“Fuad Abbasov soydaşımızdır, milli fərd olaraq yersiz təhqirlərə məruz qalıb”

Müşfiq Ələsgərli: " Bu təhqirlər baxımıdan da o müdafiə olunmalıdır"

"Azərbaycan jurnalistlərinin peşə davranış qaydalarının 3-cü prinsipi o şərtləri müəyyən edir ki, baş vermiş hadisədə qan izləri, xüsusi fiziki zorakılığın göstəricisi varsa, o görüntülərin yayılması qadğandır. Lakin Fuad Abbasovla bağlı görüntülərdə  o hal yoxdur. Əslində bu görüntülər Rusiya polisinə qarşı ikrah yaradır. Çünki Fuad Abbasov istintaqdan yayınmır və müqavimət göstərmir". "Olaylar" xəbər verir ki, bunu Mətbuat Şurasının sədr müavini, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli deyib. Onun sözlərinə görə, belə olan halda onu normal şəkildə, alçaltmadan aparmaq olar. Görüntülərdən məlumdur ki, bu davranış məqsədli şəkildə həyat keçirilir və Rusiya polisi yersiz amansızlıq nümayiş etdirir.  Bu səbəblər də özlüyündə araşdırılmalıdır: "Məslələnin ikinci tərəfi də var ki, Fuad Abbasov fəaliyyət və kimliyindən aslı olmayaraq azərbaycanlı soyadı daşıyır. İstənilən halda ona qarşı edilən bu zorakılıq insanda milli təəssüfkeş olaraq ağır hisslər yaradır. Ona görə də bir media eksperti olaraq, bəzi həmkarlarımız müraciət edirlər ki, bu görüntülər yayılmasın. Lakin qanun və ya etik kodekslə o görüntüdə məhdudlaşdrılacaq bir hal yoxdur. Sadəcə olaraq, soydaşlarımızda alçaltma kompleksi yaratamamaq üçün bəzi şəxslər bu görüntünün yayılmasını istəmirlər və haqlı çağırış edirlər. Burda inzibati və ya xüsusi məhdudiyyət qoymaq olmaz. Bu da artıq qalıb media qurumunun siyasətinə. İstəməzdim görüntülər yayılsın, çünki vətəndaşımızın başqa bir ölkədə  təhqirə məruz qalması bizim də buna məruz qalmağımız deməkdir".

Müşfiq Ələsgərli bildirir ki, Fuad Abbasovun fəaliyyəti ilə bağlı həm müsbət,  həm də mənfi yöndə müxtəlif məlumatlar var: "Bunu əlbəttə ki, sadə bir vətəndaşın baxıb müəyyən etməsi və müdafiəyə qalxması çətindir.  Lakin Fuad Abbasov soydaşımızdır, milli fərd  olaraq yersiz təhqirlərə məruz qalıb. Bu təhqirlər baxımıdan da o müdafiə olunmalıdır. Zaman-zaman Fuad Abbasovun fəaliyyətini tənqid edən insanlar hazırda ona dəstəkdirlər. Bu o demək deyil ki, onlar Fuad Abbasovun fəaliyyətinə dəstəkdirlər,  sadəcə onun bir azərbaycanlı olaraq təhqirə məruz qalmasına qarşıdırlar. Düşünürəm ki, etirazlarımızı da bu konteksdən etməliyik".

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR