İşğal altında saxlanılan Azərbaycan torpaqlarıyla bağlı danışıqlar intensivləşir

"Rusiyanın ardından ABŞ da Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin görüşlərini təşkil etmək fikrindədir. Bu haqda ABŞ Dövlət Departamentindən təklif gəlib". "OLAYLAR"-ın xəbərinə görə, məsələ ilə bağlı fikirlərini bildirən millət vəkili Sahib Alıyevin qənaətincə, Ermənistanın xarici işlər naziri Mnatsakanyan Moskva danışıqlarından dərhal sonra Parisə yollanaraq orada görüşlər keçirməsi onu deməyə əsas verir ki, Fransa da belə bir görüş keçirmək niyyətinə düşə bilər: "Demək, işğal altında saxlanılan Azərbaycan torpaqlarıyla bağlı danışıqlar intensivləşir. Amma və lakin bu intensivlik nəyə xidmət edir, status-kvonun qorunub saxlanmasınamı, yoxsa hansısa bir irəliləyiş gözlənilir?".

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR