Mxitaryan Bakıda “Arsenal”a zərbə vurdu

"Arsenal" rəsmiləri Mxitaryan mövzusunu o qədər lazımsız spekulyasiya etməyə başladılar ki, Məsud Özilə görə "Arsenal"a azarkeşlik etməyi düşünən xeyli sayda azərbaycanlı çox güman ki, dönüb "Çelsi"nin qələbəsi üçün hay-küy salacaq.

Bunu son vaxtlar "Arsenal"ın yarımmüdafiəçi erməni əsilli Henrix Mxitaryan barədə verdiyi açıqlamalara münasibət bildirən millət vəkili Fazil Mustafa qeyd edib. O bildirib ki, bəziləri Mxitaryanı peşəkar kimi qələmə verərək, təbliğ etməyə başlayıb:

"Arsenal"ın yönəticiləri sözün əsil mənasında abdaldırlar. Mənim də bu oyuna biletim var, bir neçə gün öncə "Arsenal"ın uğurunu istədiyim halda, artıq "Çelsi"nin qələbəsinin daha arzulanan olduğunu düşünürəm. Halbuki tərkibində Mxitaryanın oynamasına rəğmən, məhz Məsud Özilə görə "Arsenal"ın oynununa azarkeşi olmasam da, həmişə daha artıq həssaslıq göstərirdim. Özili gəlmiş-keçmiş ən texnikalı türk futbolçu hesab etdiyimə görə özəl simpatiyam var. Doğrudur, gənclik çağlarındakı azarkeşlik sindromundan ümumiyyətlə uzaq olsam da, az-çox futbolu anlayan və müntəzəm oynayan birisi kimi gözəl oyunu dəyərləndirə bildiyimi düşünürəm. Bir sürü axmağın əsasən ikinci hissədə meydana çıxan və parlaq oyunu ilə fərqlənməyən bu ermənini Messi, Ronaldo, Robben, Salah kimi əvəzolunmaz futbolçu obrazında təbliğ etməyə başlaması adamda qıcıq doğurur".

Millət vəkili qeyd edib ki, artıq şüarını da müəyyənləşdirib:

"Məsud xoş gəldin, ancaq hər şey "Çelsi" üçün!" Hətta istisna etmirəm ki, bir az dəliqanlı azarkeşlər daha da irəli gedib: "Rədd olsun "Arsenal", yaşasın "Çelsi"! şüarını da bağıracaqlar. Əlbəttə, anlayıram, hər ikisi ingilis barmağı, ancaq birisi bu barmağı erməni nəcisinə batırıb gözümüzə soxursa, biz də bu barmağı layiq olduğu yerə qaytarmayaqmı? Heç olmasa, gözümüzə tuşlanmayan ingilis barmağı təsəllimiz olsun. Bütün hallarda qazanan futbol olsun, qazanan barış olsun, qazanan dövlətimizin və millətimizin alicənab imici olsun!"

Qeyd edək ki, İngiltərə mediası Bakıda keçiriləcək Avropa Liqasının final matçında Henrix Mxitaryanın təhlükəsizlik səbəbindən iştirak etməyəcəyini yazıb. Amma klub hələ bu mövzuda rəsmi açıqlama verməyib.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR