Ankara-Vaşinqton münasibətləri normallaşmağa doğru- Ekspert

Kamran Sultanlı: "Birləşmiş Ştatlar üçün də Türkiyəni itirmək sərf etməz"

Birləşmiş Ştatların xarici siyasətində müşahidə edilən dəyişikliklər Vaşinqtonun yaxın və uzaq ölkələrlə münasibətlərə yenidən nəzər salmaq niyyətində olduğunu ortaya qoyur. Müşahidələr onu deməyə əsas verir ki, Ağ Ev xüsusilə Türkiyə ilə sərin olan münasibətlərə bir istilik qatmaq niyyətindədir. Bunun isə səbəbləri var. İlk növbədə daxili faktorlarla bağlıdır. Donald Trampın dövründə gərginləşən Türkiyə-Birləşmiş Ştatlar münasibətləri çoxlu sayda amerikalı investorun qardaş ölkədən geri çəkilməsinə gətirib çıxsrıb ki, bu da amerikalı iş adamları arasında Ağ Ev rəhbərinin siyasətindən narazılıq yaradıb. İkinci faktor isə ondan ibarətdir ki, bu narazılıq artıq Amerika cəmiyyətinə də sirayət edir və sadə amerikalılar da Türkiyə ilə münasibətlərin indiki vəziyyətindən razı deyillər. Bütün bunlar Tramp üçün qarşıdan gələn prezident seçkilərində arzuedilməz situasiyanı yaşada bilər. Ona görə də Ağ Ev rəhbəri Türkiyə ilə münasibətlərə yenidən nəzər salmağı düşünür. Bura Yaxın Şərqdəki Türkiyənin yeri və rolunu da əlavə etsək, o zaman Vaşinqtonun Ankara ilə münasibətlərə yenidən nəzər salmasını təbii qarşılaya bilərik. Elə müstəqil ekspert Kamran Sultanlı da bu qənaətdədir. O, bildirib ki,  Türkiyə ilə Birləşmiş Ştatlar arasında S-400 gərginliyi ərəfəsində,türkiyəli rəsmilər Amerikada səfərdədir: "Əvvəlcə Türkiyənin xəzinə və maliyyə naziri damat Albayrak, milli müdafiə naziri Hulusi Akar və prezident Rəcəb Tayyib Ərdoğanın müşaviri İbrahım Qalın Vaşinqtonda səfərdə olublar. Albayrak Donald Trampla Oval ofisdə görüşüb. Onu Trampın müşaviri Jared Kuşner və maliyyə naziri Stivin Muniçin müşaiyət edib. Hər kəsə bəllidir ki,Trampın kürəkəni və müşaviri olan Kuşner həm də zəngin yəhudidir, onun yəhudi investorları arasında böyük nüfuzu var. Ankara Amerika investorlarını yenidən ölkəyə cəlb etməyə və Birləşmiş Ştatarla ticarət dövriyyəsini, 20 milyard dollardan, 75 milyard dollara qədər artırmaq istəyir. Türkiyənin müdafiə naziri Akar da öz növbəsində, Pentaqonda, Pentaqonun rəhbəri vəzifəsini icra edən Patrik Şanahanla əsasən, S-400 və F-35 məsələlərini müzakirə ediblər". Kamran Sultanlı deyib ki,  Türkiyə Birləşmiş Ştatlarıın öz öhdəliklərini yerinə yetirməsini bir daha qeyd edib: "Vaşinqton da öz növbəsində S-400-lə F-35-in bir arada ola bilməməsini bir daha Ankaranın diqqətinə çatdırıb. Bu tərəflər arasında olan əsas fikir ayrılığıdır. Lakin ABŞ Türkiyəyə yeni Patriot təklifi irəli sürüb. Türkiyə tərəfi Vaşinqtonla əlaqələrini qorumağa və gərginliyi yumşaltmağa çalışır. Buna görə neçə gündür ki, türkiyəli rəsmilər NATO-dan çıxmayacaqlarını qeyd edirlər. Zənnimcə də Türkiyənin NATO-dan çıxması onun xarici siyasəti üçün heç də yaxşı olmaz". Ekspert hesab edir ki, Türkiyənin Qərbdən uzaqlaşması,ölkə üçün böyük riskdir: "Eləcə də, Birləşmiş Ştatlar üçün də Türkiyəni itirmək sərf etməz. Coğrafi olaraq Türkiyə regionda açar funksiyadadır. Biznes təfəkkürü ilə düşünən Tramp da,Türkiyə ilə ticarət dövriyyəsinin artırılmasına maraqlıdır. Bu həmçinin gələcəkdə strateji iqtisadi aslılığa gətirib çıxara və daha çox tərəflərə rıçaq verə bilər. Lakin bunun üçün tərəflər aralarındaki gərginliyi həll etməlidir. Türkiyə ABŞ-ın S-400 etirazına, Yunanıstanın S-300 idxalını nümunə göstərirdi, etirazı əsassız sayırdı. Lakin S-300-ü Yunanıstan yox Cənubi Kipr almışdı. Ancaq Şimali Kiprdə təhlükəsizlik aspekti ilə,Türkiyə buna etiraz etdi, ABŞ etirazlara ciddi yanaşdı və raketlər sökülüb, Krit adasına aparıldı. İndi Yunanıstan eyni reaksiyanı verir. Yunanıstanın baş naziri Çipras bununla bağlı ilk fikrini vurğulayıb. S-400-ün onlar üçün təhdid olduğunu söyləyib".
Kamran Sultanlı onu da deyib ki, Türkiyə S400-dən imtina edə bilməz:  "Bu Rusiya ilə əlaqələrə ciddi xələl gətirər. Lakin Türkiyə Yunanıstan kimi S-400-ləri alıb NATO məkanına inteqrə etdirmiyə və müəyyən ərazidə saxlaya bilər. Zənnimcə Türkiyə məhz bu cür edəcək, S-400-ləri alaraq müəyyən ərazidə saxlayacaq və ümumi sistemə inteqra etdirmiyəcək. Bunun əvəzində ABŞ-dan Patriot və F-35-i əldə edəcək. Beləcə hər iki tərəflə əlaqələri qorumaqla,istədiklərini ala bilər. Artıq bununla bağlı Türkiyənin S-400-ləri Qətər və ya Azərbaycanda saxlaya biləcəyi haqqında məlumatlar yayılır. Qətəri o qədər real hesab etmirəm, lakin Azərbaycanda bu mümkün ola bilər.Bunun üçün Rusiyanın da razılığı xüsusi önəm daşıyacaq".

Məhəmməd

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR