“5-ci kolon”un növbəti çirkin kampaniyası fiaskoya məhkumdur- Təhlil

İqtidarla xalq birliyi antimilli qüvvələrin məkirli planlarını heçə endəcək   

Azərbaycanın uğurunu gözü götürməyən qüvvələr daim ölkəmizin inkişafına, nailiyyətlərinə kölgə salmağa cəhd edirlər. Azərbaycanda gedən iqtisadi inkişafı görməyən, ölkəmizin beynəlxalq nüfzunun artmasından əndişələnən qüvvələr bu prosesin fəal üzvlərinə çevriliblər. Təəssüflər olsun ki, hətta bu prosesdə antimilli naxələflər də iştirak edir, müəyyən dairələrə Azərbaycan haqqında yanlış məlumatlar ötürür, şər və böhtanlar yayırlar. "Sapı özümüzdən olan baltalar" hətta dövləti, dövlət başçısını nüfuzdan salmağa hesablanmış, heş bir həqiqətə əsaslanmayan informasiyalar yaymaqdan belə çəkinmirlər. Xüsusən, ölkəmizdə keçirilən beynəlxalq tədbirlər ərəfəsində bu zərəvericilər fəallıq nümayiş etdirilər. Sosial şəbəkə qəhrəmanlarına çevrilən həmin üzdəniqraqlar yarası kimi işıqdan gizlənələrək Vətəni, torpağı, milləti satmaq yolları axtarırlar. Sirr deyil ki, Azərbaycanın öz inkişafına görə regionun lider dövləti olması, nüfuzlu beynəlxalq tədbirlərin keçirildiyi mərkəz kimi tanınması, həmçinin müstəqil siyasət həyata keçirməsi xaricdəki ermənipərəst, anti-Azərbaycan dairələri ciddi narahat edir. Bunu həzm edə bilməyən, ölkəmizin uğurlarına qısqanclıqla yanaşan həmin dairələr Azərbaycanı müstəqil inkişaf yolundan sapdırmaq üçün hər cür vasitələrə əl atırlar.Təsadüfi deyil ki, ölkəmizə qarşı təxribatçı fikirlər ermənipərəst qüvvələr tərəfindən idarə olunan kəsim tərəfindən ortaya atılır. Beynəlxalq aləmdə pis ad çıxarmış həmin şəxslər niyə dərk etmək istəmirlər ki, Azərbaycanla ultimatum dilində danışmaq mümkün deyil. Azərbaycan artıq dünyanın siyasi mənzərəsinə düzən verən ölkəyə, dünyanın qlobal problemlərinin həll olunduğu məkana çevrilib. Etiabrlı, ləyaqətli və beynəlxalq münasibətlərin məsuliyyətl üzvü olaraq, Azərbaycanla əməkdaşlıq etmək istəyən ölkələrin və beynəlxalq təşkilatların sayı artmaqdadır.

Qeyd edək ki, beynəlxalq təşkilatlarla əməkdaşlıq Azərbaycana nə qədər lazımdırsa, Azərbaycan da həmin beynəlxalq qurumlarla əməkdaşlıq üçün bir o qədər lazımlıdır və əhəmiyyətlidir. Çox qısa zaman kəsiyində sürətli və dinamik inkişaf yolu keçən Azərbaycan regionun və dünyanın lider, aparıcı, söz və nüfuz sahibinə çevrilən dövlətlərindən biri olmaqla, Avropanın və dünyanının enerji təhlükəsizliyində, sülhün və təhlükəsizliyin təmin olunmasında önəmli rola malikdir. Azərbaycan müstəqil xarici və daxil siyasət kursu yeridən, heç kimin dirijor çubuğu ilə idarə olunmayan bir dövlət olaraq, beynəlxalq birlikdən, beynəlxalq təşkilatlardan, Avropa qurumlarından da onunla bərabərhüquqlu tərəfdaş kimi davranılmasını istəyir və tələb edir. Bu, müstəqil dövlət olaraq Azərbaycanın haqqıdır və heç zaman da dəyişməyəcək birmənalı mövqeyidir. Beynəlxalq birliklər və onların ölkəmizdəki əlaltıları artıq dərk etməlidirlər ki, Azərbaycan  onunla zor, təhdid, şantaj, təzyiq, diktə dilində danışlımasını qəbul etmir və bundan sonra da qəbul etməyəcək. Dəfələrlə  bəyan edilib ki, Azərbaycanla artıq heç kim, heç bir qüvvə, heç bir dövlət zor və təhdid dilində danışa bilməz və əgər kimlərsə də buna cəhd edərlərsə sərt təpki ilə üzləşəcək, qarşılığını lazımınca alacaqlar. Çünki müstəqil Azərbaycan Avropaya da, dünyaya da açıq, şəffaf bir dövlətdir. Ölkəmizin kimdənsə, nədənsə qorxacağı, ehtiyat edəcəyi bir məqamı yoxdur. Odur ki, Azərbaycana qarşı ədalətli mövqe sərgilənməsini, haqqın-ədalətin ortaya qoyulmasını, Azərbaycanın illərdən bəri məruz qaldığı işğal faktının etiraf olunmasını və aradan qaldırılmasına əməldə köməklik göstərilməsini tələb edilir. Ancaq bunun əvəzində Azərbasycana qarşı ikili standartlar, ədalətsiz və haqsız yanaşmalar, təcavüzkarın şirnikləndirilməsi cəhdləri müşahidə olunur. Əslində isə Azərbaycan bütün beynəlxalq qurumlarla, dünyanın aparıcı dövlətləri, eləcə də yaxın qonşularla bərəbərhüquqlu əsaslar üzərində qurulan əməkdaşlıqda, tərəfdaşlıqda maraqlıdır. Elə bu səbədən də ölkəmiz açıq şəkildə səmimi və konstruktiv əməkdaşlıq niyyətlərini nümayş etdirir. Beynəlxalq təşkilatlar qarşısında götürdüyü öhdəlikləri layiqincə yerinə yetirməyə çalışır. Lakin çox təəssüflər olsun ki, çox zaman qarşılığında bunun əksinin şahidi oluruq. Belə halda Azərbaycanın  həmin beynəlxalq təşkilatlarla münasibətlərin yenidən nəzərdən keçirməsindən başqa çıxış yolu qalmır. Əslində isə antiAzərbaycan qüvvələr dərk etməlidirlər ki, ölkəmiz hələ uzun  illər çoxlarına lazım olacaq, Azərbaycana hələ çox ehtiyaclar duyulacaq. Nəzərə almaq lazımdır ki, Azərbaycanın heç kimə, heç nəyə ehtiyacı yoxdur, amma çoxlarının Azərbaycana  ehtiyacı var və bu ehtiyaclıq hissi hələ çox uzun illər davam edəcək. Xatırladaq ki, ölkə Prezidenti İlham Əliyev dəfələrlə bəyan edib ki, "Azərbaycanla diktə dilində danışmaq olmaz, Azərbaycanla zor, təhdid, diktə dilində danışmaq cəhdləri baş tutmayıb və baş tutmayacaq". Həqiqətən də, dövlət başçısının vurğuladığı kimi, Azərbaycanla diktə dilində danışmaq mümkünsüz bir məsələyə çevrilib. Çünki indiki Azərbaycan güclü, inkişaf edən, beynəlxalq və regional problemlərin həllində mövqeyi nəzərə alınan bir Azərbaycandır". Acınacaqlı məqam ondan ibarətdir ki, millətə qənim kəsilən həmin qüvvələr dövlət, dövlət başçısı barədə  heç bir həqiqətə sığmayan iftira dolu məlumat yaymaq yolunu tutublar. Lakin etiraf edilməlidir ki, Azərbaycanda həyata keçirilən uğurlu sosial-iqtisadi siyasət vətəndaşların rifah halının yüksəldilməsinə hesablanıb. Prezident İlham Əliyev tərəfindən yürüdülən sosial siyasətin fəlsəfəsini ölkə vətəndaşlarının güzaranının günü-gündən yaxşılaşması təşkil edir. Etiraf edilməlidir ki, Azərbaycanda həyata keçirilən sosial siyasətdə əsas yeri əhalinin sosial müdafiəsi mexanizmi tutur. Ölkəmizdə yaradılan sosial müdafiə sistemi vətəndaşların, ilk növbədə əhalinin imkansız təbəqəsinin  inflyasiyadan, işsizlikdən müdafiəsinə hədəflənib. Hazırda prezident İlham Əliyev tərəfindən həyata keçirilən sosial-iqtisadi siyasət ölkə vətəndaşlarının hər birinin güzaranında hiss olunmaqdadır. Bu isə iqtidarla xalq birliyinin möhkəmliyini daha da artırır, antimilli qüvvələrin məkirli planlarını heçə endirir.  

Nurlan    

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR