Xələf Xələfov gürcü həmkarı ilə sərhəd məsələsini müzakirə edəcək

Azərbaycan Respublikasının Xarici İşlər nazirinin müavini Xələf Xələfov ilə Gürcüstan Xarici İşlər nazirinin müavini Laşa Darsaliyanın rəhbərliyi  ilə Azərbaycan və Gürcüstan arasında dövlət sərhədlərinin delimitasiyası ilə bağlı Komissiyanın növbəti iclası keçiriləcək. XİN-dən "Olaylar"a verilən məlumata görə, iclas cari ilin 23-24 may tarixlərində Bakı şəhərində keçiriləcək.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR