Partiya sədri: “Kosmopolit" sürüsünün atmacalarına, təhqirlərinə dözmək fikrimiz yoxdur”

"Bu da günün sensasiyası. Daha doğrusu, süni şəkildə yaradılmış, uydurulmuş "sensasiya"sı.  Adını jurnalist qoyan, özü isə ölkə gündəmində gah "hüquq müdafiəçisi", gah "feminist", gah da qrant "razborka"çısı kimi zühur edən Xədicə İsmayılın anormal məntiqinə görə, Ramil Səfərovun bayrağımızı təhqir edən erməni zabiti Qurgen Markaryanı öldürməsi guya "biabırçı cinayət" imiş və onu Macarıstandan vətənə gətirib həbsdən azad etməklə bu iqtidar guya Ramilin adı "üzərindən seçkiqabağı xal qazanıbmış". "OLAYLAR" xəbər verir ki, bu fikirləri Demokratik Azərbaycan Dünyası Partiyasının sədri Əlisahib Hüseynov səsləndirib: "Əvvəla yaddaşı zəif olan Xədicə İsmayıla xatırlatmaq istərdim ki, Ramil Səfərov Vətənə gətirilən vaxtı ölkədə heç bir seçki kampaniyası aparılmırdı. Bu ucuz "sensasiya" xəstəsi hələ də dərk etməyib ki, müharibə bitməyib, biz ermənilərlə (Ermənistanla) müharibə vəziyyətindəyik və Xocalı kimi dəhşətli qətliamı törətmiş, Şuşa kimi, Ağdam kimi, Kəlbəcər kimi yurdumuzun füsunkar guşələrini viran qoymuş müharibə canilərini cəzalandırmaq da, öldürmək də bizim halalca haqqımızdır. Əgər ermənilərin bu Xədicə bacılarının onlar üçün ürəyi belə çox yanırsa və bu "sülh mələyi" heç bir erməni əsgərinin, zabitinin ölməsini həqiqətən də istəmirsə, o zaman ya erməni hərbçilərinə, yadaki onların başbilənlərinə - Nikol Paşinyana, Armen Sərkisyana müraciət etsin ki, Azərbaycan torpaqlarından rədd olub getsinlər. Xədicə xanım bu müraciəti etmirsə, ya da etmək istəmirsə, o zaman dilini dinc yerinə qoysun. Şəhidlər ona görə şəhid olmayıblar ki, bu əziz Vətənimizdə Xədicə kimi saxta "kosmopolit"lər, Nərmin Şahmarzadə kimi dırnaqarası "pasifist"lər bu ölkədə göbələk kimi çoxalsınlar və sonra da müqəddəs dəyərlərimizə, layiqli insanlarımıza dil uzatsınlar. Sosial şəbəkələrin və söz azadlığının verdiyi imkanlardan sui-istifadə edib, biri şəhidimizə söz atır, o biri isə öz siyasi və maddi maraqlarına görə xalqın dəyər verdiyi, Qarabağ müharibəsinin bütün faciələrindən keçib gəlmiş qazimizə - canlı şəhidimizə söz atır. Mən burdan bu "monitor qəhrəman"larına səslənirəm: Bu Xədicələr, Nərminlər bizim onsuz da tarıma çəkilmiş əsəblərimizlə çox oynamasınlar.  Biz qazilər onsuz da bu və ya digər şəkildə travmalı insanlarıq. Əksəriyyətimiz ya əlillik qazanmışıq, yada  döyüşlərdə aldığımız kontuziyalar nəticəsində əsəblərimiz bir xeyli dərəcədə həssaslaşıb. Bütün bunlar azmış kimi, bu biri yandan da bu "kosmopolit" sürüsünün atmacalarına, təhqirlərinə dözmək, onların nazıyla oynamaq fikrimiz yoxdur".

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR