“Erməni cəmiyyəti əkdiyi acı meyvə ağacının bar verdiyi “acı meyvələri” dadır” — Millət vəkili

"Son günlərdə Ermənistanda baş verən proseslər Nikol Paşinyanın növbəti siyasi gedişidir. Paşinyanın son dövrlərdə reytinqi ötən illə müqayisədə kəskin azalıb və bu azalmaqda davam edir. İnsanlar ondan qaldırdığı sosial problemlərin həllini gözləyir.O isə əksinə siyasi populizm və yaxud şahmat oyunu oynamaqla məşğuldur".

Bu fikri  Milli Məclisin müdafiə, təhlükəsizlik və korrpusiya ilə mübarizə komitəsinin sədr müavini Aydın Mirzəzadə deyib.

Onun sözlərinə görə, Paşinyanın bu fəaliyyəti isə cəmiyyəti qane etmir. "Köçəryanın məhkəmədən azadlığa buraxılması müvəqqəti xarakter daşıyır. Bununla Paşinyan  bir tərəfdən Köçəryan və onu təmsil edən insanları psixoloji cəhətdən sındırmaq məqsədini güdür. Yəni o, bununla demək istəyir ki, Köçəryan üzərində istənilən vaxt məhkəmə prosesi qurub, onu həbsə göndərə bilər.Baxmayaraq ki, Paşinyanın idarəetmədə mövqeləri zəifləsə də, mövqelərini hələlik qoruyub saxlaya bilir",- deputat qeyd edib.

Köçəryanın həbsinin digər amilləri barədə danışan A. Mirzəzadə deyib ki, o, Köçəryandan istifadə etməklə Rusiya ilə siyasi bazarlıq etmək istəyir: "Bu yolla Rusiya ilə mövcud olan soyuq münasibələtri ilıqlaşdrımağa çalışır".

Deputat bildirib ki, Paşinyanın son addımları ümumiyyətlə bir daha onun idarəetmə qabliyyətinin  kifayət qədər zəif olduğunu ortaya qoydu.

"Faktiki olaraq Ermənistan normal, sivil bir dövlət qura bimir. Ermənistan beynəlxalq hüquq normaları ilə idarə edilmədiyinə görə, orada hər an dünyanı təəccübləndirən proseslər baş verə bilər. Bu əslində ilk növbədə Ermənistanın özünə ziyandır. O, bu fəaliyyəti ilə ölkənin resrurlarını, iqtisadiyyatını gücləndirmək əvəzinə, daha zəifləməsinə xidmət edir. 30 il  bundan öncə Ermənistan əhalisinin sayı 4 milyon idisə, bu gün həmin say 2 milyon cıvarına enib. Hazırda Rusiyada rəsmi statistikaya görə, 700 mindən artıq Ermənistan pasprotu daşıyan insan var ki, onların də mütləq əksəriyyəti ölkəyə qayıtmayacağını bildirir. Bir sözlə Ermənistanın orta əsr təfəkkürlü siyasəti  ilk olaraq Ermənistanın özünə ciddi təhdid yaradır"- millət vəkili bildirib..
Deputat həmçinin qeyd edib ki, Ermənistan bu gün üzləşdiyi durumda  cəmiyyətin özünün də birbaşa məsuliyyəti var: "Bir zamanlar işğala dəstək verən cəmiyyətə nə vaxtsa proseslərin əks təsirlərı olacaq. Ona görə də bu gün Ermənistan cəmiyyəti əkdiyi acı meyvə ağacının bar verdiyi "acı meyvələrini" dadır".

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR