Qarabağla bağlı ikipilləli danışıqlar başlaya bilər - Qobl

Humanitar məsələlərdə bəzi inkişafın Qarabağın həllindəki digər çətin və vacib məsələlərin həllində hansısa inkişafa gətirib çıxaracağını demək yanlış olardı.

Bunu "1in.am" saytına müsahibəsində ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş məsləhətçisi, ABŞ-ın keçmiş dövlət katibi Beykerin Sovet İttifaqı millətləri üzrə müşaviri Pol Qobl deyib. Onun sözlərinə görə, problemin həlliylə bağlı iki əsas məsələdə - İrəvan üçün xalqların öz müqəddəratının təyinatı, Bakı üçün isə sərhədlərin toxunulmazlığı məsələsində heç bir inkişaf yoxdur ki, indiki situasiyadan çıxış əldə etmək imkanı yaransın.

O, yaxın zamanlarda yaranmış çətin vəziyyətdən çıxışın tapılacağına inanmadığını deyib.

Qobl hazırda danışıqlar prosesindəki vasitəçilərdən heç birinin hər iki tərəfi razı salacaq təklifi olmadığını söyləyib.

Politoloq Paşinyanın Qarabağın danışıqlar prosesində iştirakı təklifinin qəbulunun Bakı üçün qəbuledilməz olduğunu söyləyib. Bununla belə o, digər ssenarinin - ikipilləli danışıqların da real ola biləcəyini deyib:

"Bunlardan birincisi ictimai xarakterli danışıqlardır ki, yalnız Bakı və İrəvanın iştirakıyla aprılacaq. Digər tərəfdən ictimailəşdirilməyən danışıqlar da aparıla bilər. Burada tərəflərdən hər biri Qarabağ ermənilərinin rəhbərləri ilə konsultasiyalar apara bilər. Bununla belə, indiki zamanda bu ssenarinin böyük perspektivləri yoxdur".

O, Bakıyla İrəvanın bundan sonra da dialoqu davam etdirəcəyini bildirib.

Qobl böyük güclərin dialoqun davam etdirilməsində israrlı olduğunu, amma dialoqun real danışıqlar və ya hansısa həll olduğu anlamına gəlmədiyini qeyd edib.

axar

ABŞ İlham Əliyevlə Paşinyanı Vaşinqtona dəvət etdi - Qarabağda yeni PLAN

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR