“Amnesty İnternational” təşkilatının qərəzli çağırışlarının heç bir əsası yoxdur

"Artıq inkişaf edən ölkələr sırasında öncül yerlərdən birini tutan
Azərbaycanda sosial - iqtisadi, siyasi, mədəni, bir sözlə, bütün sahələrdə
əldə edilən yüksək göstəricilər onun qüdrətini daha da artırmaqdadır.
Demokratik, hüquqi dövlət quruculuğu yolunu tutan Azərbaycan bu istiqamətdə
mühüm uğurlara imza atır. Bu uğurların əsasında isə ilk növbədə ölkədə
mövcud olan ictimai - siyasi sabitlik dayanır.
Sivilizasiyalararası dialoq məkanı kimi tanınan Azərbaycanın bu gün mötəbər
tədbirlərə ev sahibliyi etməsi, təşkilatçılıq sahəsində mükəmməl təcrübəyə
yiyələnməsi, ən əsası, malik olduğu imkanlar ölkəmizdə hər bir beynəlxalq
idman yarışının keçirilməsi üçün münbit şərait yaradır. Bu yarışların
Azərbaycanda keçirilməsi isə ölkəmiz üçün tamamilə yeni səhifə
açır.Azərbaycan bu yarışlara ev sahibliyi etməkləbeynəlxalq nüfuzunu
daha da artırır
və yeni-yeni tərəfdaşlar qazanır. Məhz bu uğurlar, reytinqlər, ölkəmizə
göstərilən yüksək etimadlar artdıqca, bəzi dairələr, xüsusən də
anti-azərbaycançı
şəbəkələr yaman "əl-ayağa" düşürlər. Çünki ölkəmizin beynəlxalq aləmdə
artan nüfuzu dost ölkələri sevindirsə də, belə antiazərbaycançı şəbəkələri,
 ölkəmizə qarşı ikili standartlardan çıxış edən bəzi beynəlxalq
təşkilatları "narahat" edir".

Bu fikirləri Olaylar.az-a YAP Pirallahı rayon təşkilatının sədri Hikmət
Şikarov deyib.

O bildirib ki, xarici antiazərbaycançı şəbəkə və onların əlaltıları,
bəzi yerli dairələr də ölkəmizdə keçiriləcək olan UEFA Avropa Liqasının
final matçının keçirildiyi ərəfədə öz simalarını açıb göstərirlər: "Təbii
ki, bütün bu kampaniyaların arxasında erməni lobbisi, diasporu, Azərbaycanı
sevməyən və uğurlarını qısqanan qüvvələr dayanır. Həyata keçirmək
istədikləri planlar hər dəfə alt-üst olsa da, bu çirkin əməllərindən yenə
də əl çəkmirlər.

Bu gün "Demokratiya çətiri" altında pərdələnən "Amnesty İnternational" adlı
bir təşkilat da idmandan siyasi alət kimi istifadə etməyə çalışır və "qara
piar" kampaniyasına başlayıb. Əfsuslar olsun ki, belə antiazərbaycançı
təşkilatlaröz ölkələrindəki insan haqları problemlərindən diqqəti
yayındırmaq, beynəlxalq ictimai rəyi məşğul etmək üçün Azərbaycan kimi
ölkələri hədəf alırlar. Ancaq hər dəfə məqsədləri, niyyətləri ürəklərində
qalır. Əslində, bu təşkilat üçün heç nəyin fərqi yoxdur, təki Azərbaycan
əleyhinə mövzu olsun.Odur ki,
onların qarayaxma planları yeni bir proses deyil. "Amnesty İnternational"
kimi ermənipərəst təşkilatların yaydığı qərəzli bəyanatlar, ikili
standartlar prinsipi, "qara piar" kampaniyası heç bir nəticə verməyəcək,
qərəzli çağırışların heç bir effekti olmayacaq. Çünki nəyəsə etiraz edəndə
ilk öncə onun səbəbini ortaya qoymalısan".

Sədr qeyd edib ki, onların ortaya qoyduğu səbəbləri isə bizlər görürük və
müəyyən edirik ki, bütün bunlar tamamilə əsassız və mənasızdır, sadəcə,
suyu bulandırmaq naminə kampaniya aparırlar: "Bu kampaniya aparanların
özləri də bilirlər ki, müvəffəqiyyətli bir nəticə əldə edə
bilməyəcəklər. Sadəcə
olaraq, bu, düşmənin xarakteri və xislətidir. Biz bu təşkilatların keçmişdə
belə çirkin hərəkətlərinin dəfələrlə şahidi olmuşuq. Bu gün də belə
cəhdlərin şahidi oluruq. Ümumiyyətlə, onlar Azərbaycanın uğurlara imza
atmasını həzm edə bilmirlər. Ancaq indiyədək "Amnesty İnterntional" kimi
təşkilatlar bir dəfə olsun belə, Ermənistanın işğalçılıq siyasəti
nəticəsində milyona yaxın insanın hüquqlarının pozulduğunu dilə
gətirməyiblər. İnsanların hüquqlarının kütləvi şəkildə pozulmasında
günahkar olan Ermənistan dövlətinə bir dəfə formal olsa belə çağırış
etməyiblər. Odur ki,adıçəkilən bu təşkilatın hər hansı bəyanatı Azərbaycan
üçün meyar sayıla bilməz. Hər bir kütləvi tədbirlər zamanı belə təzyiq
metodlarının işə salınması onların iş üslubudur. Həmin təşkilata güclü
deyil, zəif bir Azərbaycan lazımdır. Güclü Azərbaycan dövləti ilk növbədə
xalqımıza lazımdır. Həmişə olduğu kimi, bu dəfə də çirkin kampaniyaları
uğursuz və rüsvayçılıqla sona çatacaq, Azərbaycan isə inamla sabaha doğru
irəliləyəcək və dünyada artan nüfuzu dövlətimiz üçün yeni uğurlar
qazandıracaq".

Nigar Orucova

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR