“Amnesty International” təşkilatı konkret maraqlara xidmət edir

Amnesty International" təşkilatı konkret maraqlara xidmət edən beynəlxalq təşkilatdır. Əlbəttə ki, həmin təşkilat daimi olaraq Azərbaycanla və Azərbaycanın əməkdaşlıq etdiyi ölkələrlə bağlı apardığı siyasəti yaxından izləyir. Onlar əllərindən gələni edirlər ki, xüsusən də yeni demokratiyaların daha da güclənməsinin qarşısını alsınlar. Yəni, oldu-olmadı müxtəlif məsələlərdə bu cür ölkələri ittiham edirlər və qarayaxırlar". Bunu deyən siyasi şərhçi Azər Həsrətin sözlərinə görə, indi də mayın 29-da Bakıda keçiriləcək Avropa Liqasının finalı ilə bağlı verilən açıqlama da olduqca qərəzlidir: "Çünki biz işin içindəyik və hamımız bilirik ki, "Arsenal" futbol klubunun erməni əsilli oyunçusu Henrix Mxitaryanın Bakıya gəlməsi ilə bağlı Azərbaycan tərəfindən heç bir problem yaradılmayıb. Azərbaycan dövləti ən yüksək səviyyədə onun təhlükəsizliyinə və gəlib burada oyunda da iştirakına təminat verib. Bu haqda məlumatlar UEFA-ya, "Arsenal" futbol klubuna da verilib və beynəlxalq ictimaiyyətə də bəyan edilib. Amma buna baxmayaraq "Amnesty İnternational" təşkilatının bunu bəhanə edərək Azərbaycanda insan haqlarının pozulması və s. məsələlərlə bağlı dünya ictimaiyyətini çaşdırmağa çalışır. Təbii ki, bu qərəzlidir və əsassızdır. Biz belə halları çox görmüşük. Sadəcə olaraq nəzərdə tutulan bu oyunun yüksək səviyyədə təşkili üçün bütün imkanları yaratmaqdır və dünyaya bir daha göstərməkdir ki, Azərbaycan beynəlxalq təşkilat kimi qurumların iddia etdiyi insan haqlarının pozulduğu ölkə deyil".

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR