Adı korrupsiyada hallanan “Amnesty İnternational” siyasi alətə çevrilib

Qurum illərlədir ki, Azərbaycana qarşı qərəzli mövqe sərgiləyir

Xaricdə fəaliyyət göstərən antiAzərbaycan qüvvələri və onların təsiri altında olan beynəlxalq təşkilatlar ölkəmizə qarşı qarayaxma kampaniyasını davam etdirməkdədirlər. Bütövlükdə iş prinsipini maddi təminata kökləyərək simasızlaşmış həmin beynəlxalq təşkilatlarla iş birliyi quran Azərbaycanı sevməyən  dairələr yenə də iş başındadırlar. Uzun illərdən bəri ölkəmizə qarşı qərəzli mövqeyi ilə tanınan Amnisty İnternational təşkilatı öz ənənəvi təzyiq kampaniyasına start verib. Bu dəfə  Amnisty İnternational təşkilatı Azərbaycanda Avropa Liqasının finalının keçirilməsini pisləyib. Maraqlı məqam ondan ibarətdir ki, yenə də bunu ölkədə insan haqlarının vəziyyəti ilə əlaqələndirib. Daha dəqiq, həmişə Azərbaycana qarşı qərəzli mövqe sərgiləyən beynəlxalq hüquq müdafiə təşkilatı "Amnesty International" ölkəmizə qarşı daha bir təxribata əl atıb. Əslində isə bu təxribatın qərəzli şəkildə ortaya atılması hər bir Azərbaycan vətəndaşına gün kimi aydındır. Xatırladaq ki, qurum 2015-ci ildə Azərbaycanda keçirilən Avropa Yay Oyunları zamanı da anoloji təxribat xarakterli bəyənat yaymışdı. Konkret olaraq təşkilat Avropa Yay Oyunlarını boykot etməyə çağıran müraciət yaymışdı. Müraciətdə Azərbaycanda insan haqları və söz azadlığına qarşı basqıların şiddətləndiyi, müxalif düşüncəli insanların təqib olunduğu, hökumət əleyhinə fikir söyləyənlərin uydurma ittihamlarla həbsə atıldığı iddia olunurdu. Təşkilat bildirirdi ki, Avropa ölkələri üçün "bu kimi neqativ halların geniş vüsət aldığı" Azəbaycanda keçirilən Yay Oyunlarını boykot etmək ən doğru yoldur. Yenə də eyni çağırış, eyni tezislər. Bu isə ona dəlalət edir ki, "Amnesty International"ın açıqlaması eyni müəlliflər tərəfindən hazırlanıb və eyni məqsədə xidmət edir. Lakin "Amnesty International"ın fəaliyyəti deməyə əsas verir ki, bu təşkilatın dünyada baş verən hadisələrə, xüsusən insan hüquqları ilə bağlı məsələlərə münasibət bildirmək üçün heç bir mənəvi haqqı yoxdur. Ona görə ki, bu təşkilat korrupsiyada adı hallanan, sifariş yerinə tetirən qurum imici qazanıb, ayrı ayrı maraqlı xarici qüvvəlırin əlində müstəqil siyasət yürüdən ölkələrə qarşı təzyiq vasitəsi funksiyasını yerinə yetirir. Qurum sözün həqiqi mənasında maraqlı dövlət və diaspor təşkilatların  "nüfuzdan salma" maşını funksiyasını yerinə yetirir. Bu halda belə çirkli reputasiyaya malik bir təşkilatın kimisə ittiham etməyə, ədalət, şəffafllq, demokratiyadan danışmağa haqqı yoxdur.

Məlumat üçün qeyd edək ki, bu gün "Amnesty İnternational" da öz işiylə deyil, siyasi alverlə məşğul olur. Təkcə bu fakt deməyə əsas verir ki, təşkilatın fəaliyyəti boykot edilməlidir. Ən azından ona görə ki, heç bir əsas olmadan siyasi fırtına yaratmağa çalışan "Amnesty İnternational" on illərdir ki, haqqı yerdə qalan xocalılıların halal haqqını tələb etmir. Bunun əvəzində təşkilat siyasi şoular və ikili standartlarla ölkəmizə qarşı təzyiq yolunu seçib. Belə fəaliyyət isə təşkilatın məqsədi, missiyasına qətiyyən uyğun gəlmir. Sual yaranır, bu təşkilatın amalı insan haqlarını müdafiə etməkdir, yoxsa, ayrı-ayrı ölkələrə siyasi inqilab ab-havasını ixrac etmək?  Göründüyü "Amnesty İnternational"ın fəaliyyəti sanki futbol üzrə UEFA Avropa Liqasının final oyunu kimi mötəbər yarışı keçirməklə üzərinə böyük məsuliyyət götürüb, onu yüksək səviyyədə keçirməyə hazır olan ölkəyə qısqanclıqla yanaşan qüvvələr tərəfindən həyata keçrilir. Bu qüvvələr Azərbaycanın artan nüfuzunu, inkişafını görüb, onu qəbul etmədiklərindən bu cür cılız hərəkətlərə yol verirlər. Lakin reallıq odur ki, bədxah qüvvələrin səyləri puça çıxacaq və onların bu hərəkətləri nəticə verməyəcək. Əksinə, bu idman yarışı bir daha Azərbaycanın dünyada artan nüfuzuna öz müsbət təsirini göstərəcək. Nəzərə almaq lazımdır ki, bu oyuna olan maraq elə böyükdür ki, artıq çoxsaylı xarici turistlər ölkəmizə səfərə hazırlaşırlar. Güvənlik ondan ibarətdir ki, Azərbaycan bu mötəbər yarışı da yüksək səviyyədə keçirəcək. Həm də bu tədbir Azərbaycanı dünyaya təqdim etmək və Azərbaycan bu mötəbər tədbiri yüksək səviyyədə keçirməklə özünü dünyaya təqdim edə biləcək. Məhz bundan əndişələnən antiazərbaycan qüvvələr bu inkişafa əngəl olmaq istəyirlər.

Məsələnin maraqlı tərəfi ondan ibarətdir ki, bir sıra beynəlxalq təşkilatlar və onlara həyan duran dövlətlər bilərəkdən idmanı siyasiləşdirmək yolu tutublar. Avropa xalqlarının mədəniyyətinə, intellektinə, mənafeyinə xidmət edən əhəmiyyətli tədbirləri dəstəkləməyə, ona kömək etməyə borclu olduqları halda, əksinə ölkəmizdə keçirilən musiqi müsabiqələrinin, idman oyunlarının əleyhinə qarayaxma kampaniyası aparırlar. Konkret olaraq "Amnesty İnternational" böyük təşkilatçılıq səyləri sayəsində hazırlanan və beynəlxalq idman təşkilatları tərəfindən hazırlığı yüksək qiymətləndirilən bu oyunun Avropa xalqlarının birliyinə, idmanın səmərəliliyinə verdiyi töhfələri alqışlamaq və buna sevinmək əvəzinə, bu mühüm əhəmiyyətli idman bayramını gözdən salmaq cəhdləri, boykot etmək çağırışları edir. Etiraf edilmıəlidir ki, ölkəmizə qarşı belə mövqe sərgiləmək riyakarlıqdan başqa bir şey deyil. İdmanı siyasətləşdirməyə və idman oyunlarından bir təsir vasitəsi kimi istifadə etməyə cəhdin özü siyasi mənəviyyatsızlığın bariz nümunəsidir. Başqa sözlə, mənasız, qərəzli bəyənatlarla çıxış etməklə sözügedən təşkilat amalını, əqidəsini satır, vəzifəsini, borcunu dəyərləndirmir. Bu isə onun maraqlı qüvvələrin əlində bir alətə çevrildiyini aydın göstərir. Maraqlıdır, görəsən insan haqlarının pozulması sahəsində Azərbaycanı tənqid edən bu qurum əslində on minlərlə idmançının, idman azarkeşinin, ictimaiyyətin hüquqlarını, haqlarını kobud şəkildə pozduğunu,  xəyanət etdiyini anlayırmı?

"Amnesty İnternational" anlamalıdır ki, yüksək səviyyədə təşkil olunan  futbol üzrə UEFA Avropa Liqasının final oyununa belə laqeyd və qərəzli münasibət Avropada idmanın məhvinə və təşkilatçı ölkələrin imicinə ziyan vurmağa yönəldilən cəhdlərdir və bunu heç cür bağışlamaq olmaz. Azərbaycana qarşı aparılan ideoloji mübarizə əslində Avropa dəyərlərinə zərbədir ki, bunu da "Amnesty İnternational" həyata keçirmiş olur. Sirr deyil ki, Azərbaycan hər zaman Avropa üçün önəmli, Avropaya inteqrasiya, mədəniyyət və idmanla bağlı hər hansı böyük tədbirləri keçirərkən belə hücumlarla üzləşir. Bu qurumun  insan hüquqları və demokratiya şüarları sadəcə bir bəhanədir. Məqsəd Azərbaycana təzyiqlər göstərmək, Azərbaycanın imicinə xələl gətirməkdir. Bu da onunla bağlıdır ki, onlar çox gözəl anlayırlar ki,  hazırda Avropa Birliyi üçün ən önəmli ölkə, ən mühüm layihələri həyata keçirən, Avropanın enerji layihələrinin həyata keçirilməsində böyük rol oynayan ölkə məhz Azərbaycandır. Ona görə də"Amnesty İnternational" kimi təşkilatlar və onların arxasında duran qüvvələr Azərbaycana qarşı bu cür təzyiq vasitələrinə əl atırlar.

Alim

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR