Karasikdən Qarabağ açıqlaması: Vaxtdır!

Dağlıq Qarabağ münaqişəsinin yaxın gələcəkdə həll olunacağına ümid var.

Bu sözləri Axar.az-a ABŞ Qulf Analitik Mərkəzinin mütəxəssisi, doktor Teodor Karasik rəsmi Vaşinqtonun Azərbaycan və Ermənistan XİN rəhbərlərinin növbəti görüşünün ABŞ-da keçirilməsi haqda olan təklifini şərh edərkən deyib.

Politoloqun sözlərinə görə, hazırda münaqişənin həllinə nail olmaq üçün bir çox şans var:

"Uzun müddətdir ki, davam edən bu tarixi və emosional mübarizə hər iki tərəfin resurslarını tükədir, gələcəyə köklənməsinə imkan vermir. Əlbəttə, demək asandır, amma bütün yaşanan dəhşətləri unutmaq çətindir. Sülhü qəbul etmək istəməyən, üzülən insanlar da olacaq. Amma artıq zamanıdır".

Rəsmi Vaşinqtonun marağını şərh edən politoloq Rusiya və ABŞ-ın bu məsələdə olduqca aktiv olacağını da vurğulayıb:

"Rusiya və ABŞ artıq bu münaqişənin hansı bir şəkildə, hansı şərtlərlə olur-olsun, həllində maraqlıdırlar".

Zaxarova açıqladı: Moskvada Qarabağ müzakirəsi…

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR