Ankara-Vaşinqton münasibətləri normallaşmaq mərhələsində

Trampın Türkiyəyə səfəri bu prosesə təkan verəcək

Birləşmiş Ştatlar uzun müddətdir ki, gərgin vəziyyətdə olan Türkiyə ilə münasibətləri normallaşdırmağa meyilli görünür. Hər halda son vaxtlar baş tutan qarşılıqlı səfərlər, eləcə də Ağ Ev rəhbəri ilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında gedən telefon danışıqları belə bir görüntü yaradır. Hətta vəziyyət o həddə çatıb ki, Birləşmiş Ştatlar prezidenti Donald Trampın Türkiyəyə səfər edəcəyi də bildirilir. Bu barədə razılıq isə Ağ Ev rəhbəri ilə RəcəbTayyib Ərdoğan arasında baş tutan telefon danışığı zamanı əldə edilib.

Normallaşmaqda olan Birləşmiş Ştatlar-Türkiyə münasibətlərinin təkcə Vaşinqton və Ankara deyil, ümumilikdə region, Yaxın Şərq üçün faydalı hesab edilir. Hər halda ekspertlər belə düşünürlər. O da xüsusi olaraq qeyd edilir ki, indiki məqamda Birləşmiş Ştatlar-Türkiyə münasibətlərinin normallaşmasında daha çox Vaşinqton maraqlıdır. Çünki Yaxın Şərqdə müəyyən mənada maraqlarının təmin olunması üçün Ağ Ev gec-tez Ankara ilə əvvəlki münasibətləri bərpa etməlidir. Çünki Türkiyə günümüzdə sözügedən regionda mühüm faktordur.

Cənubi Qafqazda Sülh və Təhlükəsizlik İnstitutunun rəhbəri, politoloq Məhəmməd Əsədullazadə də belə düşünür. Türkiyə ilə Amerika arasında münasibətlərin normallaşmasının əsas etibarilə ilə hansı sahələrə təsir edəcəyinə gəlincə, politoloq hesab edir ki,  Türkiyə və Birləşmiş. Ştatlar arasında davam edən "S-400" böhranı Ağ Ev rəhbəri Donald Trampın bu ölkəyə səfərindən sonra münasibətlərin normallaşmasına gətirəcək.  Onun sözlərinə görə,  Donald Trampın Türkiyə prezidenti  Rəcəb Tayyib Ərdoğana böyük simpatiyası var və hər görüşüdə iki lider anlaşırlar, telefon danışıqlarında razılaşılar və heç bir problem olmur: "Amma, Donald Trampa təsir edən qüvvələr Rəcəb Tayyib  Ərdoğana qarşı və xüsusi ilə Türkiyənin regionda zəifləməsi və Vaşiqtondan asılı olması üçün mümkün ortaq razılaşmaları pozurlar. Qeyd edim ki,  Ağ Ev rəhbəri Donald Trampın iyul ayında Türkiyəyə səfəri gözlənilir. Bu görüş müsbət atmosferdə keçəcək və iki ölkə arasında yaranan böhrana son qoymaq üçün ən ideal danışıqlar raundu olacaq". Politoloq deyib ki, həmin görüşdə Birləşmiş Ştatlar rəhbərliyi bundan sonra Rusiya ilə yeni silah müqavilələri bağlamamaq şərti ilə Türkiyənin S-400 raketlərinin alınması ilə razılaşacaq: "Ortaq işçi qrupu yardılacaq. Birləşmiş Ştatlar bu işçi qrupu vasitəsi ilə Türkiyənin Rusiya ilə hərbi-texniki əməkdaşlığına imkan verməməyə çalışacaq. Birləşmiş Ştatlar Türkiyəyə "F-35" yeni nəsil təyyarələrinin ixracını da reallşadıracaq. Sadəcə bu təyyarələrin və havadan müdafiə sistemlərinin Türkiyənin əlində olmasına "Yəhudi" və "Yunan" lobbisi əngəl olmağa çalışır".

Məhəmməd Əsədullazadə bildirib ki, Türkiyə Aralıq dənizinin Şərq sahillərində və Suriya sərhəddində təhlükəsizlik problemi ilə üzləşib: "Aralıq dənizində Türkyənin iri miqyaslı hərbi təlimləri göstərir ki, Ankaraya qarşı çirkli oyunlar hazırlanır. Məhz bu oyunlara qarşı Türkiyə Rusiya ilə yaxınlaşamalı olub.

Birləşmiş Ştatlar Türkiyənin təhlükəsizliyinə və müttəfiq əlaqələrinə hörmət edib, Türkiyə ilə tərəfdaş kimi davranmalı və Ankara ilə müttəfiq əlaqələrini qorumalıdır. Türkiyə Rusiya və Çin oxu ilə birləşsə, Yaxın Şərqdə Birləşmiş Ştatlar üçün regional maraqlarını reallşadırmaq çətin olacaq. İsrail və Səudiyyə Ərəbistanı oturuşmuş və dərin dövlətlər deyil. Bu dövlətlərin varlığı Birləşmiş Ştatlara bağlıdır. Ona görə də Birləşmiş Ştatların regionda yeganə müttəfiqi Türkiyə olub. Yaxın Şərqdə süni dövlətlər Birləşmiş  Ştatların geosiyasi maraqlarının reallşamasında mühüm rola malk deyillər. Ona görə də Vaşinqton Ankara ilə razılaşmaq zorundadır".

Politoloqun sözlərinə görə, bu gün Birləşmiş Ştatlar Suriyada ona görə zəif duruma düşdü ki, Türkiyə ilə deyil, kürd terrorçuları ilə hərəkət etdi: "Çünki, burada Birləşmiş Ştatlar rəhbərliyinə təlimatlar verən Yəhudi lobbisi oldu və regionda kürd dövlətinin yaradılmasına çalışdılar. Nə qədər ki, Ağ Evə lobbilər təsir edəcək, Birləşmiş Ştatların müttəfiqləri ilə münasibətləri pozulmuş olacaq".

Süleyman

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR