“Amnisty İnternational” təşkilatı Azərbaycana qarşı qərəzli mövqe sərgiləyir"

Orucova "OLAYLAR" Avroliqanın final oyununun Bakıda keçiriləcəyi elanından
sonra ölkəmizə qarşı müxtəlif fikirlər irəli sürüldü. Britaniyanın
Azərbaycanda təhlükəsizlik məsələlərini qabartması, idmandan kənar hesabat
və elanları reallığı əks etdirmir.

Bu fikirləri Olaylar.az-a siyasi ekspert Kamran Sultanlı deyib.

O bildirib ki, Azərbaycan təhlükəsizlik sahəsində və idman ölkəsi kimi
böyük imic formalaşdırıb.

Ölkəmiz ev sahibliyi etdiyi bütün tədbirləri yüksək səviyyədə təşkil edib.
"Formula 1", "İslam Həmrəyliyi Oyunları", "Avropa Oyunları" kimi idman
yarışlarında yüksək təşkilatçılıq və təhlükəsizlik barədə örnək nümayiş
etdirib.

O qeyd edib ki, Avroliqanın finalına ev sahibliyi ilə bağlı ölkəmizə qarşı
müxtəlif bəyanat və hesabatlar təşkilatçılığa kölgə salmaq məqsədi daşıyır.

Amnisty İnternational adlı korrupsianal təşkilatın kimi Avro Liqa
finalının Azərbaycanda keçirilməsini pisləyib və bunu ölkədə insan
haqlarının vəziyyəti ilə əlaqələndirməsi ölkəmizə qarşı qəzərli münasibətin
göstəricisidir.

İdmanı siyasətə qarışıdırmaq düzgün deyil. Azərbaycanın Avroliqa finalını
yüksək səviyyədə keçirəcəyi şüphə doğurmur.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR