Deputatımız Nur Sultana səfər edəcək

Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev aprelin 22-də Qazaxıstana səfər edəcək. MM-dən "Olaylar"a verilən məlumata görə, millət vəkili Nur Sultan şəhərində keçiriləcək "Mərkəzi Asiya və Qafqazda sağlam qidalanma üçün dayanıqlı ərzaq sistemləri və qidalanmanın idarə edilməsi" mövzusunda regional simpoziumda iştirak edəcək. Tədbirdə Musa Quliyev mövzu ilə bağlı fikirlərini açıqlayacaq, ölkəmizdə əhalinin sağlam qidalanması üçün keyfiyyətli ərzaq məhsullarının istehsalı sahəsində görülən işlər, bu istiqamətdə əldə olunan nailiyyətlər barədə məlumat verəcək. Səfər aprelin 27-də başa çatacaq.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR