Radikal müxalifəti anti Azərbaycan təşkilatların ölkəmizdəki "vuran əlləri" kimi qiymətləndirmək olar - Şərh

"Azərbaycanın uğurlarını kölgədə qoymağa çalışan, xalq-iqtidar birliyinin qarşısını almağa yönələn və ölkədə sabitliyi pozmağa çalışan qüvvələr həmişə olub"

Azərbaycanın uğurunu gözü götürməyən qüvvələr daim ölkəmizin inkişafına, nailiyyətlərinə kölgə salmağa cəhd edirlər.Azərbaycanda gedən iqtisadi inkişafı görməyən, ölkəmizin beynəlxalq nüfzunun artmasından əndişələnən qüvvələr bu prosesin fəal üzvlərinə çevriliblər. Təəssüflər olsun ki, hətta bu prosesdə özümüzdən olan naxələflər də iştirak edir, müəyyən dairələrə Azərbaycan haqqında yanlış məlumatlar ötürür, şər və böhtanlar yayırlar. "Sapı özümüzdən olan baltalar" hətta dövləti, dövlət başçısını nüfuzdan salmağa hesablanmış, heş bir həqiqətə əsaslanmayan nformasiyalar yaymaqdan belə çəkinmirlər. Xüsusilə müxaliofət bu prosesdə fəallıq nümayiş etdirir. Sosial şəbəkələrdə cəanfəşanlıq edən radikal müxalifət beynəlxalq təşkilatlara həqiqətə uyğun olmayan məlumatlar ötürürlər.

Siyasi ekspert Kənan Paşayev bildirib ki, Azərbaycanın uğurlarını kölgədə qoymağa çalışan, xalq-iqtidar birliyinin qarşısını almağa yönələn və ölkədə sabitliyi pozmağa çalışan qüvvələr həmişə olub: ""Trensparency international", "Amnisty international" və digər qurumlarda bu qəbildən olanlar sihasındandır. Bu kimi qurumların göstərdiyi "fəaliyyətin" cəmiyyətdə mənfi təsir doğurmaması üçün maarifləndirmə işləri aparılmalıdır".

O, qeyd edib ki, eyni zamanda Azərbaycan xalqı həm öz dövlətinin, həm də prezidentinin ən güclü dəstəkçisidir: "Dəfələrlə bu sübut olunub. Elə adı çəkilən qurumlarda qıcıq yaradan ən böyük amildə budur. Sözsüz ki, bu qurumların fəaliyyətinə erməni lobbisi və dəstəkçilərinin də təsiri böyükdür.

Radikal müxalifəti həmin təşkilatların ölkəmizdəki "vuran əlləri" kimi qiymətləndirmək olar. Təsadüfi deyil ki, erməni lobbisi və anti-Azərbaycan ünsürlərinin ayırdıqları qrantlar bu kimi təşkilatların və radikal müxalifətin arasında bölüşdürülür".

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR