə çatdırıb ki, Milli Şura Zaqafqaziya Seymi əsasında təşkil edilmişdi: "Parlament seçkilərini keçirmək mümkün olmasa da, Milli Şuranın tərkibi genişləndirildi, nəticədə 1918-ci ilin dekabrın 7-də parlament ilk işinə başladı. Parlament Azərbaycan dövlətçiliyi üçün mühüm qərarlar qəbul etdi. Bir neçə dəfə hökumət formalaşdırılmasna baxmayaraq,  parlament bir çox mühüm qərarlar qəbul edildi. Həmin dövr Azərbaycan parlamentinin qızıl dövrü idi".B. Muradova qeyd edib ki, Birinci Dünya Müharibəsinin nəticələri, Osmanlı imperiyasının məğlubiyyəti Xalq Cümhuriyyətinin süqutuna yol açdı: "Sovetlər dövründə Cümhuriyyət atributlarının ləğvi barədə qərarlar qəbul edildi. Cümhuriyyət qurucularının bir qismi repressiya qurbanı oldu, bir qismi mühacirətə getdi".

Azərbaycan milli və dövlətçilik maraqlarına uyğun siyasət yürüdür

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR