Deputat: “Fuad Abbasovla qeyri-insani rəftar edilməsi vəhşilikdir”

Azərbaycanlı jurnalist Fuad Abbasov Moskvada hüquq-mühafizə orqanları tərəfindən təzyiqə məruz qalması ölkə ictimaiyyəti tərəfindən mənfi qarşılanıb. Millət vəkili Aqil Abbas da Fuad Abbasovun döyülərək, təhqir olunmasını pisləyib. "Olaylar" vəbər verir ki, deputat Azərbaycan Xarici İşlər Nazirliyini məsələyə münasibət bildirməyə çağırıb: "Fuad Abbasovla qeyri-insani rəftar edilməsi vəhşilikdir. O, bir millətini sevən, intellekual jurnalistdir. XİN buna münasibət bildirməlidir. Azərbaycan vətəndaşını nə cinayət edib ki, onu vəhşicəsinə cəzalandırırlar? Üstəlik bunu videoya çəkirlər, sosial şəbəkələrdə yayırlar. Hadisəyə ciddi reaksiya vermək vacibdir. Onun deportasiyası haqqında bir söz deyə bilmərəm. Hüquqi qaydada məsələ araşdırılmalı, qiymət verilməlidir. Amma bir Azərbaycan vətəndaşı ilə bu cür davranılması qəbul edilməzdir".

Qeyd edək ki, Azərbaycanlı jurnalist Fuad Abbasov Moskvada hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Jurnalist saxlanılarkən ciddi fiziki təzyiqlərə, aşağılayıcı davranışa məruz qalıb. Onun vəkili Elman Paşayev mediaya açıqlamasında bildirib ki, F.Abbasovu mayın 16-da çox ağır şəkildə, qəddarcasına döyüblər. Üstəlik, vəkilin sözlərinə görə, küçədə hüquq-mühafizə orqanı əməkdaşlarından ikisi jurnalisti döyüb, biri isə bu hadisənin video və fotosunu çəkib.

Fuad Abbasova qarşı vəhşicəsinə davranılması qətiyyən yolverilməzdir

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR