Nazir BMT-nin İnkişaf Proqramının yeni rezident nümayəndəsini qəbul edib

Nazir Elmar Məmmədyarov Azərbaycan Respublikasına yeni təyin olunmuş BMT-nin İnkişaf Proqramının rezident nümayəndəsi Alessandro Frakassettini qəbul edib. XİN-dən "Olaylar"a verilən məlumata görə, görüşdə Alessandro Frakassetti təyinatı barədə müvafiq məktubu nazir Elmar Məmmədyarova təqdim edib. Nazir Elmar Məmmədyarov Alessandro Frakassettini yeni təyinatı münasibətilə təbrik edərək, onun Azərbaycanla BMTİP arasında əlaqələrin daha da inkişafına töhfə verəcəyinə ümid etdiyini bildirdi. Nazir ölkəmizin BMT-nin İnkişaf Proqramı çərçivəsində əməkdaşlığının uğurla davam etdiyini vurğuladı və əlaqələrin daha da irəli aparılması üçün səylərin artırılmasının vacibliyi qeyd edib.

Öz növbəsində, Alessandro Frakassetti BMTİP sistemində aparılan struktur islahatları barədə məlumat verdi və fəaliyyəti müddətində əlaqələrin inkişafı üçün səylərini əsirgəməyəcəyini diqqətə çatdırıb. Görüşdə qarşılıqlı maraq kəsb edən məsələlərə dair fikir mübadiləsi aparılıb.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR