Əli Kərimlinin “mühacir biznesi” müflisləşmə ərəfəsində

Mühacirlər qayıdıb ölkəyə gələ və onun bütün ümidləri puça çıxa bilər

Azərbaycanda həyata keçirilən sosial iqtisadi islahatlar ölkənin tərəqqisi ilə yanaşı, vətəndaşların sosial rifah halının yüksəlməsinə səbəb olub. Prezident İlham Əliyev tərəfindən həyata keçirilən daxili və xarici siyasət Azərbaycanın beynəlxaq imicinin artması ilə bərabər, dünyada etbarlı tərəfdaş kimi tanınması ilə nəticələnib. Ölkədə demokratik təsisatların inkişafı, söz və mətbuat azadlığı təmin olunur, insan hüquqları ən yüksək səviyyədə qorunur. Hazırda Azərbaycanda həyata keçirilən islahatlar prosesi davam etməkdədir. Bu islahatlar demək olar ki, bütün sahələri əhatə etməkdədir. Sadalanan faktlar onu deməyə əsas verir ki, artıq hər şeydə qara rəng axtaran müxalifətin irad bildirməyə əsası, ortaya qoymağa faktı tükənib. Ancaq çörəyi qarayaxma kampaniyasından, şər və böhtandan çıxan milli satqınların nə isə tapıb deyəcəkləri heş kimdə şübhə doğurmur. Artıq müxalifətin ssenarisi donorlar tərəfindən hazırlanan yeni mühacir oyununun işartıları görünməkdədir. Vaxtilə partiya özvlərinın adını "siyasi məhbus" qoyub xarici ölkələrə göndərməklə "mühacir biznesi" quran Əli Kərimli indi dövlətin mühacirlərə münasibətindən əməlli-başlı qorxuya düşüb.  Xatırladaq ki, AXCP-nin və digər dağıdıcı müxalifət partiya sədrlərinin müəyyən vəsait müqabilində ayrı-ayrı gənclərə üzvlük vəsiqəsi verərək, onları Avropaya "siyasi mühacir" kimi göndərmələri ölkə ictimaiyyəti üçün sirr deyil. Artıq illərlədir ki, bəlli siyasi təşkilatla müəyyən qrup vətəndaşları xaricə göndərmək üçün "sərfəli firma" rolunu oynayırlar. Ssenari isə belədir ki, əvvəlcə vətəndaşlara üzvlük vəsiqəsi verir, sonra isə ildə bir neçə mitinq keçirir və həmin mitinqlərdə müəyyən olunmuş adamların guya polis tərəfindən tutulması, zorakılığa məruz qalması ilə bağlı fotosessiya nümayiş etdirir. Bununla həmin şəxslərin xaricə getməsini təşkil edir. Bu mexanizm Azərbaycan cəmiyyətinə çoxdan məlumdur və bunun kimlər tərəfindən həyata keçirildiyi hamıya aydındır. Maraqlı məqam ondan ibarətdir ki, sözügedən kommersiyalaşmış müxalifətin rəhbərləri Azərbaycanda qaldıqları halda, partiyaya yeni qəbul olunmuş bir üzv qısa zamanda sıxışdırılmaq adı ilə Avropaya mühacirət edir. Bu zaman belə bir sual yaranır, əgər doğrudan da insanlara, xüsusən də müxalifət partiyalarının üzvlərinə qarşı sıxıntı varsa, niyə bu partiya rəhbərlərinə qarşı özünü göstərmir? Azərbaycan cəmiyyətində tanınmayan və heç vaxt, heç bir siyasi prosesdə iştirak etməyən şəxs isə birdən-birə Avropaya köç edir. Təkcə bu fakt Azərbaycan siyasi müxalifətinin milli maraqlardan çoxdan uzaqlaşmasından, kommersiyalaşmış təşkilata çevrilməsindən xəbər verir.

İndi stiuasianın dəyişməsi, xaricdəki mühacirlərin "söyüş biznesi"nın effekt verməməsi deyəsən bu ideologiyanın müəllifi olan Əli Kərimlini əməlli-başlı çıxılmaz vəziyyətə salıb. Kərimlini təşvişə salan onun xeyir-duası ilə Avropaya köç edən mühacirlərin geriyə qayıdış ehtimalıdır. Bu təşvişin kökündə isə AXCP "lideri"nin bütün imkanlarının, təzyiq vasitələrinin və ətrafının əlindən çıxması dayanır. Əli Kərimlini qorxudan məqam odur ki, birdən öz əli ilə yola saldığı    mühacirlər qayıdıb ölkəyə gələ və onun bütün ümidləri puça çıxa. Nəzərə almaq lazımdır ki, səhv yolda olduqlarını anlayan mühacirlər yumşala bilər ki, nəticə də də tənqidçilırin sayı azalar. Belə halda Əli Kərimli meydanda tək qalmağa məhkumdur. Əli Kərimli isə "seyid əli ilə ilan tutmağı" özü üçün prioritet elan edib.  

Digər tərəfdən, Əli Kərimli o qədər zombiləşib ki, hakimiyyəti, dövləti, o cümlədən, milləti tənqid edən olmayanda insan qanına susayır. Bu adamda hakimiyyətə qarşı nifrət hissi o qədər bürüyüb ki, istənilən tənqidi çıxış edən adamı siyasi məhbus elan etməyə hazırdır. Məhz bu hiss onu  siyasi etkanın bütün mümkün sədlərini aşaraq özünü manyak kimi aparmağa sövq edib. Yeri gəlmişkn qeyd edək ki, Əli Kərimli partiya üzvlərini mühacirətə göndərməklə "bir güllə ilə iki dövşan" vurmaq niyyətini güdür. Bununla həm hakimiyyəti söyüş atəşinə tutacaq qrup formalaşdırır, həm də fəalları partiyadan didərgin salmaqla asan idarəetmə metodu əldə edir. Əgər belə deyilsə, hakimiyyəti siyasi dözümsüzlükdə ittiham edən Kərimli ətrafında bir nəfər fərqli düşünən saxladığını göstərsin. Beləlırinin hamısını partiyadan didərgin salıb. Ona görə də Elçibəyin dövründə olan AXCP funksionerlırindən heç biri onun yanında qalmayıb. Bu boşluğu isə reneqatlar, heç bir əxlaqı olmayan ünsürlər və zombilər doldurub. Çox təəssüf ki, bu insanlar Əli Kərimlinin onlardan sui-istifadə edərək külli miqdarda gəlir əldə etməsinin fərqində deyillər.  Yerli və xarici media orqanları AXCP sədri Əli Kərimlinin "siyasi mühacir" biznesindən əldə etdiyi gəlirlərdən dəfələrlə yazmasına baxmayaraq bəzi insanlar hələ də qəflət yuxusundan oyanmayıblar. Fərqində deyillər ki, Ə.Kərimli haqqında səslənən haqlı ittihamlara cavab vermək əvəzinə, təxribatlar törədərək öz cinayətlərini ört-basdır etməyə çalışır. Lakin dövlətin ünvanına təhqirlər yağdıran Ə.Kərimli başa düşməlidir ki, ictimaiyyəti çaşdırmaq üçün atdığı addımlar heç bir effekt verməyəcək və pul müqabilində dövlət maraqlarını anti-milli qüvvələrə satan digər şəxslər kimi o da qanun qarşısında cavab verəcək.

Nurlan

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR