"Müxalifət hadisələrin fonunda sürünür” RƏY

"Müxalifətin vəzifəsi alternativ proqramlar irəli sürməkdir. Lakin Azərbaycan müxalifətinin iş proqramında bu məsələlər yoxdur". Bu fikirləri  Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

O bildirib ki, müxalifətin nə siyasi, nə iqtisadi, nə də sosial problemlərlə bağlı arqumentli proqramı yoxdur: "Onlar cəmiyyəti arxaları ilə apara biləcək ideyaya da malik deyillər. Amma buna baxmayaraq, gündəmdə qalmaq üçün cəmiyyətdə baş verən adi hadisənin səbəbini mütləq şəkildə hakimiyyətdə axtarmağa çalışırlar. Bu çox bəsit və gülünc bir metoddur".

A.Mirzəzadə söyləyib ki, heç bir ölkə hadisələrdən sığortalanmayıb: "Həyatdır, istənilən ölkədə müəyyən hadisələr baş verir. Azərbaycanda da bu problem və proseslər iqtidar tərəfindən anındaca həll edilir. Lakin müxalifət baş verən hadisəni mütləq şəkildə hakimiyyətdə axtarmağa çalışır. Hansısa obyektdə baş verən yanğın, qəza hadisələri, kiminsə kreditini vaxtında ödəyə bilməməsinin səbəblərini belə iqtidarın üzərinə yıxmağa çalışır. Vətəndaşların bütün problemlərini müxalifətdən fərqli olaraq iqtidar həll edir. Gördüyümüz kimi vaxtaşırı Prezident İlham Əliyev tərəfindən imzalanan sərəncamlar, ölkə başçısının ictimaiyyət nümayəndələri ilə görüşdə səsləndirdiyi fikirlər göstərir ki, hakimiyyət insanların problemlərini həll etməyə, onun sosial vəziyyətini daim yaxşılaşdırmağa çalışır".

Deputat qeyd edib ki, Azərbaycanda artan əmək haqları, təqaüdlər, açılan iş yerləri insanların təhlükəsizliklərinin təmin edilməsinin hamısı iqtidar tərəfindən həyata keçirilir: "Müxalifət isə bu gün səsləndirdiyi bu və ya digər fikirlər onun hadisələrin fonunda süründüyündən, müasir baxışlarının olmadığını, real ideya irəli sürmək iqtidarında olmadığını göstərir".

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR