Xarici antiAzərbaycan qüvvələri yenidən fəallaşıb- Təhlil

Daxildəki "5-ci kolon" növbəti çirkin kampaniyasına start verib

Azərbaycanda həyata keçirilən uğurlu sosial-iqtisadi siyasət vətəndaşların rifah halının yüksəldilməsinə hesablanıb. Prezident İlham Əliyev tərəfindən yürüdülən sosial siyasətin fəlsəfəsini ölkə vətəndaşlarının güzaranının günü-gündən yaxşılaşması təşkil edir. Etiraf edilməlidir ki, Azərbaycanda həyata keçirilən sosial siyasətdə əsas yeri əhalinin sosial müdafiəsi mexanizmi tutur. Ölkəmizdə yaradılan sosial müdafiə sistemi vətəndaşların, ilk növbədə əhalinin imkansız təbəqəsinin  inflyasiyadan, işsizlikdən müdafiəsinə hədəflənib. Dövlət tərəfindən tətbiq olunan tədbirlər kompleksinin xüsusiyyəti əhalinin həyat və əmək fəaliyyətinin ağırlaşmasının, işsizliyin və yoxsulluğun güclənməsinin qarşısının alınması ilə bağlıdır. Buna görə də əhalinin sosial müdafiəsinin problemlərindən biri də yoxsulluğun qarşısının alınmasıdır. Məhz bu istiqamətdə həyata keçirilən tədbirlər nəticəsində ölkədə yoxsulluğun səviyyəsi minimuma endirilib. Birmənalı şəkildə qeyd etmək olar ki, Azərbaycan dövləti sosial yönümlüdür və bu sahə daim diqqət mərkəzində saxlanılır. Bu fakt əməli işdə o həddə  sübutunu tapıb ki, artıq aksiomaya çevrilib. Ötən illərin inkişaf prosesini izləyəndə məsələ daha qabarıq şəkildə görünür. Belə ki, hər il ölkə başçısının sərəncamları ilə minimum əmək haqqının səviyyəsi, minimum pensiya, minimum istehlak səbətinin dəyəri artırılır. Etiraf edilməlidir ki, müharibə şəraitində yaşayan ölkədə belə bir sürət tempini saxlamaq elə də asan məsələ deyil. Üstəlik, dünyanın neft bazarında neftin qiymətinin düşməsi nəticəsində yaranmış problemlər fonunda sosial layihələrin həyata keçirilməsi gərgin zəhmət və qətiyyətli iradə tələb olunur. Buna  baxmayaraq Azərbaycan dövləti  bu maniələri dəf etməyi bacarır, əhalinin güzəranının səviyyəsini saxlamaq üçün problemləri sosial yanaşma metodu ilə aradan qaldırmağa səy göstərir. Etiraf edilməlidir ki, prezident İlham Əliyev tərəfindən davam etdirilən sosial siyasətin mahiyyətində Azərbaycan vətəndaşı, onun sosial rifah halının yaxşılaşdırılması durur.

Məlum olduğu kimi güclü iqtisadi sistem dövlətin müstəqil xarici siyasətinin əsasını təşkil edir. Hazırda Azərbaycan müasir qlobal beynəlxalq siyasətin formalaşmasında əhəmiyyətli rol oynayan ölkə kimi çıxış edir. Azərbaycan dünyanın aparıcı güc mərkəzləri, eləcə də qonşu dövlətlərlə qarşılıqlı maraqlara əsaslanan sıx əməkdaşlıq əlaqələri qurub, bir sıra regional formatların təşəbbüskarı və fəal iştirakçısıdır. Məhz bunun nəticəsidir ki, ölkəmiz yürütdüyü müstəqil xarici siyasəti ilə dünyada, beynəlxalq münasibətlər sistemində böyük nüfuz sahibinə çevrilib. Sirr deyil ki, Azərbaycan nüfuzlu beynəlxalq təşkilatlarla da qarşılıqlı-faydalı  əməkdaşlığa üstünlük verir. Azərbaycanın xarici siyasətində Avropa İttifaqı ilə əməkdaşlığın inkişaf etdirilməsi mühüm istiqamətlərdəndir və əlaqələr həm siyasi, həm də iqtisadi, o cümlədən enerji, ticarət, investisiyalar və digər sahələrdə inkişaf edir. Qeyd edək ki, Azərbaycan öz milli maraqları çərçivəsində Avropa İttifaqı ilə əməkdaşlığa böyük önəm verir. Öz növbəsində, Avropa İttifaqı da ölkəmizlə münasibətlərin inkişafında maraqlı tərəf kimi çıxış edir. Bu gün Azərbaycanla qarşılıqlı-faydalı əməkdaşlığa əsaslanan tərəfdaşlıq münasibətlərinin davam və inkişaf etdirilməsi Aİ üçün xüsusi əhəmiyyət daşıyır. Çünki Cənubi Qafqaz regionunun güc mərkəzi kimi çıxış edən, mühüm geostrateji üstünlüklərə sahib olan Azərbaycanla əməkdaşlıq siyasi və iqtisadi perspektivlər nöqteyi-nəzərindən əhəmiyyətli dividendlər vəd edir. Məlum olduğu kimi  Azərbaycan bir çox Avropa İttifaqı ölkələri ilə strateji tərəfdaşlıq əlaqələrinə malikdir, Aİ ilə Azərbaycan arasında strateji tərəfdaşlıq sazişinin hazrlanması artıq yekun mərhələyə qədəm qoyub. Təsadüfi deyil ki, bu il Azərbaycan dünyanın 120-dən artıq ölkəsini birləşdirən Qoşulmama Hərəkatına rəhbərlik edəcək. Bu isə ölkəmizin beynəlxalq nüfuzunun birbaşa göstəricisi kimi qəbul edilməlidir.

O da faktdır ki, mövcud vəziyyət Ermənistanı, erməni lobbisini, xaricdəki bəzi anti-Azərbaycan qüvvələri ciddi narahat etməkdədir. Odur ki, millətin və dövlətin qanına susamış həmin qüvvələr  Azərbaycanın uğurlarına ləkə yaxmaq, onu nüfuzdan salmaq üçün zaman-zaman, xüsusilə böyük tədbirlə rərəfəsində çirkink ampaniyalar təşkil edirlər. Onların sifarişlərin iyerinə yetirən "Trensparency İnternational", "Amnisty İnternational", OCCRP və digər bu kimi qurumlar ölkəmiz, dövlət başçısı və onun ailə üzvləri haqqında yalan, böhtan, dezinformasiya xarakterli məlumatlar yayır, Azərbaycanı beynəlxalq qınaq obyektinə çevirməyə, ölkə daxilində "5-ci kolon" vasitəsilə ictimai narazılıq formalaşdırmağa cəhd göstərirlər. Azərbaycanın müstəqil siyasət yürüdən güclü dövlətə çevrilməsindən, habelə qarşıdan gələn dövrdə Azərbaycan bir sıra mühüm tədbirlərə ev sahibliyi edəcəyindən, Cənub Qaz Dəhlizi layihəsinin tamamlanacağından, Azərbaycanla Aİ arasında strateji tərəfdaşlıq sazişinin imzanayacağından, ölkəmizin Qoşulmama Hərəkatına sədrlik edəcəyindən ciddi narahat olan həmin qüvvələrin artıq ölkəmizə, onun rəhbərliyinə qarşı növbəti qarayaxma kampaniyası həyata keçirəcəyi ehtimal olunur. Avropa Şurasında bu yaxınlarda qəbul olunmuş qətnamə bunu bir daha sübut edir. Lakin bütün cəhdlərə baxmayaraq minliklə qeyd etmək olar ki, Azərbaycan xalqı Prezident İlham Əliyevə böyük etimad göstərir, rəğbət bəsləyir, onun siyasətini tam dəstəkləyir. "Opinion Way" şirkətinin bu yaxınlarda keçirdiyi sorğubunu bir daha təsdiq etdi. Reallığı inkar etmək qeyri-mümkündür. Xalq açıq aydın görür və dərk edir ki, ölkəmizdəki   sabitlik, davamlı inkişaf və vətəndaş cəmiyyətinin formalaşması  ilə xarakterizə edilən iqtisadi tərəqqi Azərbaycanda demokratik təsisatların  inkişafı üçün etibarlı zəmin yaradır. Prezident İlham Əliyevin daim xalqla bir yerdə olması, xalqın maraqlarını ifadə etməsi, dövlət xidmətlərinin keyfiyyətinin daim artırılması, biznesə yaradılan münbit şərait, xarici siyasətdə uğurlar, ordu quruculuğu və düzgün sosial-iqtisadi siyasəti xalqın dövlət institutlarına etimadını yüksəldib. Məhz buna görə də, geniş ictimaiyyətin dövlətə olan inamı, xalqla iqtidar birliyi günü-gündən möhkəmlənir və elə bu səbəbdən, hakimiyyət haqlı olaraq, ictimai dəstəyə arxalanır.

Alim

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR