Antimilli ünsürlər üçün sonun başlanğıcı

Yaxud 3-4 gədənin tərbiyəsizliyinə hüquqi qiymət verilməsinin zəruriliyi

Antimilli ünsürlər, Avropada erməni lobbisinin maliyyəsi ilə onların köləsinə çevrilən vətən xainləri daha bir xəyanətkar addım atdılar. Söhbət Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin Belçikaya səfəri zamanı ona qarşı 3-4 xəyanətkarın təşkil etdiyi etiraz aksiyasından gedir. Düzdür, onların sayı, hər hansı bir cəmiyyətə təsir gücü sıfır səviyyəsində olsa belə, hansısa bir "azərbaycanlı"nın Avropada dövlətimiz, dövlət başçımız əleyhinə aksiya keçirməsi ümumilikdə dövlətçiliyimizə qarşı yönəlmiş xain zərbə hesab edilə bilər ki, həmin zərbəni də bu gün Orduxan Teymurxan kimi Vətən xainləri, erməni dəyirmanına su tökənlər həyata keçirirlər. Onu da qeyd etmək lazımdır ki, antimilli ünsürlərin Azərbaycan dövləti əleyhinə yönəlmiş fəaliyyətləri cəmiyyətin bütün təbəqələri tərəfindən etirazla qarşılanır. Elə Avropada ürəyi Vətən eşqi ilə döyünən, əsas fəaliyyətləri Azərbaycanın təbliğinə yönələn soydaşlarımız da Orduxan Teymurxan kimi antimilli ünsürlərin dövlətçilik əleyhinə yönəlmiş fəaliyyətlərini kəskin şəkildə pisləyir, onlara öz əməli fəaliyyətləri ilə adekvat cavab verirlər. Hər halda Brüsseldə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin Belçikaya səfərinə dəstək məqsədilə keçirilən mitinq də bunun əyani sübutu idi. Antimilli ünsürlərin təşkil etdiyi 3-4 nəfərlik etiraz aksiyasından fərqli olaraq Belçika-Azərbaycan Dostluq Cəmiyyətinin təşəbbüsü ilə baş tutan Azərbaycana dəstək aksiyasında yüzlərlə dəyərli soydaşımız iştirak edirdi.

Avropada yaşayan soydaşlarımız, diaspor fəallarımızın keçirdikləri Azərbaycana dəstək aksiyasını müsbət qiymətləndirən ekspertlər Orduxan Teymurxan kimi vətən xainlərinin həmin soydaşlarımızdan örnək götürməli olduqlarını ifadə ediblər.

Elə Demokratik Azərbaycan Dünyası Partiyasının sədri Əlisahib Hüseynov da bu qənaətdədir. O, bildirib ki, bizim 1 nömrəli düşmənimizin ermənilər olduğu hər kəsə gün kimi aydındır: "Sözün açığı, Avropanın siyasi paytaxtı sayılan Brüsseldə 3-4 dırnaqarası "azərbaycanlı" antimilli ünsürün aksiya keçirmək cəhdini acı təbəssüm hissilə qarşıladım. Bu şəxslər, xüsusən də Orduxan Teymurxan adlı xəstə təfəkkür yiyəsi həmişəki kimi yenə də öz qeyri-ciddi ampluasında idi. Əslində bu dördcə nəfərlik "aksiya"nı onların iflas aksiyası da hesab etmək olar.  Başqa sözlə desək, indi Orduxan Teymurxanlar artıq sonun başlanğıcı mərhələsinə qədəm qoyublar".

Partiya sədrinin sözlərinə görə, xaricdə zaman-zaman əleyhimizə aparılan bütün anti-Azərbaycan kampaniyaların arxasında ermənilər, erməni lobbisi ilə yanaşı, Avropanın bəzi siyasi təsisatları, qeyri-hökumət qurumları da dayanır: "Son günlər İngiltərə kütləvi informasiya vasitələrində genişlənməkdə olan isteriyanın və cəfəng kampaniyanın məhz ermənilərin beyin məhsulu olmasına qətiyyən şübhəm yoxdur.Bəli, bu biabırçı, sərsəm kampaniyanın arxasında məhz ermənilər dayanır. Məsələ burasındadır ki, ermənilər ümumAvropa miqyaslı futbol matçının bizim paytaxtımızda keçirilməsini heç cürə həzm edə bilmirlər. Onlar Azərbaycanı dünya arenasına çıxaran və qovuşduran istənilən nüfuzlu tədbirlərin Bakıda keçirilməsinə bu cür qısqanclıq hissilə yanaşırlar. Ancaq qısqanclıq və xəbislik məsələsində onlar tək deyillər. Avropanın özündə də bir sıra siyasi güclər var ki, onlar Azərbaycanı Avropa Birliyi ailəsində görmək istəmirlər. Bunun da bəlli səbəbləri vardır". Əlisahib Hüseynov hesab edir ki.  Avropa İttifaqı ilə inteqrasiya gücləndikdən və Azərbaycan bərabərhüquqlu Avropa ölkəsinə çevrildikdən sonra, 10 milyonluq Azərbaycanın (deməli, həm də Avropa Parlamentində 10 deputatı olan Azərbaycanın) Avropa siyasətinə təsir imkanları hədsiz dərəcədə artacaq: "Siz təsəvvür edirsinizmi? Bəli, söhbət müsəlman və türk ölkəsi olan Azərbaycandan gedir. Bu isə heç şübhəsiz ki, Avropanın bəzi islamofob və ultra-sağçı, millətçi dairələrini əsla qane etmir. Media üzərindən Azərbaycana qarşı başladılan "qara piar" kampaniyaları da həmin dairələrin "xeyir-duası" ilə gerçəkləşir. Bu mənada, ermənilərin qısqanclğı ilə bəzi avropalı siyasi dairələrin türk-müsəlman düşmənçiliyi eyni vaxta təsadüf edir və bir-birini tamamlayır. Bunlar pərdənin arxasındakı məqamlardır. Ancaq nə yaxşı ki, bu gün Avropanın taleyini həll edən, Avropa Birliyinin idarəetmə rıçaqlarını əlində saxlayan hakim siyasi qüvvələr sağlam düşüncəli, siyasi müdriklik qabiliyyətinə malik olan qüvvələrdir. Söhbət Brüsseldə Prezident İlham Əliyevlə görüşdə ölkəmizin Avropa İttifaqı üçün etibarlı və məsuliyyətli tərəfdaş olduğunu qeyd edən və Azərbaycanın regiondakı rolunun Avropa İttifaqı tərəfindən yüksək qiymətləndirildiyini vurğulayan Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk kimi siyasi liderlərdən gedir. Odur ki, ermənilər və Avropanın ultra-millətçi qüvvələrinin Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlərin çox uğurla inkişaf etməsinə mane olmaq, əngəlləmək imkanları sıfıra bərabərdir. Qədim el məsəllərimizdən birində deyildiyi kimi milçək bir şey deyil, sadəcə ürək bulandırır. Avropanın və Azərbaycanın sülhsevər insanları, futbol həvəskarları isə mayın 29-da Bakıda keçirələcək futbol bayramına - UEFA Çempionlar Liqası çərçivəsində "Arsenal" və "Çelsi" komandalarının final oyununu böyük bir coşğu ilə izləməyə hazırlaşırlar. Necə deyərlər, oyunçu aparsın".

İctimai Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzinin rəhbəri Samir Adıgözəlli deyib ki, Prezidentə qarşı aparılan şər-böhtan, dezinformasiya kompaniyası heç bir nəticə vermədiyi üçün anti Azərbaycan çevrələri çirkin bir yol tutaraq söyüş kampaniyasına başlayıblar: "Ermənipərəst dairələrin əlində klon kimi istifadə olunan zatı qırıqlar azğınlıqlarının həddsizliyini nümayiş etdirirlər". Mərkəz rəhbəri hesab edir ki, Prezident dövlətin, xalqın qanuni təmsilçisidir və bu səbəbdən dövlət başçısına qarşı yönəlmiş təhqirlərə hüquqi qiymət verilməlidir: "Bir qrup zatsız, soysuz, satılmış gədənin bütöv xalqı təhqir etməsinə göz yumulmamalıdır. Buna müxalifət donu geyindirib, dəstək verənlərə də yazıqlar olsun".

Füzuli

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR