Mübariz Mənsimov jurnalist Fuad Abbasovun müdafiəsinə qalxdı

"Dünən aldığım xəbər məni dəhşətə saldı. Rusiyada fəaliyyət göstərən və fikrimcə, Azərbaycanı orada layiqincə təmsil edən jurnalist Fuad Abbasov Rusiya polisi tərəfindən vəhşicəsinə döyülərək həbs edilib. Bu günlərdə Azərbaycana ekstradisiya olunacaq. Bu, nə biabırçılıqdır?!". "Olaylar" xəbər verir ki, bu sözləri Türkiyədə fəaliyyət göstərən azərbaycanlı iş adamı, "Palmali" şirkətinin sahibi Mübariz Məndsimov Fuad Abbasovla bağlı olay haqda deyib."Jurnalist hansı cinayəti törədib ki, bu formada həbs olunub? Adam öldürüb? Narkotik qaçaqmalçılığı ilə məşğul olub, yoxsa terrorcudur?! Nə edib axı?! Biz necə insanıq ki, öz vətəndaşımıza sahib çıxmırıq?! Bu adam orada gördüyüm mərd və dürüst jurnalistlərdən biridir ki, orada Azərbaycan naminə kəsərli qələmi, qətiyyətli mövqeyi ilə təkbaşına savaşırdı. Bizim Rusiyadakı iş adamlarımıza nə olub? Haradadırlar? Kordular? Yerin dibinə giriblər?! Niyə belə oğullara sahib çıxmırlar?!",-deyə M.Mənsimov Rusiyadakı azərbaycanlı iş adamlarına sual edib. O, Azərbaycan dövlətinin təcili məsələyə müdaxiləsini zəruru sayıb və deyib ki, Fuad kimi cəsur insanları müdafiə etmək vacibdir: Rusiyadakı hər bir azərbaycanlı həm malı, həm də, ən əsası, canı ilə Fuad Abbasovu müdafiə etməli idi. Söz tapa bilmirəm. Bu necə bir həbsdir? Kim bunu sifariş verib? Burada bir azərbaycanlının əli olsa, heç təəccüblənmərəm. Boş-boş qurumlar yaradırlar. Bunlar heç kəsə lazım deyil və heç kəsə qulluq etmir. Ayıb olsun bizə! Heç bir erməni dünyanın heç bir ölkəsindən bu formada qovula, deportasiya oluna bilməzdi! Niyə susuruq? Niyə susursunuz? Mən buradan açıq şəkildə bəyan edirəm: Fuad Türkiyədə mənim kimi bir qardaşı olduğunu unutmasın!".

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR