Çirkin oyunlara övladlarımızı alət etməyək- Çağırış

Azərbaycanın bu günkü inkişafı, regionda və beynəlxalq aləmdəki yeri və rolu, hər ötən gün əldə etdiyi yeni-yeni nailiyyətləri qətiyyət həzm edə bilməyən bəzi xarici və daxili qüvvələr zaman-zaman ölkəmizdə ictimai-siyasi sabitliyi pozmağa, gərginlik yaratmağa çalışırlar. Hər dəfə onların bu planları ifşa edilməsinə baxmayaraq bir müddət sonra yeni-yeni çirkin üsul və vasitələr ortaya atılır. Bu günlərdə Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Fuad Qəhrəmanlının qızına qarşı olan hücum da məhz həmin planların tərkib hissəsi kimi qiymətləndirilə bilər. İstər dövlət, istərsə də qeyri-dpvlət qurumları qətiyyətlə bu hadisəni pisləyib, baş vermiş olayın siyasiləşdirilməsinın yolverilməz olduğunu bildirsələr də, lakin müəyyən maraqlı qüvvələr var ki, bu hadisədən yararlanaraq cəmiyyətdə qarşıdurma yaratmağa çalışırlar. Ancaq əksəriyyətin mövqeyi ondan ibarətdir ki, hər dəfə olduğu kimi bu dəfə də antiAzərbaycan qüvvələrin planları baş tutmayacaq. Və hüquq-mühafizə orqanları cinayətkarı layiqincə cəzalandıracaqlar.

Türkiyə Universitetləri Məzunları İctimai Birliyinin sədri Çingiz Bayramov da bu qənaətdədir. O, qeyd edib ki,  son günlər hansısa xarici ünsürlər tərəfindən cəmiyyətimizdə planlı şəkildə gərginlik ocaqları yaradılır və bu qüvvələrin ölkəmizdə öz çirkli siyasətlərini həyata keçirmək niyətləri açıq hiss olunur. Onun sözlərinə görə, Tural Qarayev (Fuad Qəhrəmanlının qızını vuran) adlı bir məxluq öz istəyilə və ya kimlər tərəfindənsə öyrədilərək hüquq pozuntusu törədir: "Bu xoşəgəlməz olaydan istifadə etməyə çalışan və cəmiiyyətimizdə süni qarşıdurma yaratmaq istəyən həmin xarici ünsürlər, o dəqiqə yerli "dostları" vasitəsilə hərəkətə keçərək bu məxluqun hakim partiyanın üzvü olduğunu bəyan edirlər. Halbuki, Tural Qarayev öz profilində müxalifət partiyalarının üzvü olduğunu yazır". İctimai Birlik sədri qeyd edib ki, biz hüquqi və demokratik dövlətdə yaşayırıq, cəmiyyətdə kimin hansı vəzifə tutmasından və ya hansı status daşımasından asılı olmayaraq cinayət törədən cəzasını layiqincə almalı və ictimayyətimiz tərəfindən Tural Qarayevin törətdiyi bu xoşagəlməz olay qınanmalıdır: "Dədə-babalarımızdan bizə miras qalan cəmiyyətimizin dəyərlərini qorumaq, dövlətimizə və ya dövlətçiliyimizə qarşı çirkli planları pozmaq hər birimizin borcudur!

Demokratik Azərbaycan Dünyası Partiyasının sədri Əlisahib Hüseynov isə deyib ki, AXCP sədrinin müavini Fuad Qəhrəmanlının qızı Sənay Qəhrəmanlıya küçədə hücum edən şəxs - Tural Qarayev polis tərəfindən həyata keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində saxlanılıb: "Sözügedən şəxsin xuliqanlıq, zorakılıq əməli barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə inzibati protokol tərtib olunub və baxılması, hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə məhkəməyə göndəriləcək. Və heç şübhəsiz ki, hüquqi qiymət verildikdən sonra qanunun tələbi nə olursa ona uyğun şəkildə də tədbir görüləcək. Əgər həmin şəxsin psixi problemləri varsa xəstəxanaya göndəriləcək. Əks təqdirdə, adam məlum xuliqanlığa ağlı başında olan bir şəxs kimi, tam sağlam birisi olaraq şüurlu şəkildə yol veriibsə qanunun tələb etdiyi şəkildə də cəzasını alacaq. Buna heç kəsin şübhəsi olmasın. Elə Fuad bəyin özünün də şübhəsi olmasın. Mən bu hadisəni qəti şəkildə pisləyirəm. Amma bu hadisəyə siyasi don geyindirilməsinin də birmənalı olaraq əleyhinəyəm".

DADP sədri qeyd edib ki, ölkədə baş verən irili-xırdalı hər bir hadisədən siyasi maraqlar üçün istifadə etməyi doğru hesab etmir: "Odur ki, Fuad Qəhrəmanlının sosial şəbəkədəki paylaşımlarında bu hadisəni siyasiləşdirmək cəhdlərini və Birinci vitse-prezident Mehriban Əliyevanın adını hallandırmasını da düzgün saymıram. Fuad bəy, övladınızı vuran qoçu çox şey danışa və məsuliyyətsiz fikirlər səsləndirə bilər. Amma siz siyasi təcrübəsi olan bir şəxssiniz axı. Odur ki, isti başla, emosional ovqatla hökm verməyə tələsməyin. Məsələyə məhkəmə tərəfindən hüquqi qiymətin verilməsini gözləyin".

"Hilal" İctimai Birliyinin sədri Arzuman Abdulkərimov isə deyib ki, Fuad Qəhrəmanlının qızına qarşı törədilən zorakılığı qəti şəkildə pisləyir: "Cəmiyyəti belə çirkin oyunlara sürükləyənləri isə lənətləyirəm.
Keçək məsələnin digər tərəfinə. Deməli bir neçə gün öncə, Tural Qarayev adlı məxluq küçədə gənc qıza (fərqi yoxdu, qızcığaz kimdi, kimin qızıdı) qarşı zorakılıq törətdi. Həmin an sosial şəbəkədə bu məxluqun YAP üzvü olduğu dövriyyəyə buraxıldı. İctimai fəaliyyətlə məşğul olan şəxs kimi məsələni araşdırmağı özümə borc bildim. Həmin videoya bir neçə dəfə baxdıqdan sonra qərara gəldim ki, bu varlıq anlaqsız birisidi. YAP-da olan əlaqələrim vasitəsi ilə Turalın heç vaxt YAP üzvü olmadığını dəqiqləşdirdim. Əksinə görün qarşıma hansı mənzərə çıxdı. Bu Tural deyilənin müxalifətin bütün tədbirlərində iştirak etməsi. "Məhsul2 stadionundakı mitinqlərdə iştirakı. Müxalif liderlərlə və onlara yaxın şəxslərlə sıcaq görüntüləri". İctimai Birlik sədri deyib ki,  uşaqlar hər bir valideynin zəif və həssas yeridir: "Gəlin belə çirkin oyunlara övladlarımızı alət etməyək".

Süleyman

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR