Deputatımız Batumidə Xocalıdan danışdı

14-15 may tarixlərində Gürcüstanın Batumi şəhərində QDİƏT PM-in 53-cü Hüquqi və Siyasi məsələlər üzrə və 52-ci İqtisadi, texnologiya və ekoloji məsələlər üzrə komitə iclasları keçirilir. Milli nümayəndə heyətinin rəhbəri, Hüquqi və Siyasi məsələlər üzrə komitənin sədr müavini, millət vəkili Eldar Quliyev "Ombudsman institunun demokratiyanın möhkəmləndirilməsində rolu" mövzusundu çıxış edərək tədbir iştirakçılarına geniş məlumat verib. Millət vəkili çıxışı zamanı Xocalı soyqırımı məsələsini xüsusən vurğulayıb, orada yaşayan, vəhşicəsinə qətlə yetirilən, əlil olan, itkin düşən adamların hüquqlarının tapdalanması mövzusuna toxunub.

İclasda həmçinin İqtisadi komitə üzvü, Millət vəkili Əflatun Amaşov "Yaşıl iqtisadiyyat. Mavi artım" mövzusunda çıxış edib. Millət vəkilləri çıxışlardan sonra müxtəlif mövzulara həsr olunmuş müzakirələrdə fəal iştirak ediblər. Qeyd edək ki, tədbirdə Azərbaycan Respublikasının Batumidəki Baş Konsulu Pərviz İsmayilzadə də iştirak edib.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR