Azərbaycanlı müşahidəçi: “Seçki zamanı hər hansı bir problem qeydə alınmayıb”

Ukraynada prezident seçkilərinin ikinci turu ilə bağlı keçirilən səsvermə ötən gün başa çatdı. Bütün dünyanın diqqət mərkəzində olan seçki prosesini Azərbaycan təmsilçiləri də yaxından izləyib. "OLAYLAR" xəbər verir ki, Ukraynada prezident seçkilərinin ikinci mərhələsində səsvermənin gedişini izləmək üçün Milli Məclisin deputatları Rüfət Quliyev və Naqif Həmzəyev sözügedən ölkədə olublar.

Ukraynada keçirilən seçkilər barədə məlumat verən millət vəkili Rüfət Quliyev bildirib ki, seçki Vladimir Zelenskinin qələbəsi ilə yekunlaşıb: "Seçki zamanı hər hansı bir problem qeydə alınmayıb. Əhalinin seçkiyə marağı yüksək idi. Müşahidə zamanı biz heç bir problemlə qarşılaşmadıq".

R.Quliyev bildirir ki, 15 seçki məntəqəsində iştirak edib: "Prosesi izləyərkən yerli müşahidəçilərlə söhbət etdik. Onlar da seçki prosesi zamanı problemin olmadığını etiraf etdilər".

Azərbaycan-Türkiyə birgə hərbi təlimi keçiriləcək

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR