Cavid Şahverdiyev: “Amnesty İnternational” kimi təşkilatların bəyanatlarının heç bir çəkisi yoxdur”

"Azərbaycan olduqca böyük, beynəlxalq miqyaslı yarışlara, festivallara, qlobal forumlara, konfranslara-bir sözlə, nüfuzlu tədbirlərə ev sahibliyi edir. Bu miqyaslı tədbirlərin keçirilməsi üçün etimadın göstərilməsi təsadüfi deyil. Bu, əlbəttə, Azərbaycanın qazandığı mövqeyin, ölkəmizin beynəlxalq çəkisinin, dünya ictimaiyyəti, beynəlxalq təşkilatlar qarşısında qazandığı reputasiyanın ifadəsidir". Bunu "Olaylar"a deyən  Azərbaycan Demokratik İslahatların İnkişafı Mərkəzinin sədri, Avrasiya İnformasiya Agentliyinin rəhbəri Cavid Şahverdiyevin sözlərinə görə, 2010-cu ildən bu yana müxtəlif  beynəlxalq turnirlərin - bədii gimnastika, qılıncoynatma, taekvondo, güləş, boks, karate, avarçəkmə, FİFA U-17 Qadınlararası Dünya çempionatı,  "Baku World Challenge" avtomobil yarışı və Olimpiya növlərinə daxil olan digər beynəlxalq idman tədbiri keçirilib, o cümlədən,  2015-ci ildə Bakıda ilk Avropa oyunlarına ev sahibliyi etmişdi. 2017-ci ilin mayında İslam həmrəylik idman oyunlarını keçirdi. Bakı artıq 2019-cu ildə  Avropa Gəncləri Olimpiya Festivalının keçirilməsinə icazə alıb. 2020-ci ildə Azərbaycan paytaxtı futbol üzrə Avropa çempionatının dörd oyununu qəbul edəcək:

"Lakin Azərbaycanın beynəlxalq arenada artan nüfuzu bir sıra beynəlxalq təşkilatların narahatlığına səbəb olduğundan hər dəfə qara yaxma kampaniyalarına başlayırlar. Bakıda keçiriləcək hər beynəlxalq nüfuzlu tədbir öndəsi bunun şahidi oluruq. Gah Azərbaycanda söz və media azadlığının pozulduğnu, gah insan haqlarına dəyər verilmədiyinin, gah ölkənin təhlükəsizliyinin sual altında qaldığını bəhanə gətirərərk rəsmi Bakının ünvanına məntiqsiz və heç bir reallığa əsalanmayan fikirlər, ittihamlar söyləyirlər. Belə təşkilatlardan biri "Amnesty İnternational" heç vaxt Azərbaycana qarşı şəffaf və ədalətli mövqe nümayiş etdirməyib.  Bu təşkilat heç cürə barışa bilmir ki, Azərbaycanda hər belə bir tədbirin keçirilməsindən sonra Bakının mövqeyi dünya arenasında möhkəmlənir. Prezident cənab İlham Əliyevin sözləri ilə desək, bu gün Azərbaycan dünya miqyasında elə də böyük dövlət deyil, lakin sözümüzün çəkisi böyükdür: "Sözün həqiqi mənasında, ölkəmizin çəkisini, rolunu dünya siyasətində hər bir dövlət görür, qiymətləndirir, ölkəmizi dünya siyasətində etibarlı tərəfdaş kimi dəyərləndirirlər. "Formula-1" yarışları bir daha göstərdi ki, Azərbaycan sürətlə inkişaf etməkdədir. Beynəlxaq tədbirlərin təşkilatçıları o ölkələri seçirlər ki, orada sabitlik, təhlükəsizlik, insan haqlarının qorunması, əmin-amanlıq var. Təxminən 500 milyondn artıq insan bu yarışı izlədi. Bu insanlar Azərbaycanın necə bir füsünkar, Avropanın bir parçası olan ölkə olduğunun şahidi oldular. Avropa Oyunlarına evsahibliyi etmək missiyasının Bakıya həvalə edilməsinə böyük etimad, təbii ki,  Azərbaycana olan inamdan doğurub. Bu yarışlar həm də ölkəmizdə idmanın inkişafda olduğunu, Olimpiya hərəkatının geniş vüsət aldığını bütün dünyaya nümayiş etdirib. Belə yarışlarda iştirak edən idmançılar, onları izləməyə gələn on minlərlə turust Azərbaycanı yenidən kəşf edirlər". Amma özünü demokratiya çətiri altında gizlədən "Amnesty İnternational" heç vaxt Ermənistanın işğalçılıq siyasəti ilə bağlı bir cümlə belə yazmayıb. Əgər bu təşkilat həqiqətən də insan haqları, söz azadlığının qorunmasına belə önəm verirsə ikili standart nümayiş etdirməməlidir". Onun bildirdiyinə görə, bu təşkilatların arxasında erməni lobbisi və diasporasının dayandığı şübhəsizdir: "Ermənilərlə yanaşı Azərbaycandan qaçıb özünü Qərbin ermənipərəst qüvvələrinə, donorlarına sığınan "azərbaycanlı"lar da çirkin oyunların qurbanlarına çevriliblər. Belə təşkilat və ünsürlərin istəyi, Azərbaycanı dünyada gözdən salmq, artan nüfuzuna xələl gətirməkdir. Bu planın həyata keçməsi üçün milyonlar belə xərclənir. Amma Azərbaycanda xalq-hakimiyyət birliyi belə planların həyata keçməsində bir sipər olub.  "Amnesty İnternational" kimi təşkilatların bəyanatlarının heç bir çəkisi yoxdur.  O təşkliat heç bir zaman qarşısında zəif, gücsüz Azərbaycan görməyəcək".

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR