"Ermənilər heç bir araşdırma aparmadan saxta iddialar irəli sürürlər" ŞƏRH

"100 ildən artıqdır ki, ermənilər hər il aprelin 24-də öz xəyanətkar əməllərini ört-basdır etmək üçün "erməni soyqırımı" cəfəngiyatı ilə Türkiyəni ittiham edərək hay-küy kampaniyası aparırlar. Təbii ki, bunlar hamısı saxta ittihamlardır". Bunu Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.

YAP İcra katibinin müavinin sözlərinə görə, burada söhbət təkcə ermənilərdən getmir, türk dünyasını gözügötürməyən qüvvələrdən gedir: "Həmin qüvvələr müxtəlif bəhanələrlə bu cür addımların atılmasını gündəmə gətirirlər və bundan bir təzyiq metodu kimi istifadə edirlər. Dünyada onlarla belə misal göstərmək olar. Ermənilər heç bir tarixi araşdırma aparmadan iddia edir ki, türklər tərəfindən "soyqırımı"na məruz qalıblar. Türkiyə hökuməti də, rəhbərliyi də dəfələrlə deyib ki, əgər belədirsə, bunu tarixçilərə həvalə edək. Qoy, onlar araşdırıb faktları üzə çıxarsınlar. Əksinə, ermənilər türkləri, azərbaycanlıları müsəlman olduqlarına görə qətlə yetiriblər. Biz bunu Xocalı faciəsində də görmüşük, işğal olunmuş ərazilərimizdə də şahidi olmuşuq. Dünyada buna oxşar xeyli hadisələr mövcuddur.

Məsələn, ABŞ-ın Quantanamo həbsxanasında insanlara olmazın əziyyətləri, işgəncələri verilir. Hətta deyərdim ki, burada bəşəriyyətin görmədiyi cinayətlər (insanların daxili orqanının satılması, onların üzərində müxtəlif eksperimentlərin aparılması və s.) törədilib. Mənəvi cəhətdən onların təhqir olunması, əqidəsinə, dini baxışlarına qarşı məcburiyyətlər gözlərimizin qarşısında baş verib. Məsələn, İkinci Dünya Müharibəsi ərəfəsində 10 milyona yaxın yəhudinin öldürülməsi, yandırılması dəhşətli hadisələr idi. Bunlar hamısı insanların gözü önündə baş verib, faktlar var. Buna münasibət bildirmək əvəzinə Türkiyəyə qarşı tarixdə olmayan soyqırımı iddiası ilə təzyiq göstərirlər. Ümumiyyətlə, Türkiyə NATO-nu yaradan ölkələrdən biridir və 50 ildən artıqdır ki, Avropa İttifaqı ilə əməkdaşlıq edir və Aİ-yə üzv olmaq istəyir. Məsələn, keçmiş Yuqoslaviyanın tərkibindən 8 ölkə yaranıb. Serbiyadan başqa yerdə qalan ölkələrin hamısını həm NATO-ya daxil ediblər, indi də Avropa İttifaqına daxil etməyə başlayıblar. Halbuki bunların nə iqtisadi potensialı, nə də digər xüsusiyyətləri Avropa standartlarına cavab vermir. Türkiyə 80 milyondan çox əhalisi olan böyük bir dövlətdir. NATO-nun ən güclü quru qoşunları Türkiyədədir. Təbii ki, Avropanın Türkiyəni öz sıralarına qatmaması üçün göstərdiyi səbəblər bəhanədən başqa bir şey deyil".

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR