Sülh qarşılığında ərazilərin qaytarılması Vaşinqtonun düsturudur

ABŞ-ın Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqları Vaşinqtonda aparılmasını təklif etməsi, regionda ABŞ-Rusiya rəqabətinin nəticəsidir. Bu fikirləri "OLAYLAR"-a politoloq Məhəmməd Əsədullazadə səsləndirib. O, qeyd edib ki, ABŞ-ın Qarabağ münaqişəsinin həllinə yanaşması ərazi bütövlüyünü özündə ehtiva edir: "Sülh qarşılığında ərazilərin qaytarılması Vaşinqtonun düsturudur. Göründüyü kimi rəsmi Yerevanın son bəyanatları Vaşinqtonun Qarabağ siyasətinin əleyhinədir.  Biz, Vaşinqtonun ötən il münaqişənin həllində fəallığını nəzərə alsaq, bunu prosesin davamı kimi qiymərləndirmək lazımdır. Məhz ötən həftə Moskavada keçirilən görüşə Vaşinqton Rusiyanın konflikti tormozlaşdırma siyasəti kimi baxır. Ona görə də Vaşinqton danışıqlarda substantiv mərhələnin başlanmasına çalışaraq Yerevanı güzəştə getməyə məcbur edə bilər. Çünki, rəsmi Yerevanın Qarabağ siyasətinə görə Vaşinqton Rusiyanın regionda mövqeyini zəiflədə bilmir. ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri  C.Boltonun planı da bu xüsusdadır".

Politoloq bildirib ki, Azərbaycan tərəfi Vaşinqton görüşünə daha isti baxmalıdır: "Yalnız, bu ölkə münaqişənin həllində maraqlarımıza uyğun mövqe ortaya qoyur.  Moskva isə, ərazilərin boşaldılması deyil, işğalı uzatmaq üçün humanitar aksiyalar irəli sürür. Hesab edirəm ki, Moskva və Vaşinqton arasında bu yarış bizim xeyrimizədir. Vaşinqton görüşündən Ermənistan məmnun deyil.  Çünki, ərazilərin boşaldılması Vaşinqton tərəfindən masaya qoyulacaq.  Rəsmi Bakı Vaşinqtonun bu təşəbbüsünə dəstək verməli və çalışmalıdır ki, ABŞ prosesdə fəal olsun. Vaşinqton görüşü real nəticələrə söykənən bir porses ola bilər. Qeyd edim ki, rəsmi Bakının Vaşinqtonla konfedensial danışıqlarının nəticəsində bu proses canlandı. ABŞ çalışmalıdır ki, Paşinyanın Rusiya yönümlü siyasətinin qarşısını alsın. Vaşinqton görüşü müəyyən ümidlər yaradır. Hesab edirəm ki, Bolton planı yenidən masaya gətiriləcək. ABŞ Cənubi Qafqaza marağı artıqca, çalışacaq ki, münaqişə həll edilsin. ABŞ-la Rusiyanın Qarabağ münaqişəsinin həllində mövqeyi daban-dabana ziddir. Baxmayaraq ki, Minsk formatında təmsil olunurlar".

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR