Gözləri xarici havadarlarının cibində olan Vətən xainləri

Onların arzu və istəkləri bu dəfə də ürəklərində qalacaq

Hazırda Azərbaycana qarşı apaılan qarayaxma kampaniyasının ermənipərəst qüvvələr tərəfindən həyata keçirilməsi heç kəsdə şübhə doğurmur. Ağrıdıcı məqam ondan ibarətdir ki, bu kampaniyada "sapı özümüzdən olan baltalar" fəallıq nümayiş etdirirlər. Məlumdur ki, xaricdəki bəlli dairələr məqsədlərinə çatmaq üçün müxtəlif çirkin metodlardan, o cümlədən xaricdə yaşayan bəzi mühacir azərbaycanlılardan da istifadə etməyə çalışırlar. Ancaq praktika göstərir ki, onların səyləri əbəsdir. Çünki, həmin qüvvələr ölkə ictimaiyyəti tərəfindən dəstəklənmir.  Bu baxımdan qətiyyətlə demək olar ki, növbəti anti-Azərbaycan kampaniyasının da heç bir nəticəsi ola bilməz. Millət vəkili Kamilə Əliyeva deyib ki, Azərbaycan tarixinin ikinci müstəqillik dönəmində, xüsusilə, 1993-cü ilin iyun və 2003-cü ilin oktyabrından bu yana bir çox olmazları oldu edib, bir çox namümkünləri mümkünləşdirib: "Bunu da edəcək, bunu da bacaracaq, bu dəfə də öz istədiyinə nail olacaq. Bir çox çirkin, xəbis və murdar niyyətlilərin niyyətləri yenə baş tutmayacaq, öz başlarında çatlayacaq, arzuları çin olmayacaq, gözlərində qalacaq. Azərbaycan bir çox mötəbər və önəmli tədbirlərə, yarışlara uğurla ev sahibliyi etdiyi kimi, UEFA Avropa Liqasının final oyununa, "Arsenal"-"Çelsi" qarşılaşmasına  da layiqincə ev sahibliyi edəcək, bu oyunun keçirilməsi və baş tutması üçün əlindən gələni əsirgəməyəcək, 29 may gecəsi Bakımızda, Azərbaycanımızda möhtəşəm bir gecə yaşanacaq, mənəvi gözəlllik baş verəcək". Millət vəkili  qeyd edib ki, xaricdəki bəzi dairələr hər zaman Azərbaycanın dünyada nüfuzunun artmasından, onun yüksəksəviyyəli iqtisadi, siyasi, humanitar mərkəzə çevrilməsindən narahatdırlar. Bu, heç kimə də sirr deyil: "Yəni, nə zaman ki, Azərbaycan bütün dünyanın diqqət mərkəzində olan tədbirlərə ev sahibliyi edir, bu qərəzli dairələr dərhal fəallaşmağa başlayırlar. Azərbaycan xalqı bu kampaniyanın əsas məqsədinin nədən ibarət olduğunu yaxşı dərk edir. Əlbəttə ki, ölkəmizə qarşı bu cür təzyiqlər qəbulolunmazdır və o, hədəflədiyi nəticəyə çata bilməyəcək. Cənab prezidentin dəfələrlə bəyan etdiyi kimi, bu gün Azərbaycan dünyada sabitlik və təhlükəsizlik adası kimi qəbul olunur. Ölkəmizdə hər bir vətəndaşın, o cümlədən Azərbaycana gələn turistlərin təhlükəsizliyi ən yüksək səviyyədə təmin edilir. Azərbaycan çoxsaylı mötəbər beynəlxalq tədbirlərə, beynəlxalq miqyaslı idman yarışlarına uğurla ev sahibliyi edir. Bu sırada birinci Avropa Oyunları, Dördüncü İslam Həmrəyliyi Oyunları, hər il keçirilən Formula 1 Bakı Qran-Prisi, müxtəlif idman növləri üzrə dünya və Avropa çempionatlarını qeyd edə bilərik. Yeri gəlmişkən, elə UEFA və FIFA bayrağı altında keçirilən görüşlərin də yüksək səviyyədə baş tutduğunu xatırlatmalıyıq. Məlumdur ki, bu günə qədər Bakı istər futbol üzrə dünya və Avropa çempionatlarının seçmə mərhələdəki görüşlərinə, istərsə də UEFA Çempionlar Liqası və Avroliqanın qrup mərhələsindəki oyunlarına ev sahibliyi edib və bu zaman təşkilatçılıq baxımından paytaxtımız heç də Avropanın digər şəhərlərindən geri qalmayıb. Bu idman yarışlarını izləmək məqsədilə ölkəmizə gələn çoxsaylı əcnəbilər Azərbaycanda ictimai asayişin təmin olunmasından, mövcud olan sabitlik və təhlükəsizlik mühitindən və bu kimi böyükmiqyaslı idman tədbirlərinin təşkilatçılığından məmnun qalıblar. Odur ki,  xarici anti-Azərbaycan dairələrin ölkəmizə qarşı qərəzli kampaniyası bu dəfə də heç bir nəticə verməyəcək. İdman hadisəsini siyasiləşdirərək Azərbaycan haqqında beynəlxalq ictimai rəyi çaşdırmağa və yanlış yönləndirməyə xidmət edən fikirlər səsləndirən  şəxslərə ən gözəl cavabı yenə də Azərbaycan xalqı verəcək. Bakıda Avroliqanın finalı ən yüksək standartlara uyğun keçiriləcək, Bakımız, Azərbaycanımız daha bir möhtəşəm və ecazkar yarışa uğurla və layiqincə ev sahibliyi edəcək. Hər kəs buna əmin olsun".

Milli Məclisin deputatı Naqif Həmzəyev də hesab edir ki, Azərbaycanın uğrları kimlərinsə məkrli planlarının həyata keçirilməsinə maneə olur: "Azərbaycan dünyada söz sahibinə çevrildiyi, beynəlxalq nüfuzunun artdığı, beynəlxalq tədbirlərin, layihələrin keçirildiyi məkana çevrildiyi bir vaxtda Brüsseldə 3-4 nəfər antimilli ünsürün aksiya keçirməyə cəhd etməsi bir daha sübut etdi ki, ölkəmizin uğurları kimlərinsə məkrli planlarına mane olur". Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun gündən-günə artması, gənc, müstəqil dövlətimizin regionda söz sahibinə çevrilməsini gözü götürməyən qüvvələrin ölkəmizdə mötəbər tədbirlərin həyata keçirildiyi bir vaxtda daha da fəallaşdığını deyən deputat söyləyib ki, həmin antimilli qüvvələr Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən daxili və xarici siyasət nəticəsində ölkəmizin durmadan artan inkişafı, nailiyyətləri bu qüvvələrin yuxusunu ərşə çəkdiyi üçün hər an pusquda dayanıb, fürsət gözləyirlər: "Onlar yalan, şər, böhtan, uydurma xarakterli xəbərlərlə ölkəmizin imicinə xələl gətirməyə çalışırlar. Xaricdə yaşayan antimilli 3-4 nəfərin Brüsseldə aksiya keçirməsi, daha doğrusu şou göstərməsi Azərbaycanın əksinə təbliğat aparması acınacaqlı haldır. Onların bu əməli bir daha göstərdi ki, bu insanlar üçün müqəddəs bir şey qalmayıb". N.Həmzəyev qeyd edib ki, Vətəninə, dövlətinə, xalqına qənim kəsilən 3-4 anti-milli ünsürün belə fəallıq göstərməsi həm də ölkəmizin uğurlarından, qazandığı nailiyyətlərin yeni bir müstəviyə qədəm qoyduğundan xəbər verir: "Gözləri daim xarici havadarlarının cibində olan xainlərin həmişə olduğu kimi bu dəfə də arzu və istəkləri ürəklərində qalacaq".

Zəka

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR