Prezident İlham Əliyev insan hüquq və azadlıqlarının təminatının qarantıdır

Son illər respublikamızın universal və regional xarakterli beynəlxalq təşkilatlara daxil olması və çoxsaylı beynəlxalq müqavilələrə qoşulması ilə səciyyələnir. Həmin müqavilələrin mühüm bir hissəsi insan hüquq və azadlıqlarının müdafiəsinə yönəlib. Məhz bunun nəticəsidir ki,  BMT, ATƏT və Avropa Şurası ilə əməkdaşlıq çərçivəsində də respublikada insan hüquqlarının təmini məsələsinə xüsusi diqqət ayrılıb. Buna misal olaraq 2006-cı il noyabrın 14-də qəbul olunmuş "Avropa Qonşuluq Siyasəti" çərçivəsində Avropa İttifaqı və Azərbaycan arasında Fəaliyyət Planına demokratiyanın inkişaf etdirilməsi, insan hüquqları və əsas azadlıqların təmini, eləcə də qanunun aliliyinin gücləndirilməsinə dair tədbirlərin daxil edilməsini göstərmək olar. İnsan hüquq və azadlıqlarının müdafiəsi sahəsində bağlanmış müqavilələrdə dövlətlərin üzərlərinə götürdüyü öhdəliklər iştirakçı dövlətlərə deyil, onların yurisdiksiyası altında olan insanlara ünvanlanmaqla, ayrı-ayrı fərdlərin hüquqlarının müdafiəsinə yönəlmiş olur. İnsan hüquq və azadlıqlarının müdafiəsi sahəsində beynəlxalq öhdəliklərin yerinə yetirilməsi məqsədilə görülən tədbirlərin bir hissəsini də məhkəmələrin fəaliyyətinin təkmilləşdirilməsi, məhkəmə sisteminin müasirləşdirilməsidir. "Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi haqqında" prezident İlham Əliyevin Fərmanı da məhz insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsinin təmininə, məhkəmə sisteminin müasirləşdirilməsinə, məhkəmə hakimiyyətinin möhkəmlənməsinə yönəlib. Belə ki, ölkədə ilk dəfə olaraq inzibati məhkəmələrin fəaliyyətə başlamasını insan hüquq və azadlıqlarının qorunması sahəsində mühüm bir addım kimi xarakterizə etmək olar. Bu gün də ölkəmizdə insan hüquq və azadlıqlarının təmin olunması ilə bağlı mühüm addımlar atılmaqdadır.  Söz, vicdan, sərbəst toplaşmaq və digər bu kimi azadlıqlar Azərbaycanın demokratik inkişafının mühüm və ayrılmaz tərkib hissələri kimi qəbul edilməkdədir. Birmənalı şəkildə qeyd etmək olar ki, Azərbaycan vətəndaşları azadlıq, təhlükəsizlik, mülkiyyət, şəxsiyyətin ləyaqəti, şəxsi və ailə sirrini saxlamaq kimi insan hüquqlarına sahibdirlər. Hüquqi dövlət olaraq Azərbaycan bütün vasitələrlə insanın yaşamaq hüququnu müdafiə edir. İnsan həyatına və sağlamlığına qəsd ən ağır cinayət hesab olunur. İnsan hüquqları içərisində şərəf və ləyaqət - özünəhörmət, başqalarına hörmət və ədalətlilik əsas yer tutur. Azərbaycan Konstitusiyasının 46-cı maddəsində göstərilir: "Hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Heç kəsə işgəncə və əzab verilə bilməz. Heç kəs insanın ləyaqətini alçaldan rəftara və ya cəzaya məruz qala bilməz. Özünün könüllü razılığı olmadan heç kəsin üzərində tibbi, elmi və başqa təcrübələr aparıla bilməz". Azərbaycanda çoxsayl xalqların yaşadığını nəzərə alsaq deyə bilərik ki, dövlət hər kəsin, milli mənsubiyyətini qoruyub saxlamaq hüququnu müdafiə edir. Azərbaycanda hər kəsin istədiyi dildə tərbiyə və təhsil almaq, yaradıcılıqla məşğul olmaq hüququ var. Heç kəs ana dilindən istifadə hüququndan məhrum edilə bilməz. Bir sözlə, hüquqi dövlət olan Azərbaycanda insan hüquq və azadlıqları yetirəncə qorunur. Bu məqsədlə vətəndaşların hüquq və azadlıqlarının daha yüksək səviyyədə qorunması, qanunun aliliyinin tam təmin edilməsi istiqamətində işlər bu gün də davam etdirilir. İnsan hüquqlarının təmini istiqamətində Azərbaycanda həyata keçirilən tədbirlər vətəndaş cəmiyyəti quruculuğu prosesinin əsas şərtlərindən biri kimi çıxış etməklə, nəinki respublikamızda, həmçinin beynəlxalq arenada yüksək qiymətləndirilir.

Prezident İlham Əliyevin "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" Fərmanı da bu baxımdan xüsusi əhəmiyyətə malikdir. Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti tərəfindən imzalanan "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" Fərman ilk nöbədə ölkədə həyata keçirilən iqtisadi, sosial islahatların, köklü transformasiya proseslərinin daha uğurlu nəticələr verməsi üçün hüquqi təminat yaradılması və ölkənin hüquq, ədalət mühakiməsi sistemininin meydana çıxa biləcək çağırışlara adekvat olması baxımından mühüm əhəmiyyətə malikdir. Bu Fərman bu zamana qədər məhkəmə-hüquq sistemində aparılan islahatları dərinləşdirən, eyni zamanda mütərəqqi dəyişikliklər, islahatların yeni mərhələsini şərtləndirən bütöv islahat konsepsiyası, "Yol xəritəsidir".  Konseptual olaraq bu Fərmanda bütövlükdə ədalət mühakiməsi sisteminə baxışın dəyişilməsi nəzərdə tutulur. Məhkəmələr, məhkəmə sistemi yalnız hakmiyyət qolu deyil, eyni zamanda cəmiyyətdə ədalətin təmin olunması, ən başlıcası harmonik, dayanıqlı inkişafa təsir göstərən, bərabərliyi, hüquq və azadlıqların qorunmasını həyata keçirən ali instansiyadır. Müasir dövrdə məhkəmələrin texniki institut kimi nəzərdən keçirilməsi yanlış olardı. Məhkəmələrin fəaliyyəti bütövlükdə cəmiyyət miqyasında təsirə malikdir və xeyli dərəcədə mühitin, ab-havanın formalaşmasına təsir göstərir. Dövlətin sarsılmaz təməli ədalət olmalıdır. Bu Fərmanda məhz yanaşma əsas götürülüb. Müasir dövrün rus publisistlərindən biri qeyd edir ki, Femidanın gözlərindəki qara bağlama şəffaf olsaydı, ədalət daha çox təmin olunardı. Bu obrazlı ifadə ona işarə vurur ki, ədalət mühakiməsi sistemi daha şəffaf, açıq, müasir texniki imkanlara, təkmil normativ bazaya, öz nüfuzunu, etibarını qorumaq üçün alət və mexanizmlərə malik olmalıdır. Onun qənaətinə görə, Fərmanda əsas konseptual məqamlar kimi aşağıdakıları qeyd etmək olar: " Məhkəmə hakimiyyətinin ictimai həyatın bütün sferalarında rolu və təsiri artacaq. Məhkəmə hakimiyyətinin nufuzu, ona ictimai etimadın artması, eyni amanda məhkəmə sisteminin daxildən transformasiyasına nail olunacaq. Əldə olunan təcrübə nəzərə alınmaqla qabaqcıl praktikaları tətbiq etməklə ədalət mühakiməsi sisteminin səmərəliliyi, müstəqilliyi, şəffaflığı və hesabatlılığının artırılmasına nail oluncaq. Ədalət mühakiməsi sisteminin institusional əsasları inkişaf etdiriləcək və yaxşılaşdırılacaq. Ədalət mühakiməsi sisteminin keyfiyyətli və səmərli işləməsi, şəfaffalıq və hesabatlılığın təmin edilməsi üçün müvafiq infrastruktur elementləri formalaşacaq. Həmçinin daha əlverişli mühit təmin edələcək. Ədalət mühakiməsinin əlçatanlığı, vətəndaşların keyfiyyətli hüquqi yardıma olan ehtiyaclarının daha yaxşı qarşılanması üçün mövcud mexanizmlər təkmilləşdiriləcək. Əvvəlcədən sövdələşmələri, kənar müdaxilələrin qarşısının alınması üçün yeni alətlər tətbiq ediləcək. Hakimlərin müstəqliyinin əsasları möhkəmləndiriləcək. Ədalət mühakiməsi sisteminin inkişafına əlavə təkan veriləcək. Ədalət mühakiməsi sisteminin informasiya-kommunikasiya texnologiyları ilə təmin etməyə, şəffaflıq və hesabatlılıq üçün yeni texniki imkanlar yaradılmasına nail olunacaq".

Alım

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR