Vaşinqtonun Moskva və Ankara ilə münasibətlərində yeni dönəm başlayır- Siyasi ekspert

Birləşmiş Ştatların xarici siyasətdə yenidən korrektələr etməyə meyilli göründüyü müşahidə edilməkdədir. Baxmayaraq Vaşinqton hələ də onun bu və ya digər regionlarda maraqlarına toxunan ölkələrə təzyiqləri davam etdirir, onları iqtisadi cəhətdən zəiflətməyə çalışır, ancaq eyni zamanda konstruktiv siyasətini də ortaya qoyur. Hər halda son vaxtlar Vaşinqtonun Moskva və Ankara ilə münasibətləri normallaşdırmaq istiqamətində atdığı adımlar belə deməyə əsas verir. Ekspertlər də hesab edirlər ki, Vaşinqton yeni geosiyasi reallıqlar qarşısında Rusiya və Türkiyə ilə münasibətlərə yenidən nəzər salmaq niyyətindədir. Eyni zamanda Ankara və Moskva da buna maraqlıdır. Hətta münasibətlərin normallaşması barədə təşəbbüslərin məhz Rusiya və Türkiyədən irəli sürüldüyü bildirilir. Cənubi Qafqazda Sülh və Təhlükəsizlik İnstitutunun rəhbəri, politoloq Məhəmməd Əsədullazadə bildirib ki, Birləşmiş Ştatlar və Rusiya arasında əlaqələrin normallaşması üçün məxfi danışıqlar başlayıb. Onun sözlərinə görə, hər iki ölkəninn siyasi böhranın normallaşması istiqamətində intensiv məsləhətləşmələri əsasən, Trampa qarşı Rusiya ilə şübhəli əlaqələrə görə araşdırma yekunlaşandan sonra start verildi: "Trampa qalarsa, Krımı Rusiya ərazisi kimi tanıyar və sanksiyaları ortadan qaldırar. Ona görə də Moskva Trampa reveranslar etməyə başlayıb. Trampın Rusiya ilə əlaqələrə üstünlük verdiyini Moskvada aydın şəkildə bilirlər. Məhz xüsusi prokuror Müllerin prosesə son verməsindən sonra Kremlin hərəkətə keçərək İsrail baş naziri Binyamin Netanyahu vasitəsi ilə Trampla əlaqələrin bərpasına çalışır.  B.Netanyahunun Trampla şəxsi əlaqələrinin yüksək olduğunu və Moskvaya tez-tez səfər etdiyini nəzərə alsaq, bu istiqamətdə danışıqların olması şübhəsizdir. Bunun əvəzində Netanyahu Suriyada İranın mövqeyinin zəifləməsi istiqamətində Moskva ilə anlaşa bilməsi mümkündü". Politoloq deyir ki, ABŞ-la gərginlik Rusiyanın iqtisadiyyatına mənfi təsir edir və Moskva növbəti sanksiyaları önləmək üçün Trampla dil tapmağa çalışır: "İki ölkənin rəsmilərinin prədəarxası danışıqları, Trampın öz adamını məxfi şəkildə Moskavaya göndərməsi, Tramp- Putin zirvəsinin keçirilməsinə hazırlıq mərhələsidir. Qeyd edim ki, iki liderin il ərzində görüşü reallaşa bilər. Trampın buna gedəcəyi mümkündür. Putin də belə bir görüş üçün tələsir. Çünki, problemlər getdikcə dərinləşir, NATO Qara dənizdə öz hərbi kontingentini artırır. Böhrandan çıxış yolları Moskvada axtarılır. Qeyd edim ki, iki lider görüşərsə Ukraynada vəziyyət, NATO-nun Şərqi Avropada güclənməsi, Yaxın Şərqdə siyasi-hərbi gərginlik müzakirə olunacaq. Danışıqların əsas müzakirə predmeti silahlanma yarışına son verilməsi üçün yeni müqavilələrin imzalanması ola bilər. Həmçinin strateji hücum silahlarına nəzarət və s. bu kimi müqavilələrin bağlanması ustoqamətində danışıqlar ola bilər. Amma, Rusiya Krımdan çıxmayınca, Birləşmiş Ştatlar Konqresi Rusiyaya heç bir güzəşt etməyəcək. Rusiya rəhbərliyi Ağ Evlə ortaq məxrəcə gələ bilər. Amma, ABŞ, Rusiya kimi təkcə Kremldən idarə olunmur. Ağ Evin hesablaşdığı Konqres, Petaqon, Dövlət Departamenti və CİA Rusiyaya qarşı mövcud siyasətin davamı və sankiyaların daha da genişlənməsini istəyirlər".

Politoloq deyir ki, paralel olaraq Vaşinqton-Ankara münasibətlərində də bir yaxınlaşma müşahidə edilir: "Ancaq bütün halda Türkiyə prezidentinin kürəkəni Albayraqın ABŞ səfəri çərçivəsində Trampla görüşü ikitərfli əlaqələrin normallaşması üçün müsbət nəticələnməyəcək. Çünki Ərdoğan da Tramp kimi öz kürəkənini strateji danışıqlara göndərir. Göründüyü kimi Albayraq Ankaranın ABŞ üzrə danışıqlar missiyasını həyata keçirəcək. Ərdoğan bununla ABŞ-a önəm verdiyini göstərir. Bu danışıqlar Türkiyə və ABŞ arasında siyasi əlaqələrdə böhrana son qoymayacaq. Türkiyənin müdafiə naziri Hulusi Akar da Vaşinqtonda S-400 müzakirələri apardı. Bu danışıqlarda ortaq nəticə olmadı. Ankara çalışır ki, F-35 təyyarələrinin satışına olan qadağanı və digər iqtisadi sanksiyaların tətbiqini önləyə bilsin. Çünki, Rusiya -Türkiyə arasında qaz qiymətində razılığın əldə olunmaması, böyük şəhərlərdə AKP-nin qalib gəlməməsi Vaşinqtonun daha da hərəkətə keçməsinə gətirə bilər. Ona görə də Ərdoğan çalışır ki, diplomatik danışıqlarla Vaşinqtonla anlaşsın. Hazırda Vaşinqtonla ciddi danışıqlar gedir. Ola bilər ki, Rusiya -Türkiyə əlaqələrində soyuq münasibətlər yaşansın. Tərəflər İdlib məsləsində və digər strateji sahələrdə fikir ayrılıqlarına malikdir".

Süleyman

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR