Azərbaycanlı deputat Zelenskinin adamları ilə görüşdü

Milli Məclisin deputatı Naqif Həmzəyev Avropa Şurası Parlament Assambleyasının müşahidə missiyasının tərkibində Ukraynanın paytaxtı Kiyevdə bir sıra görüşlərdə iştirak edib.

Deputat Azərtac-a bildirib ki, AŞPA nümayəndə heyətinin prezidentliyə namizədlər Pyotr Poroşenko və Vladimir Zelenskinin nümayəndələri ilə görüşlərində seçki kampaniyasının aparılması, seçki qanunvericiliyinin tələblərinin qorunması, şəffaf və ədalətli seçkilərin təmini məsələləri müzakirə edilib.

AŞPA nümayəndə heyətinin ATƏT PA-nın, Avropa Parlamentinin, NATO PA-nın müşahidə missiyaları, Ukraynanın Mərkəzi Seçki Komissiyasının sədri ilə keçirilən görüşlərində Ukraynada seçki mühiti müzakirə olunub. Müzakirələr zamanı vurğulanıb ki, seçkilərin demokratik və ədalətli keçirilməsi üçün bütün qüvvələr səfərbər edilməlidir.

Deputat deyib ki, o, səsvermə günü Kiyev şəhəri və Kiyev vilayətində yerləşən məntəqələrdə müşahidə aparacaq.

Xatırladaq ki, aprelin 21-də Ukraynada prezident seçkilərinin ikinci turu keçiriləcək. Seçkilərin birinci turu martın 31-də keçirilib.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR